Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1893/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X4 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 İstismar İdarəsinin hərəkətləri qanunsuz hesab edilməklə, ünvan 1 evə dair istehlakçı İddiaçı adına əsassız olaraq hesablanmış 17280 m3 qaza görə 2091,28 manat pul məbləğinin silinməsinə və ödənilmiş 34 manat dövlət rüsumunun cvabdehdən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək cavabdeh X4 İstismar İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh X4 İstismar İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı xüsusi mülkiyyətindədir. Həmin evi o, 2010-cu ildə alqı-satqı müqaviləsi əsasında almışdır. O, həmin evi alan vaxt evdə smart-kart qaz sayğacı olmuş və qaza borc olmamışdır. Ev köhnə və yaşayış üçün yararlı olmadığına görə ev tamam sökülərək yerində yeni ev tikilmişdir. Tikilmiş yeni ev yaşayış üçün tam hazır vəziyyətdə deyildir, ona görə də orada heç kim yaşamamışdır. Ümumiyyətlə isə 2010-cu ildən hal-hazıradək həmin evdə yaşayış olmamışdır. Yalnız bir neçə il bundan əvvəl evə kombi istilik sistemi qurlaşdırılarkən qoyulmuş cihazların qızdırıcılığının yoxlanılması üçün sayğaca 25 manat pul ödənilmişdir. xx.xx.2022-ci ildə qaz idarəsinin əməkdaşlarının təşəbbüsü ilə evin qaz sayğacı dəyişdirilmiş, yəni smart-kart tipli sayğac çıxarılaraq yerində mexaniki tipli sayğac quraşdırılmışdır. Həmin vaxt mülkiyyətçi tərəfdən evdə heç kəs olmamış, evdə təmir işlərinə rəhbərlik edən Seymur Alıyev adlı usta qaz sayğacının dəyişdirilməsinə dair akta imza etmişdir. Sonradan həmin şəxs işlərini qurtarıb oradan getmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, qaz idarəsi tərəfindən birtərəfli qaydada iddiaçının xəbəri olmadan, qaz sayğacı nasazlıq adı ilə yenidən dəyişdirilmiş və mülkiyyətçinin üzərinə 2091,28 manat cərimə yazılmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edib tələbnamənin və aktın surətini almışdır. Həmin sənədlərdə qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu oturacağından aralandığına görə sayğac dəyişdirilmişdir. Guya 6 ay ərzində həmin qüsur nəticəsində qaz itkisinə yol verilmişdir. Cavabdeh həmin qaz itkisini 17280 m3 hesablamış və mülkiyyətçi tərəfindən ödənilməsini tələb etmişdir. Cavabdehin həmin hərəkətləri bütövlükdə qanunsuzdur. Çünki iddiaçı tərəfindən qaz itkisinə səbəb olan hər hansı bir hərəkətə yol verilməmişdir. Onlar həmin evdə yaşamadıqlarına görə qazdan istifadəyə ehtiyacları olmamışdır. Eyni zamanda onların küçədə quraşdırılmış qaz sayğacının nasazlığından xəbərləri olmamışdır. Əgər qaz sayğacı hər hansı səbəbdən zədələnmişdirsə, buna görə onlar təqsirli sayıla bilməzlər. Ona görə də cavabdeh tərəfindən hesablanmış həmin 17280 m3 ziyan məbləğ onlardan tələb edilə bilməz. Eyni zamanda hesablanmış zərər məbləği də əsaslı deyildir, çünki qaz sayğacından istifadə edilmədiyi halda, çıxış borusunda olan nasazlığa görə qaz sızmasından söz gedə bilməz. İddiaçı həmin evdə yaşamamışdır, qazdan istifadə etmədiyinə görə qaz itkisi də istisna olunur. Cavabdeh tərəfindən nasazlığa görə heç bir əsas olmadan, yəni istehlakçının təqsiri olmadan itirilmiş sərfiyyatın dəyəri kimi istehlakçıya əlavə borcun hesablanması qanunsuz və əsassızdır. Cavabdeh hesabladığı borcun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Çünki qaz təchizatı müəssisəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb edilməsində maraqsız olmasını və qərəzsiz olmasını təmin etməlidir. Hesablanmış borcun əsaslı olmasını cavabdeh sübut edə bilmədikdə iddiaçının haqlı olması qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan Actaris tipli, G4 markalı, 07AZ**********8 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi Alarm-2 olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı Seymur Alıyevin iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh 14-2-2/3-5-2428 nömrəli rəyinə əsasən deformasiya nəticəsində sayğacın çıxış plastmas borusu oturacaqdan aralanmışdır. Aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçıdan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli akt üzrə 17280 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 17280 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan Actaris tipli, G4 markalı, 07AZ**********8 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi Alarm-2 olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh 14-2-2/3-5-2428 nömrəli rəyinə əsasən deformasiya nəticəsində sayğacın çıxış plastmas borusu oturacaqdan aralanmışdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 2073,60 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Azəriqaz» İstehsalat Birliyindən 34 manat alınaraq İddiaçı ödənilməli və 6,73 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 17280 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 2073,60 manat pul silinsin. Cavabdehndən dövlət rüsumunun əvəzi olaraq 34 manat alınaraq İddiaçı, 6,73 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1893/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1893/2024
24.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver