Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1862/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və etibarnamə üzrə nümayəndələri (vəkili) Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh arasında Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanılmış 8İ-704 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını və Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu X4 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanılmış 8İ-704 nömrəli bağışlama müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli, **********07-10301 reyestr nömrəli ********* qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə şəhəri Nizami küçəsi ev 57 mərhum atası X3 adınadır.Bir neçə ay öncə miras qalmış fərdi yaşayış evinə o və anası vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişlər. Gəncə 2 saylı notariat kontorunun notariusu Nəsib İmanov vərəsəliklə bağlı notariat işinin aparılması üçün vərəsəliyin dairəsini müəyyənləşdirmişdir. Onun Elnur adlı qardaşı olmuşdur və o, 2021-ci ildə vəfat etmişdir. Notarus mərhum qardaşı Elnurun arvadı və uşaqlarının Elnura münasibətdə payları olmasını bildirərək həmin şəxslərin gələrək onlara düşəsi paydan imtina etmələrini bildirmişdir. O, notariusa bildirmişdir ki, atası 2006-ci ildə vəfat etmiş, qardaşı isə 2021-ci ildə vəfat etmişdir və qardaşı vəfat edənə kimi atasından miras qalmış əmlakdan hər hansı bir pay istəməmişdir. Çünki mərhum qardaşı və onun ailə üzvləri anası İddiaçı2 mülkiyyətində olan Gəncə şəhəri, Ə.Əliyev küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayırlar. O bunları notariusa demiş və bildirmişdir ki, onlar bizim evdə qeydiyyatda deyillər və onlar bizim evdə yaşamırlar, indiyənə kimi də mərhum qardaşının bununla bağlı hər hansı bir müraciəti və istəyi olmamışdır. Buna görə də xahiş etmişdir ki, onların ərizəsinə baxıb, müraciətlərini təmin etsin. Bütün bu dediklərinə baxmayaraq, notarus onun dediklərinə əhəmiyyət verməyərək onları notariusa dəvət etmiş, mərhum qardaşı Elnurun arvadı və uşaqları notarusa gələrək atasından miras qalmış əmlakın onların adlarına keçməsinə razılıq verməmişlər və bu azmış kimi mərhum qardaşı Elnurun oğlu Emil notarusdan imtina məktubu alaraq atasından miras qalmış əmlaka yiyələnmək məqsədilə məhkəmədə iddia qaldırmışdır. Qardaşı oğlu Emil məhkəmədə iddia qaldırdığı üçün o və anası yenidən notarusa müraciət etmişdir ki, onların paylarını notarus müəyyən etsin, lakin 2 saylı notariat ofısinin notarusu bunu da etməmiş və onlara məhkəmədə iddia olduğu üçün bunu edə bilmədiyini demişdir. Onlar notariusdan dediklərini zorla yazılı şəkildə almışlar və məcburən atasından miras qalmış mirasa anasının və onun paylarının müəyyən edilməsi üçün mərhum qardaşı Elnurun oğlu Emilin yerdiyi iddiaya qarşılıqlı iddia ərizəsi vermişlər. Qardaşının arvadı və oğlu Emil belə bir hərəkət etdikləri üçün anası onun mülkiyyətində olan və mərhum qardaşı Elnurun ailəsi və uşağının qeydiyyatda olduqları və yaşadıqları Gəncə şəhəri Ə.Əliyev küşəsi ev 21-dən onların çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu iddialar hazırda məhkəmənin icraatmdadırlar və davam edirlər. O, işləmək məqsədilə Rusiya Federasiyasına gedib gəlir. Onun Rusiya Federasiyasında olmasından, anası İddiaçı2nm 1938-ci ıl təvəllü yaşlı, qoca, xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxslər anasınıi aldadaraq, hətta hədə qorxu gələrək xx.xx.2023cü il tarixdə Gəncə 2 saylı notariat ofisinə apararaq anasının mülkiyyətində olan Gəncə Şəhəri, Ə.Əliyev küçəsi 21 saylı fərdi yaşayış evini qardaşı oğlu Emilin adına bağışlama etmişlər. xx.xx.2023-cü il tarixdə o, evlərinə qayıtmış və bunun nə məsələ olmasını aydınlaşdırmaq üçün qardaşının arvadı İlhaməni evlərinə çağırmışdır. Onlar evlərində müəyyən razılığa gəlmişlər ki, sabah notarusa gedəcəklər. xx.xx.2023-cü il tarixdə səhərdən axşama kimi İlhamə onu aldadıb, sonda notarusa gəlməmişdir. O, anasını da götürərək notarusa getmiş və bildirmişdir ki, «onların hazırda məhkəmədə iddialarının olduğunu bilə-bilə və anasının qoca olmasını görə-görə bunu niyə etmisən» o, hər şeyi düz etdiyini ona bildirmiş və «Emili gətir bura ləğv edim» demişdir. Özüdə yaxşı bilir ki, Emili ora gətirməsi qeyri-mümkündür. Buna baxmayaraq, o, İlhaməyə zəng edərək notarusa gəlmələrini, gəlmədikləri təqdirdə onlardan şikayət edəcəyini bildirmişdir. Onlar bir daha notarusa gəlməmişlər. Belə olan halda o notarusa bildirmişdir ki, bağışlama müqaviləsinin bir nüsxəsini anasına verməli idi, lakin verməmisdir, bağışlama müqaviləsinin bir nüsxəsini anasına versin məhkəmədə iddia qaldırsınlar. Notarus bağışlama müqaviləsinin ksero sürətini verəcəyini bildirmiş lakin o əslini isdədikdə o, gedin sabah gələrsiz verərəm deməklə onları yola salmışdır. Notarus hər vəclə, bütün gücü ilə onun bütüm işlərinə maneə yaratmışdır. Əvvəlcə atasından qalmış miras əmlakı onların adına vərəsəlik etməmiş və onları məhkəməyə sürükləmiş, onların məhkəmədə işləri olduğunu bilə-bilə bu tərəfdən aldadılmış, həd-qorxu gələrək notarusa gətirilmiş ahıl yaşlı qoca arvadın evinin dələduzlara ələ keçirilməsi üçün dələduzlara şərait yaradaraq bağışlama müqaviləsi imzalamışdır. Bu azmış kimi müqavilənin sürətini anasına verməmiş və o anası ilə birgə gedib isdədikdə o, bağışlama müqaviləsini yenidən verməmişdir.xx.xx.2023-cü il tarixdə işin sonunda ona, yəni anasına zorla bağışlama müqaviləsinin dublikatını vermişdir. Bunlardan əlavə olaraq anası İddiaçı2 aldadıldığını bildikdən sonra, dərhal iki gün sonra Gəncə şəhər 2 saylı notariat ofisinə gedərək bağışlama müqaviləsini ləğv etdirmək istəsə də, onlar və notarus Emili dəfələrlə notarusa dəvət etsələr də o, notariat ofisinə gəlməkdən boyun qaçırdaraq öz çirkin, məkirli niyyətini ortaya qoymuşdur. Bütün bu olanlaronu göstərir ki, bu hərəkət əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir. Məhkəmə iclasında İddiaçı2 izahatında göstərdi ki, Emil adlı şəxs onu dərman almaq adı ilə aldadaraq aparmışdır. Emilin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini Emilə bağışlamamışdır. Evi böyük oğlu Elnura toy olanda vermişdir. Evi Emilə vermək istəmir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, işləmək məqsədi ilə Rusiya Federasiyasına gedib gəlir. Onun Rusiya Federasiyasında olmasından, anası İddiaçı2 yaşlı qoca və xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxs anasını aldadaraq hətta hədə qorxu gələrək anasının mülkiyyətində olan hazırki mübahisəli fərdi yaşayıvş evini Emilin adına bağışlama etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahatında göstərdi ki, İddiaçı2 və mərhum yoldaşının 2 evindən biri 21 nömrəli ev İddiaçı2 digəri isə 57 nömrəli ev isə mərhum X7in adına olmuşdur. X7 öləndən sonra onun adına olan 57 nömrəli ev miras qalmışdır və hazırda həmin evdə Elmir yaşayır. İddiaçı2 adına olan 21 nömrəli evdə isə böyük oğlu Elnur yaşayıb. Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu məhkəmədə mübahisə olduğunu bilərəkdən bağışlanma müqaviləsini bablamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı2 Gəncə şəhəri Ə.Əliyev küçəsi, 21 saylı ünvanda yerləşən fərdi yaşayış evini 1993-cü ildə oğlunu evləndirmək üçün almışdır. Hazırda həmin evdə mərhum oğlu Elnurun arvadı və nəvəsi yaşayır. İddiaçı2 hal-hazırda oğlu Elmirdən maddi cəhətdən asılı olduğu üçün təsir altındadır.Əslində mübahisənin səbəbi X1 miras qalmış 57 salı evdən miras payın müəyyən edilməsi ilə əlaqədardır. Belə ki, 57 saylı evin vərəsəlik qaydasında İddiaçı1 payı tam olmaqla ona keçməsi barədə Cavabdeh mirasdan imtina etməməsi ilə bağlıdır. Çünki, İddiaçı2 mülkiyyətində olan 21 nömrəli fərdi yaşayış evi ilk dəfə alqı satqı yolu ilə alınan bir andan həmin evi böyük oğlanları mərhum Elnura verilmiş və həmin evdə də Elnurun ailəsi yaşamışdır. Bağışlanan evdən miras açılan günədək iddiaçıların heç bir maraqları olmamışdır. Bağışlama notarial qaydada həyata keçirilib, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçıların nümayəndəsi xx.xx.2022-ci il tarixdə Bayram Musayevdən miras qalmış 57 saylı evə dair vərəsəlik işi açılması barədə notariusa müraciət etdikləri vaxtdan 1 ildən artıq yəni xx.xx.2023-cü iln fevral ayında bağlanmış bağışlanma müqaviləsinin aldatma yolu bağlanması barədə göstərdikləri inandırıcı deyildir. Aldatma və ya hədə-qorxu ilə bağlı hər hansı bir sübut yoxdur. İddianın əsassız olduğunu qeyd edərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olmuşdur. Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ƏMDK-nin yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. Notariat işində olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 21 nömrəli fərdi yaşayış evində X6 və onun ailə üzvləri qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göründüyü kimi əqdin etibarsız hesab edlməsi üçün yuxarıda sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı subuta yetirilməmişdir. Belə ki, iddiaçılar özləri də mübahisələndirilən Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 21 nömrəli fərdi yaşayış evində mərhum Elnurun ailəsinin yaşadıqlarını və 57 nömrəli ünvanda yerləşən miras əmlakı qəbul etmək məqsədi ilə notariusa müraciət edərkən miras əmlakdan qardaşının sağ ikən pay istəmədiyini bildirərək səbəbini 21 nömrəli fərdi yaşayış evini mərhum qardaşı Elnura vermələri ilə əlaqələndirmişdir. İddiaçılar bagışlanma müqaviləsi bağlanarkən, cavabdeh tərəfindən aldadılmsını və hədə qorxu altında müqavilə bağlandığını iddia etsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Bununla yanaşı iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun Rusiya Federasiyasında olmasından, anasının yaşlı, qoca, xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxslər anasınıi aldadaraq, hətta hədə qorxu gələrək xx.xx.2023-cü il tarixdə Gəncə 2 saylı notariat ofisinə apararaq anasının mülkiyyətində olan Gəncə Şəhəri, Ə.Əliyev küçəsi 21 saylı fərdi yaşayış evini qardaşı oğlu Emilin adına bağışlama etmişlər. xx.xx.2023-cü il tarixdə o, Rusiya Federasiyasından evlərinə qayıtmış və bunun nə məsələ olmasını aydınlaşdırmaq üçün qardaşının arvadı İlhaməni evlərinə çağırmışdır. Onlar evlərində müəyyən razılığa gəlmişlər ki, sabah notarusa gedəcəklər. xx.xx.2023-cü il tarixdə səhərdən axşama kimi İlhamə onu aldadıb, sonda notarusa gəlməmişdir. O, anasını da götürərək notarusa getmiş və bildirmişdir ki, «onların hazırda məhkəmədə iddialarının olduğunu bilə-bilə və anasının qoca olmasını görə-görə bunu niyə etmisən» Göründüyü kimi iddiaçı bağışlanma müqaviləsi bağlanarkən onun Rusiya Federasiyasında olduğunu və anasının aldadıldığını göstərərək bundan məlumatı olduqdan sonra məhz İlhaməni evlərinə çağırdığını və səhərisi günü notarusa getməsini təklif etdiyini göstərmişdir. İlhamənin notariusa gəlməyərək onu aldatdıqdan sonra anası ilə bacışlanma müqaviləsi ilə bağlı notariusa müraciət etdklərini göstərmişdir.Bununla yanaşı iddiaçı bağışlanma müqaviləsi bağlanarkən onun Rusiya Federasiyasında olduğunu göstərmiş, sərhədkeçmə məlumatı haqqında elektron məlumat sisteminə baxış keçirilərkən onun sərhəddən çıxması barədə məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərdən göründüyü kimi, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən İddiaçı2 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1862/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1862/2023
28.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver