Məhkəmə qərarları › İş №2(125)-180/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-180/2023

28.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-180/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “bölünmüş miras əmlakdan əldə olunan gəlirlərin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “bölünmüş miras əmlakdan əldə olunan gəlirlərin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 onlara və cavabdehə miras qalmış Gəncə şəhərində yerləşən “Qartal” Xüsusi Kiçik müəssisəsinin və həmin xüsusi kiçik müəssisəsinin tərkibində olan mağazalardan, iaşə obyektlərindən, sexlərdən alınan 500 manat digər gəlirlərin və 3000 min manat icarə haqlarının cavabdehlə onların arasında 2/4 hissədə bölünməsi və eyni zamanda mirasın qəbulu barədə notariusa ərizə verdiyi xx.xx.2020-ci il tarixdən bugünkü tarixədək cavabdehin həmin obyektlərdən aldığı və qazandığı 18 aylıq 54 min manat icarə, kirayə haqqının və digər ticarət qazancının 2/4 hissədə bölünərək cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçılar işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu baxımdan məhkəmə həmçinin hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “bölünmüş miras əmlakdan əldə olunan gəlirlərin bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu iddiaçılara qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar