Məhkəmə qərarları › İş №2(125)-19/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-19/2025

30.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-19/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi (vəkili), digər iddiaçı və cavabdeh X9 vəkili Nümayəndə, cavabdeh və iddiaçı Cavabdeh1, onun vəkili X14 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi»nə dair iddiasına, Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) X23, X24 və İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbi»nə dair iddiasına, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı babası X10 qanun üzrə (mərhum atası Elnur Mustafayevə münasibətdə) vərəsəsi tanınması, babasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakda tam pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (2(125)-19/2025 nömrəli mülki iş). Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli «miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi», X25 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********86-10301 nömrəli xx.xx.2023-cü il tarixli qeydin ləğv edilməsi, X7 və Cavabdeh2 miras qalmış Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli və Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evlərinə payın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və həmin əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bundan başqa, Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) X23, X24 və Cavabdeh1 Elnur oğluna qarşı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən məcburi çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (2(125)-24/2025 nömrəli mülki iş). Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-24/2025 nömrəli qərardadı ilə Cavabdeh2 X23, X24 və İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmas» tələbinə dair mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi» barədə qarşılıqlı iddiasına dair 2(125)-19/2025 nömrəli mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilmiş və həmin mülki işə 2(125)-19/2025 statik nömrəsi təyin edilmişdir. Cavabdeh və iddiaçı Cavabdeh2 şəxsi məlumatları «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılarkən, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə müəyyən edilmiş və Cavabdeh1 Cavabdeh2 hüquqi varisi qismində mülki iş üzrə icraata cəlb edilmişdir. Mülki işin məhkəmə iclasında iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi (vəkili), digər iddiaçı və cavabdeh X9 vəkili Nümayəndə izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı babası X10 adına qeydiyyata alınmışdır. X28 həmin əmlakın İddiaçı nənəsi Cavabdeh2 ilə nikaha girməmişdən əvvəl alqı-satqı yolu ilə əldə etmişdir. X28 xx.xx.2006-cı ildə, Cavabdeh2 isə xx.xx.2025-ci ildə vəfat etmişdir. B.S.Mustafayev və Cavabdeh2 birgə nikahından 2 uşaqları X29 və Cavabdeh1 olmuşdur. X2 Emil Elnur oğlunun atası, X15 əridir. X29 xx.xx.2021-ci ildə ölmüş, Cavabdeh1 ölümündən sonra onun ailə üzvləri Cavabdeh1 çatası mirasdan pay hüququ əldə etmişlər. Lakin Cavabdeh1 anası Cavabdeh2 ahıl yaşlarında olmasından və səhətindəki xəstəliklərdən istifadə edərək, mərhum Cavabdeh1 çatası mirasın sonuncunun ailə üzvlərinə payın ayrılmasına mane olmuşdur. Hətta Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən X26 bağışlansa da məhkəmədə iddia qaldırmaqla bağışlama müqaviləsinin etibarsızlığına nail olmuş, bundan sonra xx.xx.2023-cü il tarixli «miras payın bağışlanmasına dair» müqavilə bağlamışdır. Halbuki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(104)-121/2024 nömrəli mülki işə məhkəmədə baxılarkən keçirilmiş «məhkəmə psixiatrik ekspertizası» keçirilmiş və Cavabdeh2 yaşı ilə əlaqədar səhətinin nəinki yaxşılaşacağı, hətta daha da pisləşəcəyi müəyyən edilmişdir. Belə olan halda Cavabdeh2 İddiaçı münasibətdə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 münasibətdə bağışlama müqaviləsinin etibarlı hesab olunması qeyri-müəyyən halın yaranmasına səbəb olur. Qeyd olunan səbəbdən də miras payın bağışlanmasına dair» xx.xx.2023-cü il tarixli müqavilə etibarsızdır. Sonda Nümayəndə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli «miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi», X25 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış **********86-10301 nömrəli xx.xx.2023-cü il tarixli qeydin ləğv edilməsi, X7 və Cavabdeh2 miras qalmış Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli və Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evlərinə payın müəyyən edilməsi, Cavabdeh1 iddiasının və qarşılıqlı iddiasının rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və iddiaçı Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı onun mərhum qardaşı X11 oğludur. Onun anası Cavabdeh2 və X28 1957-ci ildə el adəti üzrə evlənmiş, nikahlarını 1959-cu ildə rəsmiləşdirmişlər. Cavabdeh2 və B.S.Mustafayev evləndikdən sonra 1958-ci ildə Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evini almışlar. Bundan sonra həmin şəxslər Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evində yaşamışlar. Cavabdeh2 və B.S.Mustafayevin birgə nikahından o və X29 anadan olmuşdur. X29 1993-cü ildə nikaha girmiş və X16 Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi verilmişdir. Həmin vaxtdan X29 vəfat edənə kimi ailəsi ilə birlikdə orada yaşamışdır. X28 2006-cı ildə vəfat etmiş, X10 ölümündən əvvəl və sonra Cavabdeh2 və o Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evində yaşamışlar. X11 və ailə üzvlərinin isə Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evində yaşadıqlarına görə Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evi ilə əlaqələri olmamışdır. Digər tərəfdən Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmuşdur və qeyd olunan səbəbdən də X32, X33 və İddiaçı həmin mənzildən çıxarılmalıdırlar. Sonda Cavabdeh1 X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və həmin əmlakda paylarının müəyyən edilməsi, X17, X18 və Cavabdeh1 Elnur oğlunun Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin şəxslərin həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və iddiaçı Cavabdeh1 vəkili X3 Elmir Bayram oğlunun izahatını müdafiə edərək, X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və həmin əmlakda paylarının müəyyən edilməsi, X17, X18 və Cavabdeh1 Elnur oğlunun Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli evdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin şəxslərin həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X32 və X33 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi (vəkili), digər iddiaçı və cavabdeh X9 vəkili Nümayəndə, cavabdeh və iddiaçı Cavabdeh1, onun vəkilini dinləyərək, hesab edir ki, iddiaçı və cavabdeh İddiaçı, cavabdeh və iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilməli, Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) mənzildən istifadə hüququnun itirilməsi hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, işdə olan AЗ seriyalı 089025 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 və Cavabdeh2 arasında olan nikah xx.xx.1968-cı ildə 6 nömrəsi Zeynallı kənd sovetində qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-3267/10 nömrəli arayışdan görünür ki, X28 xx.xx.2006-cı ildə ölmüşdür. İşdə olan Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 61 nömrəli arayışdan görünür ki, X29 xx.xx.2021-ci ildə ölmüş, onun vərəsələri arvadı X32, oğlu İddiaçı və qızı X33 olmuşdur. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1862/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Bayram oğlu və Kərimova X21 Elmir Elnur oğluna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia rədd edilmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1443 nömrəli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Cavabdeh2 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-121/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 və İddiaçı arasında bağlanmış Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********07-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «miras payın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı ildə əri X10 vəfatından sonra ondan irs qalmış miras əmlakdan ona özünə çatası miras payını oğlu – Cavabdeh1 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evini və torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-3375/2025 nömrəli arayışdan görünür ki, Kirovabad şəhər 2 saylı notariat kontorunun xx.xx.1967-ci il tarixli, 15-173 reyestr nömrəli müqaviləyə əsasən fərdi yaşayış evi X38 tərəfindən X1. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin xx.xx.1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X10 adına qeyd edilmiş, yerləşdiyi torpaq sahəsi 164 kv. m. (0,0164 ha) olmuşdur. X10 vərəsəsi Cavabdeh2 ********** qeydiyyat nömrəli ərizəsinə əsasən ünvan 3 ünvanında 0,0151 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,2 kv.m. fərdi yaşayış evinə dair X10 adına xx.xx.2022-ci il tarixli, **********59-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi»nə və xx.xx.2023-cü il tarixli 3M-9 reyestr nömrəli «Miras payın bağışlanması müqaviləsi»nə (Cavabdeh2 öz miras payını Cavabdeh1 bağışlamışdır) əsasən Cavabdeh1 xx.xx.2023-cü xx.xx.2023-cü il tarixli, **********86-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3522/2025 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1982-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X22 adına qeyd edilmişdir. xx.xx.1989-cu il tarixli Kəpəz rayon XDS-nin İcraiyyə Komitəsinin qərarına əsasən torpaq sahəsində olan tikililər X22 mülkiyyətində, zəbt edilmiş torpaq sahəsi isə istifadəsində saxlanılmışdır. Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-4-557 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülk X31 tərəfindən Cavabdeh2 adına keçmişdir və alıcının adına xx.xx.1989-cu il tarixli, 1527 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2 adına 0,0266 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60,8 kv. m. olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 21 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mülk Cavabdeh2 tərəfindən İddiaçı bağışlanmış və İddiaçı adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-121/2024 nömrəli icra sənədinə əsasən bağışlama müqaviləsi və onun əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, mülkə dair əvvəlki hüquq sahibi Cavabdeh2 adına xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X28 və Cavabdeh2 arasında olan nikah xx.xx.1968-cı ildə qeydə alınmış, həmin şəxslərin birgə nikahından X29 və Cavabdeh1 anadan olmuşdur. X35 xx.xx.2006-cı ildə, X29 xx.xx.2021-ci ildə və Cavabdeh2 xx.xx.2025-ci ildə ölmüşdür. X11 vərəsələri arvadı X12, oğlu İddiaçı və qızı X13 ibarətdir. X5 Svetlana Musa qızı ilə aralarında olan nikahı qeydə aldıranadək xx.xx.1967-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evini əldə etmişdir. Sonradan xx.xx.1989-cu il tarixdə Cavabdeh2 Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evini əldə etmişdir. Bununla da X7 qalmış miras əmlak Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evindən və Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən, Cavabdeh2 isə miras qalmış əmlak X7 ona qalmış mirasdan və Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli mənzilin digər ½ hissəsindən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixli «daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən İddiaçı bağışlanmış, sonradan İddiaçı Bayram oğlu və Kərimova X21 Elmir Elnur oğluna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1862/2023 nömrəli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-121/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 və İddiaçı arasında bağlanmış Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********07-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi, Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) X23, X24 və İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbi»nə dair iddia ərizəsi, Cavabdeh1 və Kərimova X21 Emil Elnur oğluna qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə miras əmlakda payların müəyyən edilməsi zamanı iddia tələbini təşkil edən miras əmlakın bağışlanması müqaviləsinin etibarsızlığının miras əmlakın nədən ibarət olmasının müəyyənləşdirilməsində, yəni Cavabdeh2 miras qalmış əmlakın həcminin artmasına və ya azalmasına təsirini nəzərə alaraq, hesab edir ki, ilk olaraq həmin iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 346.1 və 346.3-ci maddələrinə görə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən qanuniliyi mübahisələndirilən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış miras payın bağışlanması müqaviləsi xx.xx.2023-cü il tarixdə, yəni Cavabdeh2 Cavabdeh1 Elnur oğluna qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsasında baxılmış mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1862/2023 nömrəli qətnaməsinin qəbulundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-121/2024 nömrəli qətnaməsindən əvvəl olmuşdur. Göründüyü kimi Cavabdeh2 xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi bağlanarkən öz hərəkətlərinin mənasını başa düşmüş, mübahisə predmeti olan əmlakın hüquqi vəziyyəti ilə əlaqədar əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmış və öz hüquqlarının müdafiəsini təmin etmişdir. Qeyd olunanların əksini təsdiq edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı iddia tələbi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli «miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi»nə dair hissədə təmin olunmamalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. xx.xx.1928-ci ildə qüvvəyə minmiş «Nikah, ailə, qəyyumluq və vətəndaşlıq vəziyyəti aktları haqqında Qanunlar Məcəlləsi»nin tələbinə görə ər-arvadın şəxsi əmlakına yalnız onların nikaha qədər olan əmlakı daxildir. xx.xx.1970-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR «Nikah və ailə Məcəlləsi»nin 26-cı maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvaddan ikisindən biri ev təsərrüfatı ilə, uşaqlarla qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Azərbaycan Resublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1 və 1159.1.3-cü maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları, o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X6 şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evini xx.xx.1967-ci ildə əldə etmiş, Cavabdeh2 aralarında olan nikah xx.xx.1968-cı ildə qeydə alınmış və Cavabdeh2 xx.xx.1989-cu il tarixdə Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evini əldə etmişdir. Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən həmin əmlakın ½ hissəsi Cavabdeh2, digər ½ hissəsi isə X10 mülkiyyətində olmuşdur. Buna görə də X7 miras qalmış əmlak Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evindən və Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur. Buna görə də X10 Cavabdeh2, X8 və Cavabdeh1 ibarət 3 vərəsi olduğundan hər bir vərəsənin qeyd olunan əmlakların 1/3 hissəsində payı olmuş, Cavabdeh2 B.S.Mustafayevdən ona qalmış miras əmlakı Cavabdeh1 bağışlamışdır. Bununla da Gəncə şəhəri, Nizami küçəsində yerləşən 57 nömrəli fərdi yaşayış evindən və Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsinə X11, 2/3 hissəsinə Cavabdeh1 payı yaranmışdır. X4 miras qalmış, ünvan 2 ünvanına dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-1 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»də həmin hal nəzərə alınmamış, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat aparılmışdır. Həmçinin Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin digər ½ hissəsi Cavabdeh2 miras qalmış, Cavabdeh2 xx.xx.2024-cü il tarixli vəsiyyətnamə ilə həmin fərdi yaşayış evini və torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. Buna görə də Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin Cavabdeh2 miras qalmış digər ½ hissəsinin ¼ hissəsi üzərində Cavabdeh1 vərəsələrinin, ¾ hissəsi üzərində Cavabdeh1 payı yaranmışdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda qeyd olunmuş hallarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-3560/2024 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeni nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi»nə dair, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddiası qismən təmin edilməli, X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli qeydiyyat qismən ləğv edilməli, X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın 1/3 hissəsinə X11, 2/3 hissəsinə Cavabdeh1; ünvan 6 ünvanında yerləşən əmlakın X7 miras qalmış ½ hissəsinin 1/3 hissəsinə X11, ½ hissəsinin 2/3 hissəsinə Cavabdeh1; ünvan 6 ünvanında yerləşən əmlakın Cavabdeh2 miras qalmış digər ½ hissəsinin ¼ hissəsinə X11, ¾ hissəsinə Cavabdeh1 payı müəyyən edilməli, həmin iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə X11 cəmi 7/24 hissədə payının olmasını, X17, X20 və İddiaçı X11 vərəsələri olmasını, buna görə də həmin şəxslərin ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 7/24 hissəsi üzərində vərəsə qismində hüquqlarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) X23, X24 və İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbi»nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi»nə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) İddiaçı qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddiası qismən təmin edilsin. X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli qeydiyyat qismən ləğv edilsin. X7 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakın 1/3 hissəsinə X11, 2/3 hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən əmlakın X7 miras qalmış ½ hissəsinin 1/3 hissəsinə X11, ½ hissəsinin 2/3 hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən əmlakın Cavabdeh2 miras qalmış digər ½ hissəsinin ¼ hissəsinə X11, ¾ hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi»nə dair iddiası, Cavabdeh1 və Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) İddiaçı qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması və payların müəyyən edilməsi tələbi»nə dair qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh2 (hüquqi varisi Cavabdeh1) X23, X24 və İddiaçı qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbi»nə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar