Məhkəmə qərarları › İş №2(125)-1893/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1893/2022

29.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1893/2022 29.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh X1 qarşı cavabdeh tərəfindən yayılmış şərəfi, ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və məlumatların yayılması ilə iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 qarşı cavabdeh tərəfindən yayılmış şərəfi, ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və məlumatların yayılması ilə iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində cavabdeh tərəfindən yayılmış şərəfi, ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və məlumatların yayılması ilə iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilsə, həmin iddia ərizəsində iddianın predmeti qeyrimüəyyən qaydada ifadə olunmuş, cavabdehin hansı məlumatları təkzib etməli olması və məhz hansı məlumatların yayılması ilə iddiaçıya mənəvi zərər vurulması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh X1 qarşı cavabdeh tərəfindən yayılmış şərəfi, ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və məlumatların yayılması ilə iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar