Məhkəmə qərarları › İş №2(125)-1835/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1835/2024

14.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1835/2024 14.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxılma ilə bağlı əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxılma ilə bağlı əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 03 iyun 2014-cü il tarixli, 17 saylı əmrinin ləğv edilməsi və hazıradək məcburi iş buraxılma ilə bağlı əmək haqqının hesablanaraq alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi lazım bilir ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı «işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxılma ilə bağlı əmək haqqının ödənilməsi» tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi və ona əlavə edilən sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hazırki tələbə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində izah olunmuşdur ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 136 nömrəli Qərarının İİİ bölməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanların siyahısına aid edilmişdir. Bundan başqa rayon şəhər icra hakimiyyəti orqanlarının qəbul etdikləri sərəncamlar inzibati akt hesab edilir. Belə ki, Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 13-cü maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının qəbul etdiyi sərəncam akt hesab olunur. Həmin əsasnamənin 13.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları başqa qayda nəzərdə tutulmayıbsa, dərc edildiyi gündən qüvvəyə minir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və tətbiq edilməli olan hüquq normalarını əsas tutaraq hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxılma ilə bağlı əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar