Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-185/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil olunması və borc kimi hesablanmış 1*88,33 manat borcun qanunsuz hesab edilməklə şəxsi hesabdan silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil olunması və borc kimi hesablanmış 1*88,33 manat borcun qanunsuz hesab edilməklə şəxsi hesabdan silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 9*-cı illərdə Gəncə şəhərinə bütövlükdə qazın nəqli dayandırıldıqdan sonra, o, əhali qrupundan olan qaz istehlakçılarının mavi yanacaq növü ilə təmin edilməsi istiqamətində uzun illər mübarizə aparmışdır. Mübarizəsinin nəticəsi olaraq qanunların yol verdiyi çərçivədə yazışmalar həyata keçirməklə paralel olaraq, kommunal xidmət sahəsində təchizatçı və istehlakçıların hüquq və vəzifələrinin təbliği, təşviqi və maarifləndirilməsi ilə əlaqədar müxtəlif layihələrin icraçısı olmuş və bütün qeyd etdiyi tədbirlərdə, təchizatçıların, eləcə də şəhər icra hakimiyyətinin nümayəndələrinin iştirakına və müzakirələrdə fikir bildirmələrinə nail olmuşdur. Eləcə də, təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən qarşılıqlı müqavilələrin redaktə olunmasına və həmçinin əlavə və dəyişikliklərin həyata keçirilməsinə nail olmuşdur. Lakin bütün qeyd etdikləri təchizatçı qismində çıxış edən “Azəriqazın” yerli struktur bölməsini məmnun etməmiş və fürsət yaranan kimi onunla qeyri-sivil danışıqlara yol verməkdən çəkinməmişlər. Yaranmış mübahisələrin əks sübutu kimi, qazın qaz xəttində olub-olmamasını müəyyənləşdirmək üçün onun yaşadığı mənzildə böyük bir qrupla (8 nəfərlik) qəfləti yoxlamalar həyata keçirilmiş və qazın həqiqətən də olmamasına şahidlik etmişlər və bu barədə müvafiq akt tərtib edilmişdir. Sonralar rəsmi məktubları ilə həmin tərtib edilmiş akta diqqət yetirilməsi xahiş olunsa da belə, xahişlərinin heç bir səmərəsi olmamışdır. Beləliklə də olmayan və yandırmadığı qaza görə onun şəxsi hesabına böyük miqdarda qaz pulu borc kimi hesablanaraq otuzdurulmuşdur. Xüsusi ilə qeyd edir ki, hətta şərti olaraq Qaz istismarı idarəsi haqlı olmuş olsa belə nədənsə, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil olunmasını məqsədə uyğun hesab etməmişlər. Son dövrlərdə onun, ailəsinin iqtisadi durumunda kəskin pisləşmə baş verdiyindən *9.1*.2*23-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə məktubla müraciət edərək, X6 idarəsinin qanunlarla deyil subyektiv amillərlə fəaliyyət göstərməsindən bəhs etmiş və istehlak etmədiyi mavi qaz yanacağına görə ona məxsus olan şəxsi hesabında əsassız və heç bir hüquqi normaya söykənməyən və onun üçün külli miqdar hesab edilən borc məbləğinin şəxsi hesabına otuzdurulmasını qeyd etməklə, yaranmış borcun onun ictimai fəaliyyətimlə əlaqələndirilərək mənə təsir vasitəsi kimi istifadə edilməsindən, bununla da Konstitusiya ilə təsbit olunmuş bir neçə hüquqlarının pozuntusuna yol verilməsindən, ictimai fəaliyyətinin göstəricisi olan və o zamankı “AZƏRİQAZ"-ın rəhbəri Əlixan Məlikovla həyata keçirdiyi yazışmaların nümunələrini təqdim etməklə sonda, onunla əlaqədar yaranmış durumun nəzarət altına alınmasını və uyğun tədbir görülməsi üçün sərəncam verilməsini, eləcə də, X8 İstismarı İdarəsi tərəfindən onun bu müraciətinin məzmununa uyğun şəkildə yaranmış borca görə açıqlama verilməklə şəxsi hesabından çıxarışın verilməsini rica etmişdir. Müraciətinə verilmiş cavablar, el arasında “hər yeni gələn gedənin atasına rəhmət oxutdurur” deyiminin gerçəkliyinin sübut olunması faktinin bir nümunəsidir. Yəni öncə SOCAR prezidenti işləmiş cənab R.Abdullayevə ünvanlanan hər məktub demək olar ki, müsbət cavablandırılırdı. Məsələn: Göygöl rayonunun Yeni- Qızılca kəndində yarımçıq qalmış qazlaşmanın sonlanması istiqamətində müraciəti dərhal müsbət cavablandırılaraq məsələ qısa zaman çərçivəsində öz həllini tapmışdır. Beləliklə, SOCAR Prezidenti cənab Rövşən Nəcəfə ünvanladığı məktuba verilən cavablar ünvanlanmış məktubun məzmun və fəlsəfəsinə uyğun gəlmədiyindən, yenidən X8 İstismarı idarəsinin rəisinə aşağıdakı sualları özündə ehtiva edən məktubla müraciət etmişdir. O cümlədən sualları aşağıdakılardan ibarət olmuşdur: Onun şəxsi hesabında formalaşmış borc məbləğinin illər və aylar üzrə hansı dövrləri əhatə etməsini, həmin borc məbləğinin formalaşmasında hansı normativlərə və hansı həcmdə qazın istehlak edilməsinə dair məlumatın verilməsini, nəql edilmiş qazın normativlər əsasında hansı keyfiyyət daşıyıcıları normalarına uyğun olmasına dair açıqlama verilməsini, nəql edilmiş qazın hansı təzyiqdə olmasına dair məlumatın verilməsini; həmçinin sözügedən qazın nəqli zamanı təchizatçı-istehlakçı münasibətlərini tənzimləyən müqavilənin bağlanıbbağlanmamasına dair məlumatın verilməsini, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə" 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının ona şamil-olunub olunmaması barədə məlumatın verilməsini və əgər həqiqətən də, borc yaranmışdırsa da bu məsələnin məhkəmə çəkişməsi predmetinə yönəldilməməsinin səbəbi barədə məlumatın verilməsini, hal-hazırda istehlak etdiyi qazın keyfiyyət göstəricilərinin hansı normativlərlə tənzimlənməsinə və uyğunluluq dərəcəsinə dair məlumatın verilməsini, indiki dövrdə sayğaca öncədən yüklənən vəsaitdən dərhal borc silinməsinin faiz dərəcəsinin hansı normativlərlə tənzimlənməsinə dair məlumatın verilməsini və s. Təəssüflə qeyd edir ki, məktubu X8 İstismarı İdarəsinin rəisinin imzası ilə cavablandırılmış olsa da belə, qəbul etdiyi cavab məktubunda da səsləndirdiyi suallar cavablandırılmamaqla paralel olaraq, sanki qəlibdən çıxmış şablon şəklində ona cavab məktubu yazılmaqla, ya başdan edilmiş və yaxud da məktubuna verilmiş cavab məktubundakı fikirlər ərizə və şikayətlərə baxilması qaydaları və informasiya əldə etmək haqqında qanunvericiliyin tələblərinə uyğun olmamaqla, qaz satışı və təchizatı üzrə vəzifələndirilən şəxslərin intellektual və peşəkarlıq səviyyələrinin qənaətbəxş olmamasının göstəricisi rolunu oynamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında qeyd etdi ki, iddia ərizəsində qeyd etdiyi 1*88,33 manat borc Gəncə şəhəri, Bağmanlar küçəsi, 1-ci dalanda yerləşən 2 saylı evdə qazdan istifadə ilə bağlı vaxtilə yazılmışdır. Həmin borc 2*1*-cu ildə əsassız olaraq cavabdeh tərəfindən yazılmışdır. O, borcun silinməsi ilə bağlı həmin müddətdən bəri cavabdehə, eləcə də bir sıra orqanlara çoxsaylı müraciətlər etmiş, lakin onun müraciətləri müsbət həll olunmamışdır. O, həmin müddətdən bəri yalnız indi borcun silinməsilə bağlı iddia qaldırmışdır. Hesab edir ki, onun iddiasında qeyd edilən məsələlərlə bağlı cavabdehə və bir sıra orqanlara müraciəti iddia müddətinin axımını kəsmişdir. Nə qədərki ona əsassız olaraq yazılmış borc hal-hazıra qədər silinməyib “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Fərmanı tətbiq olunmaqla qeyd edilən borc onun şəxsi hesabından silinməlidir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı iddiasında qeyd eydiyi borc Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Fərmanının təsir dairəsinə düşmür. Belə ki, sözügedən Fərmanda 1 oktyabr 2**9-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,* milyon manat məbləğində borcların silinməsi qərara alınmışdır. Halbuki iddiaçı istehlak etdiyi qaz üzrə borcu sonrakı illəri əhatə etməklə həmin fərmanın təsir dairəsinə düşmür. Bundan başqa iddiaçı mövcud iddianı qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulan ümumi iddia müddətini belə ötürmüşdür. Odur ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 292*635******2* nömrəli abonent saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə abonent İddiaçı təbii qazdan istifadə ilə bağlı 2*1*-cu ilin sentyabr ayından 2*25-ci ilin yanvar ayını əhatə edən borc məbləği əks olunmuşdur. Abonent saldosuna əsasən İddiaçı 2*25-ci ilin yanvar ayına olan borcu 1*74,43 manat təşkil edir. X9 Sahəsinin İddiaçı ünvanlandığı 3* sentyabr 2*11-ci il tarixli məktubundan görünür ki, sonuncuya debitor borcunu tam ödədikdən sonra mənzilinə qaz sayğacının quraşdırılacağı bildilmişdir. X8 İstismarı İdarəsinin rəisi X4 Vəliyevə ünvanlandığı *6 dekabr 2*23-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanınızda qaz hesab kodunda yaranmış borc barədə 3*.11.2*23-cü il tarixli, 14-2-2-14/1 -V-29-42/2*23-1115 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən fərdi yaşayış ünvanında istifadə olunan təbii qaza görə 2*1*-2*12-ci illər üzrə cihaza görə hesabatı aparılmış qaz sərfinin dəyəri 1623.73 manat olmuşdur. İstifadə olunan təbii qazın müqabilində 2*1*-cu il üzrə 15 manat, 2*11-ci il üzrə 5* manat, 2*12-ci il üzrə 8* manat olmaqla cəmi 145 manat ödəniş olunmuş, nəticədə 13.*4.2*12-ci il tarixə 1478.73 manat borc təşkil etmişdir. 13.*4.2*12-ci il tarixdə ünvanınızda G-4 markalı İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmışdır. Yaranmış 1478.73 manat borcun hissəli olaraq tutulması üçün 3E bazası vasitəsilə qaz sayğacının kartına yönləndirilmişdir. 13.11.2*2*-ci il tarixdə G-4 İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacının dövrü yoxlama müddəti bitdiyi üçün sonradan ödənişli G-4 ZENNER tipli 2*11*6*2548 zavod nömrəli sayğacla əvəzlənmişdir. İTRON tipli öncədən ödənişli qaz sayğacı sökülərkən 1167.93 manat dəyərindəki borc AGİS bazasında hesab kodunda 85.6* manat ödənişi, aylıq istifadə olunmuş qazın 97 manat dəyərini nəzərə almaqla nəticədə 31.12.2*2*-ci il tarixə 1179.33 manat borc təşkil etmişdir. 2*21-ci ilin yanvar və fevral aylarında 113.4* manat dəyərində təbii qazdan istifadə olunmuş onun müqabilində 122 manat ödəniş olunmuş nəticədə 28.*2.2*21 -ci il tarixə borc 117*.73 manat təşkil etmişdir. *1.*3.2*21-ci il tarixdən yaşayış ünvanında G-4 markalı ZENNER SMART tipli *1892***64559 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmış və hal hazırda onun hesab kodunda 1*88.83 manat borc təşkil edir. Xahişi nəzərə alınaraq kartdan borca görə tutulma faizini 2* faiz dəyişdirilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin hazırkı iddiaya olan etirazından görünür ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ünvanında qazdan istifadə nəticəsində hesablanmış 1*88.33 manat məbləğində qazın silinməli olduğunu hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan ərizəyə etiraz edilir. İddiaçı ilə ‘Azəriqaz” İstehsalat Birliyi arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvan təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı X2 əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, 2*1*-2*12-ci illər üzrə cihaza görə hesabatı aparılmış qaz sərfinin dəyəri 1623.73 manat olmuşdur. İstifadə olunan təbii qazın müqabilində 2*1*-cu il üzrə 15 manat, 2*11-ci il üzrə 5* manat, 2*12-ci il üzrə 8* manat olmaqla cəmi 145 manat ödəniş aparılmış, nəticədə 13.*4.2*12-ci il tarixə 1 478.73 manat borc yaranmışdır. 13.*4.2*12-ci il tarixdə ünvana G-4 markalı İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacı quraşdırılmışdır. Yaranmış 1478.73 manat borcun hissəli olaraq tutulması üçün 3E bazası vasitəsilə qaz sayğacının kartına yönəldilmişdir. 13.11,2*2*-ci il tarixdə G-4 İTRON tipli 1**2AQ1*1***32728 zavod nömrəli öncədən ödənişli qaz sayğacının istismar müddəti bitdiyi üçün sonradan ödənişli G-4 markalı ZENNER tipli 2*11*6*2548 zavod nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İTRON tipli öncədən ödənişli qaz sayğacı sökülərkən 1167.93 manat dəyərindəki borc AGİS abonent bazasında hesab kodunda 85.6* manat ödənişi, aylıq istifadə olunmuş qazın 97 manat dəyərini nəzərə almaqla nəticədə 31.12.2*2*-ci il tarixə 1 179.33 manat borc təşkil etmişdir. 2*21-ci ilin yanvar-fevral aylarında 113.4* manat dəyərində təbii qazdan istifadə olunmuş, 122.** manat ödəniş aparılmaqla 28.*2.2*21-ci il tarixə borc məbləği 1 17*.73 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə (154.1) əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. AR Mülki Məcəlləsinin 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Həmin məcəllənin 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.*5.2*11 -ci il tarixli 8* saylı Qərarının 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakçının vəsifələrindən biri bağlanılmış müqavilənin 2.3.1 -ci bəndinə (2.3) əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam şəkildə ödəməkdir. Həmin müqavilənin 2.3.4-cü bəndində (2.3) göstərilir ki, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməkdir. Yenə həmin müqavilənin 2.3.6cı bəndində (2.3) qeyd edilir ki, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımaqdır. Müqavilənin 3.4-cü bəndinə əsasən X1 tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank, poçt, internet və ya ödəniş terminalları vasitəsilə tam ödənilməlidir. Bu səbəbdən İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə tərəflərin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona hesablanmış 1*88,33 qəpik borcun Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyünü əsas gətirərək həmin borcun silinməsini bildirmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isə iddiaçının tələbi ilə razılaşmayıb İddiaçı qazdan istifadə ilə bağlı yaranmış borcunun həmin fərmanın təsir dairəsinə düşmədiyini, yəni fərmanda qeyd edilən tarixdən sonra yarandığını və həmçinin iddiaçının hazırkı iddianı qaldırması üçün iddia müddətinin ötdüyünü əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi borc, onun göstərmiş olduğu əsasa, yəni Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli, 2*7 nömrəli Fərmanın təsir dairəsinə düşməsinə görə silinə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi borc 2*1*-cu il və ondan sonrakı dövrdə yaranmışdır. Halbuki, Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2**9-cu il tarixli, 2*7 nömrəli Fərmanına əsasən;
1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2**9-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,* milyon manat məbləğində borcları silinməsi,
2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2**9-cu il dövlət büdcəsindən təzminat verilməsi,
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməsi,
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etməsi, 4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verməsi, 4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmə iclasında təbii qazdan istifadə ilə bağlı 1 oktyabr 2**9-cu il tarixinə olan borcun silinməsinə dair iddiaçı məhkəməyə sübut təqdim edə bilməmiş, bu hal məhkəmə iclasında müəyyən olunmamışdır. Belə olan halda iddiaçının tələbi əsassız sayılmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddia müddətinin ötməsi səbəbindən iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdehin mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, təsbit xarakterli iddialara baxılarkən iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kommunal xidmətlərlə bağlı borcun olmadığı (borcun silinməsi) barədə iddia tələbləri Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir, bu tələblərin müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilərək, iddia müddətinin tətbiq edilməsi qeyd edilən maddi hüquq normasının tələblərinin pozulması ilə nəticələnir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı saymır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi barədə 29 dekabr 2**9-cu il tarixli 2*7 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının iddiaçıya şamil olunması və borc kimi hesablanmış 1*88,33 manat borcun qanunsuz hesab edilməklə şəxsi hesabdan silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov