Məhkəmə qərarları › İş №2(125)-1740/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1740/2022

30.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1740/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.*4.1968-ci il tarixdə anadan olmuş X2nın fəaliyyət qabiliyyəti olmayan sayılması və onun himayəsinə və qəyyumluğuna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, 28.*4.1968-ci il tarixdə anadan olmuş X2 onun doğma bacısıdır və onun bacısı paranoid şizofreniya, şizofreniya paranoid forma diaqnozu ilə birinci dərəcəli əlildir, başqasının qulluğuna ehtiyacı vardır. X2 birinci qrup əlil olduğuna görə onun himayəsindədir və bacısına o, baxır. Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 22.*8.2*22-ci il tarixli sənəddə, şizofreniya paranoid forma diaqnozu ilə ona müddətsiz birinci dərəcəli əlillik verilmiş və əmək zəmanətində başqasının qulluğuna ehtiyacı olması göstərilmişdir. X3 8* yaşında qoca və xəstə qadındır, birinci qrup əlil bacısına baxa bilmədiyindən bacısına o, qulluq edir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış 17.*8.2*22-ci il tarixli məktubda, İ qrup əlil 28.*4.1968-ci il tarixdə anadan olmuş X5 onlara qəyyumluğa verilməsi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir və bununla bağlı məhkəməyə müraciət olunması bildirilmişdir. 21.*8.2*22-ci il tarixdə 21 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır və ailə tərkibi 28.*4.1968-ci il tarixdə anadan olmuş 1ci qrup X2ndan ibarətdir. 25.*2.1971-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum şəhadətnaməsindən görünür ki, X9 ilə X6 birgə nikahlarından xx xxxxxx 1971-ci il tarixdə Ərizəçi anadan olmuşdur. *7.*5.1968-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 birgə nikahlarından 28 aprel 19687-ci il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 12.1*.2*22-ci il tarixli 626 nömrəli rəyindən görünür ki, X1 xroniki xəstəliyi ilə əlaqədar olaraq hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiaynın bu nəticəyə gəlməsinə X5 2**5-ci ildən Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyata götürülməsi, dəfələrlə Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olması, keçirdiyi xəstəliklə əlaqədar olaraq ona İ qrup müddətsiz əlillokm təyin edilməsi, daima ev şəraitində psixotrop dərmanlarla qoruyucu müalicə qəbul etməsinə baxmayaraq davamlı yaxşılaşma müşahidə olunmaması (TSEK-dən verilmiş 29.*6.2*22-ci il tarixli şəhadətləndirilmə aktı, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş *8.*7.2**5-ci il tarixli 776/2**5 nömrəli ambulator karta), hazırkı ekspertiza zamanı onda təfəkkür, qavrama, tənqid, emosiya və davranış pozuntularının aşkar edilməsi (ekspertiza zamanı ünsiyyətə həvəssiz daxil olması, bu zaman verilən suallara qısa, konkret və birmənalı cavablar verməsi, ekspertizaya təqdim olunma səbəbini izahatdan sonra başa düşsə də keçirilən ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, əhvalının bir qədər dəyişkən olması, özünü əsasən gərgin aparması, bi yerdə qərar tutmaması, təfəkküründə autistikliyə və paralogiyaya meyillilik müşahidə edilməsi,ətrafdakılar haqqında münasibət sayıqlama fikirləri və qersiz şübhələr söyləməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması, gələcək üçün heç bir real planlar söyləməməsi, şəxsiyyətində qüsur aşkar edilməsi və s) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsasd verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X7 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də 28.*4.1968-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 32*, 321, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.*4.1968-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 1** (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar