Məhkəmə qərarları › İş №2(125)-1950/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1950/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1950/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Müseyib qızının katibliyi ilə, İddiaçı Cavabdeh Samvelovnayaya qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 ilə cavabdeh X3 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsi barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Samvelovnayaya qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iddiaçının mərhum atası X2 ilə cavabdeh X3 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin evi iddiaçının miras olaraq, qəbul etmə faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 08 sentyabr 2022-ci il tarixdə «Elektron məhkəmə» sistemi vasitəsilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2021; əməliyyat İD:25411569; qəbzin nömrəsi:7723; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:8********) dövlət büdcəsindən iddiaçı X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən fərdi evinə mərhüm atası X2 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin evi varis olaraq iddiaçının qəbul etmə faktının müəyyən edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2021; əməliyyat İD:25411569; qəbzin nömrəsi:7723; terminal nömrəsi: K0127012; GPP qəbz nömrəsi:8********) dövlət büdcəsindən iddiaçı X1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar