Məhkəmə qərarları › İş №2(125)-188/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-188/2024

08.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-188/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X49 Şakir oğlunun sədrliyi, X14 iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi X29 və cavabdehin digər nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən yaşayış evinə dair ünvan 1unmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına verilmiş *2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına olmuşdur. İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra 3 vərəsəsi qalmışdır: həyat yoldaşı X3*, oğlu X25 və İddiaçı3 həyat yoldaşı X31 olmuşdur. Hələ İddiaçı1 Abbas oğlunun sağlığından Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, 6 ünvanında yerləşən fərdi yaşayış evində yalnız X15 ailəsi, yəni onlar yaşamışlar. Elə hazırda da bu mülkdə yaşayırlar. Digər vərəsələr isə hələ İddiaçı1 Abbas oğlunun sağlığından başqa ünvanda yaşamışlar. Yəni atasından qalmış miras əmlak yalnız X31 tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin miras əmlak X31 tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Bu illər ərzində miras mülkün İddiaçı1 Abbas oğlunun adında qalmasını zənn edərək hər hansı bir maneə olmadan orada yaşamışlar. Ona görə də sənədləşmə işləri ilə məşğul olmamışlar. Lakin, bu günlərdə xəbər tutmuşlar ki, İddiaçı1 Abbas oğlu 1993-cü ildə vəfat edən kimi hətta vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün 6 aylıq müddəti gözləmədən ünvan 1unmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların yaşadıqları mülk Davudun arvadı X16 adına keçmişdir. Sonradan isə X3* bu mülkü ünvan 1unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Hesab edirlər ki, həm vərəsəlik, həm də bağışlanma zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, sözügedən miras əmlakın yalnız onların ailəsi, yəni mirasqoyanın oğlu X31 tərəfindən qəbul edilməsinə baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, X31 atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmiş, miras əmlakda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Uzun illərdən bəri bütün kommunal xərclər də onlar tərəfindən ödənilmişdir. Yəni, atasından qalmış miras əmlak yalnız X31 tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin miras əmlak X31 tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Həmçinin, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun burada yaşamamış və onlara qarşı hər hansı bir iradı, tələbi olmamışdır. Göründüyü kimi qanunsuzluqlar göz qabağındadır. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Yuxarıda qeyd etdiyi kimi, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun burada yaşamamış və onlara qarşı hər hansı bir iradı, tələbi olmamışdır. Yəni həmin vaxt mülk yalnız formal olaraq Cavabdeh1 bağışlanmışdır. Sözügedən bağışlama müqaviləsinin uydurma, yalan əqd olması açıq-aydın göz qabağında olması səbəbindən həmin müqavilə də etibarsız hesab olunmalıdır. Həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə bağlı demək olar ki, bütün müddəaları evin bağışlanması halı ilə bağlı hazırki vəziyyəti əks etdirir. Ona görə də sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün də iddia qaldırmaq qərarına gəlmişlər. Bundan başqa, X2* verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin 3* aprel 2**6-cı il tarixində bitməsinə baxmayaraq, bağışlama əməliyyatı məhz bu müvəqqəti şəxsiyyət vəsiqəsi ilə 22 may 2**6-cı il tarixdə həyata keçirilmişdir. Bundan başqa, bağışlanma zamanı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, onların razılıq ərizələri alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, 199*-cı il tarixində X31 ilə nikaha daxil olmuş və mübahisəli ünvan olan ünvan 2eynov ilə rəsmi nikahından digər iddiaçı olan oğulları İddiaçı1 və İddiaçı2 doğulmuşdur. Mübahisəli ünvan olan fərdi yaşayış evi mərhum qayınatası İddiaçı1 Abbas oğluna məxsus olmuşdur. Qayınatası İddiaçı1 vəfat etdikdən sonra ondan miras qalmış mübahisəli evdə onlar və qayınanası Fatma Rəhimova yaşamışdır. X5* 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Ümumiyyətlə, mübahisəli evdə yalnız mərhum X5* ailəsi, yəni onlar ilə birlikdə yaşamış, qayınları isə mübahisəli evə qonaq kimi gəlib-getmişlər. Hal-hazırda da mübahisəli evdə onlar yaşayırlar. Bu illər ərzində mübahisəli evin mərhum qayınatası İddiaçı1 məxsus olmasını zənn edərək, nə əri Asif, nə də onlar sənədləşmə işləri aparmamışlar. Lakin, bu yaxınlarda bilmişlər ki, mübahisəli ev Cavabdeh1 bağışlanmışdır. Belə ki, cavabdeh onun qaynının oğludur. Qayınatası İddiaçı1 vəfat etdikdən sonra Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qayınanası Fatma Rəhimovanın adına keçmiş və Fatma Rəhimova da mübahisəli evi 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. Sözügedən miras əmlakı onlar, yəni mərhum Asif Hüseynovun ailəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, onlara hər hansı bir pay verilməmişdir. Bununla yanaşı, mübahisəli ev Cavabdeh1 bağışlanaraq onun adına olsa da, cavabdeh sözügedən evdə yaşamamış və onlara qarşı da hər hansı tələbi və iradı olmamışdır. Yəni, həmin ev cavabdehə formal olaraq bağışlanmışdır. Əlavə olaraq bildirir ki, Fatma Rəhimovaya vərəsəlik qaydasında keçən ev sonradan sökülərək yenidən inşa olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı3 mərhum Asif Hüseynov ilə ailə həyatı quraraq, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanına gəlin köçmüş və bu günədək də həmin ünvanda yaşayır. Sözügedən ev İddiaçı3 X5*un atası İddiaçı1 məxsus olmuşdur. İddiaçı1 vəfat etdikdən sonra mübahisəli evdə onun oğlu Asif Hüseynov ailə üzvləri ilə birlikdə yaşamış və miras əmlakı idarə etməklə, onu faktiki olaraq qəbul etmişdir. Lakin, Asif Hüseynov 29 iyun 2*21ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra da ailə üzvləri həmin evdə yaşayırlar. İddiaçılar bu yaxınlarda bilmişlər ki, mübahisəli ev mərhum İddiaçı1 adından onun arvadı Fatma Rəhimovanın adına keçmiş, Fatma Rəhimova isə sözügedən evi Cavabdeh1 bağışlamışdır. İddiaçı3 mərhum əri, digər iddiaçılar Vüqar və İddiaçı1ların ataları tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmişdir. Lakin, buna baxmayaraq, Asif Hüseynovun miras payı müəyyən edilməmişdir. Belə ki, mərhum Asif Hüseynov miras əmlakda ailə üzvləri ilə birlikdə yaşamış, lakin, sənədləşmə işləri aparmamışlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hal-hazırda mübahisəli əmlak mövcud deyildir. Ona görə də miras əmlakdan söhbət gedə bilməz. Belə ki, mübahisə predmeti olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı X12 məxsus olmuş, onun vəfatından sonra həmin əmlak xx.xx.1989-cu il tarixli, 3-3-3-5 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı1 adına keçmişdir. Ev 188*-ci il tarixində tikilməklə, 53,4 kvadratmetr 4 yaşayış otaqdan ibarət olmuşdur. İddiaçı1 vəfat etdikdən sonra ondan miras qalmış əmlak 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Fatma Rəhimovanın adına rəsmiləşmişdir. Cavabdeh1 atası Surət Hüseynov anasının adına olan mülkdə 166,4 kvadratmet əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət 5 otaqlı yaşayış evini tikdirmişdir. Fatma Rəhimova da onun adına olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalanda yerləşən 166,4 kvadratmet əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət 5 otaqlı 6 nömrəli “A” literli yaşayış evini Gəncə şəhər 1 saylı Notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4-Ə-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh olan nəvəsi Cavabdeh1 bağışlamışdır. Göründüyü kimi, X38 ərindən miras qalmış evi yox, Sürət Hüseynov tərəfindən tikilən evi nəvəsinə bağışlayıbdır. Bundan başqa mərhum Asif Hüseynov hələ sağlığında evin atasından anasına keçdiyini bilmiş, buna dair heç bir etiraz etməmişdir. Asif Hüseynov və qardaşı Sürət Hüseynov öləndən sonra Asifin ailəsi belə bir iddia qaldırmışdır. Hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı heç bir əsaslar mövcud deyildir. O cümlədən iddiaçıların atası (İddiaçı3 əri) Asif Hüseynov sağlığında qeyd olunan iddianı qaldırmamaqla iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X29 iddia tələbinin əsassız olduğunu bildirib, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 29 fevral 2*24-cü il tarixli, 3-16-5/8-16/2*24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaş İddiaçı1 Abbas oğlu barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı - X3* 15.*7.1927 (13.*4.2*11-ci ildə vəfat edib) uşaq – X21 12.*4.1956 (*4.*4.2*1*-cu ildə vəfat edib) uşaq – X1* *2.*7.1957 uşaq – X26 12.*2.1959 (31.*7.2*23-cü ildə vəfat edib) uşaq – X47 15.*1.1961 (29.*6.2*21-ci ildə vəfat edib) Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *7 may 1993-cü il tarixində 387 nömrə qeyd edilmişdir. 1-İE seriyalı, 327963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 12 fevral 1959-cu il tarixində doğulmuşdur. Atası: İddiaçı1 Abbas oğlu, anası: X17r. İİ-İE seriyalı, 149*11 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 15 yanvar 1961-ci il tarixində doğulmuşdur. Atası: İddiaçı1 Abbas oğlu, anası: X17r. V-JQ seriyalı, 294*81 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 ilə İddiaçı3 arasında nikah 2* mart 199*-cı il tarixində Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2* mart 199*-cı il tarixində 124 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Mahmudova” soyadı verilmişdir. AZ-İ seriyalı, 21139* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1994-cü il tarixində doğulmuşdur. Atası: X31, anası: İddiaçı3dır. AZ-T seriyalı, 233143 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 1989-cu il tarixində doğulmuşdur. Atası: X31, anası: İddiaçı3dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1984cü il tarixində doğulmuşdur. Atası: X25, anası: X22r. İİ-BO seriyalı, 861898 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq eidlmiş surətindən görünür ki, X31 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Bu barədə 2*21-ci ilin iyun ayının 3*-da 17*21971***25*1*82**9 nömrəli akt qeydi tərtib olunmuşdur. 2741 nömrəli müvəqqəti şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vətəndaş X3* 15.*7.1927-ci il tarixində doğulmuşdur. Yaşayış yeri Gəncə şəhəri, Lermantov küçəsi, ev 26-dır. Verilib: *7.1*.2**5-ci il tarixdə, etibarlıdır: 31.12.2**5-ci ilədək. Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Gəncə şəhər Çoxsahəli Məınzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər X4 tərəfindən verilmiş 31 avqust 2*23-cü il tarixli, 1457 nömrəli arayışdan görünür ki, arayış X2* vərəsəliyi rəsmiləşdirmək üçün dövlət notariat kontoruna təqdim etməkdən ötrü verilmişdir ondan ötrü ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, 6 nömrəli yaşayış evi İddiaçı1 Abbas oğlu (notariusun xx.xx.1989-cu il tarixli, 3-3-3*5 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi) üçün şəxsi mülkiyyət hüququ ilə texniki inventarlaşdırma bürosunda qeydə alınmışdır. Yaşayış evi 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla, 188*ci ildə tikilmişdir. 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31 avqust 1993-cü il tarixli, 3-1- 24* reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Abbas oğlunun sağ qalmış əri (arvadı) X3* onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31.*8.1993-cü il tarixli 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı X16 adına keçmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 8645 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə X6 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ondan ötrü ki, Nizami rayonunda, C.Cabbarlı, İ dalan, 6 küçəsində 166,4 kv,m 5 (beş) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilişi, bir hissəsi) X16 mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, Lermantov küçəsi, ev 26-da yaşayan X3* və Bakı şəhəri, Naxçıvani küçəsi, ev 26, mənzil 17-də yaşayan Cavabdeh1 ilə həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: X3* DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6 378,* kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1-5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evini (mənzilini) Cavabdeh1 bağışlamışdır. Bağışlanan ev (mənzil) girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. 14 avqust 2*23-cü il tarixli, 3-16-5/8-7*-H-3446/2*23 nömrəli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3* 13 aprel 2*11-ci il tarixində ölmüşdür. Ölüm haqqında 14 aprel 2*11-ci il tarixli, 3** nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi beyin ödemidir. Ölümün qeydə alındığı yer Gəncə şəhər Qeydiyyat şöbəsidir. Cavabdeh1 ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 məhkəmədə ona qarşı iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 1unmuş 31 avqust 1993-cü il tarixili, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ünvan 1unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında onun adına verilmiş *2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinin özündə göstərilmişdir ki, mərhum nənəsi X3* özünə məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 22 may 2**6-cı il tarixli, 4Ə- 1-138 reyestr nömrəli bağışlama müqaviləsi ilə ona bağışlamışdır. İddiaçılar 24 avqust 2*23-cü il tarixdə məhkəmədə iddia qaldırmışlar. Göründüyü kimi, bağışlama müqaviləsinin verilməsindən 18 il vaxt ötmüşdür. Qanunvericiliyin tələblərinə görə iddiaçılar tərəfindən iddia müddəti dəfələrlə ötürülmüşdür. Belə olan halda müddətin ötürülməsinə görə iddiaçıların iddiası rədd edilməlidir. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 hazırki iddiaya etirazından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 məhkəməyə Cavabdeh1, Gəncə şəhər 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 1unmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ünvan 1unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına verilmiş *2 avqust 2**6cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddianı qəbul etmir və iddiaya qarşı etiraz edir. Belə ki, Gəncə şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci dalanda yerləşən 6 nömrəli yaşayış evi 7 yaşayış otağından ibarət olmaqla, X11 xüsusi mülkiyyətində olmuşdur. Həmin yaşayış otaqlarının 3 yaşayış otağında mülk sahibi X23, arvadı X5 ilə, 2 yaşayış otağında mülk sahibinin oğlu İddiaçı1 Abbas oğlu arvadı X3* ilə, 2 yaşayış otağında İddiaçı1 oğlu X25 arvadı X29 ilə yaşamışlar. 199*-cı ilin martından İddiaçı3 nikahlarını rəsmiləşdirməklə, İddiaçı1 digər oğlu X24 ərə gedərək mülk sahibi Abbas Hüseynovun arvadı X1 yaşadığı 3 otaqlı yaşayış otağına köçmüş və orada yaşamağa başlamışlar. Mülk sahibi X11 vəfatından sonra notarisun xx.xx.1989-cu il tarixli, 3-3-3*5 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülk İddiaçı1 Abbas oğlunun adına keçmişdir. Mülk sahibi İddiaçı1 Abbas oğlu *6 mart 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdəki 53,4 kv.metr 4 otaqdan ibarət hissəsini X7 şəhər 1 saylı Dövlət Kontorunda təsdiq olunmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən öz adına keçirmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni alarkən X3* tərəfindən notariat kontoruna tələb olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən biri də X9 Bürosu tərəfindən verilmiş 17.*8.1993-cü il tarixli, 1457 nömrəli arayışda göstərilmişdir ki, tikinti “A”-da 53,4 kvadratmetr 4 yaşayış otağından, 11,3 kvadratmetr örtülü eyvandan və 1*,8 kvadratmetr dəhlizdən ibarət yaşayış evi 188*-ci ildə tikilmişdir. *6 may 1993-cü il tarixində vəfat etmiş İddiaçı1 Abbas oğlunun ildönümdən sonra, yəni, 1994-cü ildə Cavabdeh1 atası Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində işləmiş X25 tərəfindən anası Fatma Rəhimovanın adına olan mülkdə 166,4 kvadratmetr sahəli 5 yaşayış otağından və 99,1 kvadratmetr köməkçi sahədən ibarət yaşayış evini tikdirmişdir. 1993-cü ilin oktyabrda baş vermiş məlum hadisələrlə bağlı X25 ölkəni tərk edərək, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, oradan isə Tula şəhərinə getmişdir. Həmin vaxt Surət Hüseynovun qardaşı Asif Hüseynov da ailə üzvləri ilə birlikdə Tula şəhərində yaşamışdır. 1996-cı il tarixində İddiaçı3 anasının ölümü ilə bağlı həm anasının yas yerində iştirak etməsi, həm də anasına vermiş olduğu 7**** (yetmiş min) manat pulu götürməsi üçün Tula şəhərindən Gəncə şəhərinə gəlmişdir. 26 mart 1997-ci il tarixində X48 şəhərində tutularaq, Bakı şəhərinə gətirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli Məhkəmə Kollegiyasının 1* fevral 1999-cu il tarixli hökmü ilə X19 ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayətkarlıq yolu ilə əldə edilmiş, məhum Surət Hüseynova məxsus 17136*** manat dəyərində X16 adına qeydiyyatda olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan 6 saylı ev dövlət nəfinə müsadirə edilmişdir. Surət Hüseynova ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra İddiaçı3 188*-ci ildə tikilmiş 53,4 kvadratmetr tikilmiş sahəli 4 otaqlı evi uçurtdurub, Surət Hüseynov tərəfindən kubikdən tikdirilmiş 166,4 kvadratmetr əsas 99,1 kvadratmetr köməkçi sahədən ibarət təzə evə köçmüşdür. X25 Azərbaycan Respublikası Prezidentinin 17 mart 2**4-cü il tarixli fərmanı ilə əfv edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 14.*3.2**5-ci il tarixli, 2-352/2**5 nömrəli qətnaməsi ilə, ünvan 6 ünvanda yerləşən 166,4 kvadratmetr əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət olan 5 otaqlı ev müsadirədən çıxarılaraq, X2* qaytarılmışdır. Bundan sonra Fatma Rəhimova adına olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalanda yerləşən 166,4 kvadratmet əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət 5 otaqlı 6 nömrəli “A” literli yaşayış evini Gəncə şəhər 1 saylı Notariat kontorunun 22.*5.2**6-cı il tarixli 4-Ə-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X8 Nail Sürət oğluna bağışlamışdır. Həmin vaxt Fatma Rəhimova tərəfindən bir sıra lazımi sənədlər, o cümlədən Gəncə ərazi idarəsi tərəfindən verilmiş *4.*4.2**6-cı ıl tarixli, 77 nömrəli arayışı da notariat kontoruna təqdim edilmişdir. Həmin yaşayış evinin kubikdən tikilməsi, əsas sahənin 166,4 kvadratmetr, köməkçi sahənin 99,1 kvadratmetr, otaqlarının sayının isə 5 olması göstərilmişdir. Bağışlama müqaviləsindən sonra Cavabdeh1 verilmişdir. Hazırda haqqında mübahisə gedən ev İddiaçı1 miras qalmamış, həmin ev Surət Hüseynov tərəfindən tikdirilmişdir. Mərhum İddiaçı1 qalmış ev isə İddiaçı3 tərəfindən uçurulduğundan hal-hazırda miras əmlak kimi mövcud deyildir. X25 31 iyul 2*23-cü ildə vəfat etmişdir. X38 ərindən miras qalmış evi yox (çünki həmin miras ev mövcud olmamışdır), atası Surət Hüseynov tərəfindən tikdirilmiş evi Cavabdeh1 bağışlamışdır. Bütün qohumlar və məhkəməyə gətirəcəkləri şahidlər də təsdiq edərlər ki, hazırda üstündə mübahisə gedən ev iddiaçı Cavabdeh1 atası X25 tərəfindən tikdirilmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 iyun 2*23-cü il tarixli, 3-21-3-33/2-5831/2*23 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, 6 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunun 31.*8.1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 Abbas oğlunun vərəsəsi X3, ona *8.*9.1993-cü il tarixli, 8645 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**8-ci il tarixli, 2- 352/2**5 saylı qətnaməsinə əsasən X16 xüsusi mülkiyyətində olan ünvan 8 saylı mülk (ev) müsadirə siyahısından çıxarılmaqla, onun özünə və mülkiyyətinə qaytarılması qət edilmişdir. Qeyd edilən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, sonuncunun adına *2.*8.2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 mart 2*24-cü il tarixli, 3-21-3-33/2-2766/2*24 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 6 saylı fərdi yaşayış evinin arxiv qovluğunda olan sənədlərdən məlum olur ki, Kirovabad şəhər notariat kontorunun 19.*2.1941-ci il tarixli, 776 saylı reyestrdə təsdiq etdiyi akta əsasən Kirovabad şəhəri, Cəfər Cabbarlı küçəsi, 17 saylı fərdi yaşayış evinin X2 istifadəsində olmuşdur. X2 adına bu əmlakın yerləşdiyi 378.* kvm torpaq sahəsinə dair 3*.*5.1948-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 4-3-3*5 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 olan bu fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına keçmişdir. 1 saylı notariat kontorunun 31.*8.1993-cü il tarixli, 3-1-241 saylı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən bu mülk X16 adına keçmiş və ona *8.*9.1993-cü il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli, 2-352 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 1*.*2.1999-cu il tarixli hökmü ilə müsadirə edilmiş Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 6 saylı fərdi yaşayış evi X16 xüsusi mülkiyyətinə qaytarılmışdır. X2* *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X3* tərəfindən Cavabdeh1 bağışlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 adına *2.*8.2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cinayət işi ilə əlaqədar bu mülkün arxiv işi 28.*8.1997-ci il tarixli, 365 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş və geri qaytarılmamışdır. Bu əmlaka dair dublikat arxiv işi açılmış, arxiv sənədlərinin 2**5-ci ilədək olan nüsxələri yalnız təsdiq olunmamış surətlərdən ibarət olduğu üçün onların surətlərinin verilməsi mümkün olmamışdır. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçılar Davud və İddiaçı2ların əmisi oğlu, digər İddiaçı3 isə qaynının oğludur. Mübahisəli əmlak olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı mərhum İddiaçı1 Abbas oğlunun mülkiyyətində olmuş, sonuncu *6 may 1993-cü il tarixində vəfat etmişdir. Həmin vaxt İddiaçı1 aşağıdakı birinci növbələri vərəsələri olmuşdur. 1. arvadı X3*, uşaqları: 2. X21, 3. X1*, 4. X25 və 5. X31. İddiaçı1 Abbas oğlunun vəfatından sonra arvadı X7 şəhəri 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək əri Davuddan miras qalmış ünvan 6 ünvanda yerləşən miras əmlaka payının müəyyən olunmasını xahiş etmişdir. ünvan 9yestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı X16 adına keçmişdir. Daha sonra X3* 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mübahisəli əmlakı cavabdeh olan nəvəsi Cavabdeh1 bağışlamışdır. İddiaçıların atası və əri olan X31 29.*6.2*21-ci ildə ölmüşdür. X32 övladları Davud və İddiaçı2lar, o cümlədən Asifin arvadı İddiaçı3 məhkəmədə iddia qaldıraraq, ünvan 9yestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Nüsrət oğlunun adına verilmiş *2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli çıxarışın ləğv olunması və Gəncə şəhəri, C.Cabbarlı küçəsi 1-ci dalanda yerləşən, 6 saylı evə miras paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə tətbiq edilməli maddi hüquq normasını müəyyən edərək aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı1 Abbas oğlu 1993-cü ildə vəfat etdikdən sonra ondan qalmış miras əmlaka dair X2* Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 31 avqust 1993cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir ki, iddiaçı tərəf həmin şəhadətnaməni məhkəmədə mübahisələndirərək etibarsız hesab edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsinə dair həmin dövr üçün qüvvədə olan, yəni *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin: 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının kolxozların isə kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir müəyyən olunur. 75-ci maddəsinə əsasən tərəflərin razılığı ilə iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə yol verilmir. 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnu pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən olunur. 79-cu maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişməsi, iddia müddətinin dəyişməsinə səbəb olmur. 8*-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 1) İddia qaldırmağa fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hadisə (qarşısı alına bilməyən qüvvə) mane olduqda; 2) SSRİ Nazirlər Soveti və ya Azərbaycan SSRİ Nazirlər Soveti tərəfindən öhdəliklərin icrası üçün möhlət müəyyən edildikdə; 3) İddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində olduqda. Bu maddədə göstərilən vəziyyət iddia müddətinin axırıncı altı ay ərzində baş verdikdə və ya mövcud olmaqda davam etdikdə iddia müddətinin axımı dayandırılır; iddia müddəti altı aydan az olduqda isə - iddia müddəti ərzində dayandırılır. Müddətin dayandırılması üçün əsas olan öhdəliyin xitam edildiyi gündən, müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aydan az olduqda isə, iddia müddəti həmin müddətə çatdırılır. 81-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia, iddia müddətinin axımını kəsmir. Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlanır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Cinayət işində qaldırılmış iddiaya məhkəmə tərəfindən baxılmayıbsa, iddianın qaldırılmasına qədər olan iddia müddətinin axımı, iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə mindiyi gündən davam edir. 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsinin səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 83-cü maddəsinə əsasən iddia müddətinin dayandırılması, kəsilməsi və bərpa edilməsi haqqındakı qaydalar, qanunda sair hal müəyyən edilməyibsə, qısaldılmış iddia müddətlərinə də aid edilir. 84-cü maddəsinə əsasən, borclu öz vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da, icra etdiyini geri tələb etməyə haqlı deyildir. Dövlət təşkilatları arasında və onlarla kooperativ (kolxozlardan başqa) və sair ictimai təşkilatlar arasındakı münasibətlərdə iddia müddəti keçdikdən sonra vəzifəsinin icra olunması nəticələri SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. 85-ci maddəsinə əsasən, aşağıdakı hallarda iddia müddəti aid edilmir: Qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; Kolxozların və kooperativ və sair ictimai təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə; Dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə 86-cı maddəsinə əsasən, başlıca tələb üzrə iddia müddətinin keçməsi ilə, əlavə tələblər (dəbbə pulu, zaminlik və s) üzrə də iddia müddəti keçmiş hesab olunur. Məhkəmə yuxarıda göstərilən normalarına əsasən qeyd edir ki, hazırki iddia tələbinin əsasını İddiaçı1 Abbas oğlunun 1993-cü ildə vəfatından sonra ondan qalmış miras əmlaka dair X16 adına Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 31 avqust 1993-cü il tarixdə verilmiş 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı təşkil etdiyindən və həmin şəhadətnaməni Asif Hüseynov sağ ikən mübahisələndirməməklə onun ölümünə kimi təxminən 28 ilə yaxın müddət keçdiyindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialların əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, miras qoyan İddiaçı1 *6 may 1993-cü il tarixində vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanı ünvan 9yestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında arvadı Fatma Rəhimovanın adına keçmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hazırki tələblə 24.*8.2*23-cü il tarixdə məhkəmədə iddia qaldırmışlar. Belə olduğu halda məhkəmə *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 valideyni X31 mövcud iddia tələbi ilə məhkəməyə hələ sağlığında müraciət etməmiş, hazırkı iddiaçılar isə məhkəməyə müraciət edərkən də, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşlər. Bu səbəbdən iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Məhkəmə həmçinin, prosessual qənaət prinsipinə əsaslanaraq qeyd edir ki, iddia tələbi 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı hissəsində rədd edildiyindən, iddia tələbi digər, yəni, 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş *2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyetsr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsi hissəsində də rədd edilməlidir. Başqa sözlə, iddia tələbinin əsas hissəsi olan ünvan 9yestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsızlığına dair hissə iddia müddətinin keçməsi əsası ilə rədd edildiyindən iddia tələbinin sonrakı hissəsini mübahisələndirməyə dair artıq iddiaçıların subyektiv hüququ aradan qalxmış olur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.*.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu da iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsası ilə rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu da iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar