Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1874/2025 03.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı “məcburi payın müəyyən edilməsi və sair” tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, X9 və X1 nikahından İddiaçı doğulmuşdur; X4 və İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1005/2009 nömrəli, xx.xx.2009-cu il tarixli məhkəmə qətnaməsinə əsasən, ünvan 1 ünvanına köçürülməklə orada onlara yaşayış hüququ verilmişdir; X14 xx.xx.2010-ci il tarixdə vəfat etmiş və həmin vaxt ailə tərkibi anası xx.xx.1936-cı ildə doğulmuş X2, arvadı xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1988-ci il təvəllüdlü X5, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 ibarət olmuşdur; X11 xx.xx.2012-ci ildə vəfat etmişdir və həmin vaxt ailə tərkibi əri xx.xx.1937-ci ildə doğulmuş və xx.xx.1998-ci ildə vəfat edən X3, xx.xx.1961-ci ildə doğulmuş və xx.xx.2010cu ildə vəfat edən X8 ibarət olmuşdur; ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil ¼ hissədə X6, ¾ hissədə isə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəsiylə, xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən, X6 ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil ¼ hissədə payına Cavabdeh2 tam hissədə irs almaq hüququ yaranmışdır və həmin mənzil Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə ********** nömrəsiylə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzi Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, Gəncə şəhər, D.Qorqud küçəsi, ev 1B, 48 nömrəli mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlaka payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun atası Aqil Allahverdiyev xx.xx.2010-cu ildə vəfat etdikdən sonra da, nənəsi X12 ilə birlikdə mehriban yaşasalar da, nənəsi X12 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən 8 ay sonra hazırki iş üzrə cavabdeh olan ogey qardaşı Cavabdeh2 onları məcburi şəkildə evdən çıxardaraq, nə onu nədə ki, anasını həmin evə buraxmamışdır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyinə səbəb isə Cavabdeh2 ona və anasına qarşı istifadə hüquqununun itirilmiş hesab edilməsi tələbi ilə məhkəmə müraciət etdikdən sonra qeydiyyatda olduqları mənzilin nənəsinnin adına deyil, hazırki iş üzrə cavabdehin adına qanunsuz sənədləşməsi ilə bağlıdır. Cavabdeh2 ona və anasına qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəmə müraciət etdikdən sonra onlar daşınmaz əmlaka və notariat ofisinə müraciət edərək məlumatları oldu ki, hazırki iş üzrə Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə dair 12 avqust 2024-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında mübahisəli mənzilə dair çıxarış almışdır. Halbuki, mübahisəli mənzil cavabdehin adına sənədləşdirilərkən onun mərhum atası X9 vərəsəsi olmağı və miras əmlakdan məcburi payının olması nəzərə alınmamış, vərəsə kimi yalnız hazırki iş üzrə Cavabdeh2 qeyd edilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, nəticədə miras əmlakdan ona düşən pay hüququndan məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf ərizədə yazılanların izahat olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili iddiaya etiraz edərək, rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193.1 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Hazırk iş üzrə iddiaçı Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunaraq mübahisəli mənzilə dair həmin cavabdehin adına verilmiş çıxarışın ləğv olunması və mübahisəli mənzilə payının müəyyən olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, iddiaçı mübahisəli mənzilə köçürülmüş, nənəsi olmuş Niyar Allahverdiyeva vəfat etdikdən sonra Cavabdeh2 tərəfindən məcburi qaydada həmin yaşayış sahəsindən çıxarılmış, sözügedən mənzil Cavabdeh2 adına rəsmiləşdirilərkən iddiaçının məcburi payı nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, nəticə hissəsində birbaşa göstərilməsə də, ərizənin məzmununa əsasən, iddiaçı mübahisəli mənzilə məcburi payının müəyyən olunmasını xahiş etmişdir. Lakin mübahisələndirilən şəhadətnamənin verilməsi üçün əsas olmuş vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, iddiaçının mirasa məcburi payının yaranması müəyyən olunmur. Belə ki, mübahisəli mənzilin ¼ hissəsinə hüquq Niyar Allahverdiyeva tərəfindən digər ¾ hissənin mülkiyyətçisi Cavabdeh2 vəsiyyət edilmişdir. Lakin qanunvericiliyə əsasən, mənzilin ¼ hissəsinə məcburi pay hüququnun məxsus olduğu vərəsələr, yəni vəsiyyət edən Niyar Allahverdiyevanın ərizinin, uşaqlarının, valideynlərinin sırasında iddiaçı yoxdur. Belə ki, miras qoyan vəfat etdiyi vaxt mirasa məcburi pay tələb edə biləcək vərəsələri - əri Polad Allahverdiyev xx.xx.1998-ci ildə, oğlu Aqil Allahverdiyev xx.xx.2010-cu ildə vəfat etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirərkən istinad etdiyi digər faktiki əsas mübahisəli yaşayış sahəsindən Cavabdeh2 tərəfindən məcburi qaydada çıxarılması olmuşdur. Lakin bu hal iddiaçının mirasa məcburi payının yaranması üçün əsas deyildir. Beləliklə, istinad edilən faktiki əsasların araşdırılması nəticəsində, mübahisələndirilən şəhadətnamənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verilməsi, dolayısıyla etbarsız hesab edilməli və ona müvafiq aparılmış qeydin ləğv edilməli olması, habelə iddiaçının məcburi payının müəyyən edilməsi üçün əsaslar müəyyən olunmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə Regional «Asan xidmət» mərkəzi Notariat ofisinə qarşı “məcburi payın müəyyən edilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1874/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1874/2025
03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver