Məhkəmə qərarları › İş №2(125)-1745/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1745/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1745/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar oğlunun sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, **********00630 nörməli abonent kodu üzrə ünvan 1 ünvanı üzrə Cavabdeh tərəfindən hesablanmış 645.4 manat borcun və 45 manat mediasiya xərcinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, General Şıxlinski küçəsi, 63 saylı ev onun mülkiyyətimdədir. Həmin ev onun mülkiyyətində olsa da, lakin həmin evdə yaşayış olmamışdır. Yalnız 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər orada yaşamışdır. Qeyd edilən mənzilə yerləşdirilmiş qaz sayğacı 3 dəfə - 2012, 2017, 2021 ci illərdə dəyişdirilmişdir. Sonuncu dəfə sayğac xx.xx.2021-ci il tarixdə dəyişdirilmiş, həmin zamana qədər evdə yaşayış olmadığından qaz sərfiyyatı da olmamışdır. Həmin vaxta qədər qaz sayğacları yalnız sayğacların istifadə müddətinin bitməsi ilə əlaqədar dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə qaz sərfiyyatı ilə əlaqədar bildiriş gəlmiş, həmin bildirişdə hər hansısa bir borcunun olması göstərilməmişdir. Yalnız bir ay ərzində qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2024-cü ildə onların ünvana qaz sərfiyyatı hesablanmış, həmin zaman qaz sərfiyyatı üçün qalıq borc 650,80 manat olduğu göstərilmişdir. Bununla bağlı araşdırma aparanda məlum olmuşdur ki, 2012-ci ildə qaz sayğacı dəyişdirilərkən onun ünvanıma 321,4 manat, 2017-ci ildə isə 324 manat olmaqla, cəmi 645,4 manat borc yazılmışdır. Bundan başqa, hazırda sayğacın üzərində 2814 m3 göstərildiyi halda, bildirişdə 2840 m3 göstərilmiş, buna müvafiq olaraq da borc 650,80 manat hesablanmışdır. Vaxtaşırı olaraq onun mülkiyyətinə quraşdırılmış sayğaca baxış keçirilmişdir. Əgər hər hansısa bir müdaxilə olmuş olsaydı, bu barədə dərhal tədbir görülməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* saylı, xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən 63 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB Qazsazlama İdarəsinin xx.xx.2012-ci il tarixli, AQ 898 nömrəli rəyindən görünür ki, 16 mart 2012-ci il RQ-644/6-1 saylı, xx.xx.2012-ci tarixli məktuba əsasən Qazsazlama İdarəsinə Dövlət Yoxlamasına gətirilmiş Gəncə X2 xidməti ərazisində yerləşən Cavabdeh İB-nin balansında olan abonentin mənzilində ıab.kodu **********740) quraşdırılmış ******* nömrəli G-6 markalı «Elster» qaz sayğacına Cavabdeh İB-nin və Qazsazlama İdarəsinin nümayəndələri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, qaz sayğacının üzərindəki göstərici qarışıb və sayğacın plastmas qapağının alt hissəsindən deşici alətlə hesablayıcı mexanizminə müdaxilə olunmuşdur. Sayğacın hesablayıcı mexanizmi sıradan çıxmışdır. X1 keçirilmiş və istismara yararsızdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın surətinə əsasən, yoxlama zamanı sayğacın xətası normadan artıq olmağı, klapanı işlək olmaması və plombların dəyişdirilməsi məlum olmuşdur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış İtron G-4 markalı 1202AQ**********1 nömrəli qaz sayğacı Zenner G-4 **********6 qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli Abonent saldosundan görünür ki, **********00630 abonent kodu üzrə İddiaçı 2022-ci ilin mart ayında iddiaçının balansından 645.4 manat məbləğində borca hesablanan silinmə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 645.4 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 645.4 manat borc silinməlidir. Belə ki, çəkişmə prinsipi təmin edilməklə məhkəmə icraatı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh 645.4 manat borcun hesablanmasını əsaslandıran hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa, iddiaçı mediasiya xərci qismində ödədiyi 45 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin istehlakçıların hüquqlarının müdafiəsi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirak tələb olunmalıdır. Buna görə qanunvericiliklə belə tələb irəli sürülmədiyi halda mediasiya prosesində iştiraka görə ödənilmiş pul cavabdehdən tutula bilməz, əks hal əsassız varlanma ilə nəticələnər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Gəncə şəhəri, General Şıxlinski küçəsində yerləşən 63 nömrəli evə **********00630 nörməli abonent kodu üzrə qaz sərfinə görə hesablanmış 645 (altı yüz qırx beş) manat 40 (qırx) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar