Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1955/2025 17.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********150 abonent kodu üzrə sudan istifadəyə görə cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Gəncə şəhər Sukanal İdarəsi tərəfindən hesablanmış 225 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Gəncə şəhər Sukanal İdarəsi əsl cavabdeh Azərbaycan Dövlət X5 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 (bundan sonra- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13) ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Onların su xəttinə su sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Su sayğacı qoyulanadək Sukanal TSC tərəfindən məskunlaşdıqları binaya su xətti çəkilməmişdir. Onlar öz otaqlarına su xəttini öz vəsaitləri hesabına çəkmişdirlər. İstifadə etdikləri su ilə əlaqədar cavabdeh faktiki onlara heç bir xidmət göstərməmişdir. Su təchizatı faktiki olaraq şəxsi vəsait hesabına qazılmış artezian quyudan aparılmışdır. Həmin quyunun suyu da məişət xarakterli olmuşdur. İçməli suyu və məişətdə işlətdikləri suyu isə ağ su satan maşınlardan almışlar. Lakin su sayğacı quraşdırıldıqdan sonra onlara bildirmişdirlər ki, əvvəllər istifadə etdikləri suya görə 225 manat borcları vardır. Bu tamamilə əsassızdır. Borcun nə vaxtdan yarandığını onlara bildirməmişdirlər və bu barədə onlara heç bir rəsmi məlumat verilməmişdir. Sudan istifadəyə görə su təsərrüfatı birtərəfli qaydada öz istədikləri kimi qanunvericiliyin tələbinə zidd olaraq borc hesablanmışdır. Həmçinin sudan istifadəyə görə su təsərrüfatı ilə sudan istifadə edən şəxslər arasında heç bir müqavilə imzalanmamışdır. Sudan istifadəyə görə istehlakçı ilə istifadəçi arasında müqavilənin olmaması səbəbindən sudan istifadəyə görə borc tələb etmək hüququ yaranmamışdır. Faktiki olaraq su sayğacı çəkilən vaxta kimi onlar öz şəxsi vəsaitləri hesabına məişət mənşəli sudan istifadə etmişlər. İstifadə etdikləri su içməyə tamamilə yararsız vəziyyətdə olmuşdur. Sudan istifadəyə görə yaranmış borcun silinməsi ilə əlaqədar cavabdehin ünvanına rəsmi məktubla müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-88/2025 nömrəli məktubu ilə borcun silinməsindən imtina olunmuşdur. Həmçinin imtina məktubunda DOS-38/83, bina 5/A, m-15 ünvanı qeyd olunmuşdur. Faktiki olaraq onlar həmin ünvanda heç bir vaxt yaşamamış və qeyd olunan ünvanın onlara heç bir aidiyyəti yoxdur. Buna görə də cavabdeh tərəfindən qeyri-qanuni şəkildə sudan istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında silinməsi zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etmişdirlər, lakin borcla bağlı heç bir bildiriş verilməmişdir. Ağ suyun hansı tarixdə etibarən verilməsini dəqiq xatırlamır. Sayğac qoyulandan sonra yaranmış borcu ödəməyə razıdır. Sayğac qoyulmamışdan əvvəl hesablanmış borcun isə qanunsuz olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin əraziyə yeni su xətti çəkilmiş, ağ su verilmişdir. 2023-cü ilin iyulun 19-da ailə tərkibi 3 nəfər olmaqla müqavilə bağlanılmışdır. Ailə tərkibi haqqında arayış da mövcuddur. İddiaçı ağ sudan istifadə etmiş, hər ay bildiriş göndərilməsinə baxmayaraq ödəniş olunmamışdır. Hesablanmış borc artezian suyuna görə yox vətəndaşın işlətdiyi ağ suya və çirkab suyun axıdılması görədir. 2024-cü ilin noyabr ayında isə sayğac quraşdırılmışdır. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-88/2025 nömrəli məktubun surətindən görünür ki, DOS 38/83, bina 5/A, mənzil 15 (abonent kodu **********150) ünvanının xx.xx.2023-cü il tarixdə nəfər sayı tərkibi yaşayış sayına uyğun olaraq 3 nəfərlə İddiaçı adına abonent kodu açılmışdır. Silinməsi tələb edilən borc xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılan dövrə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair hesablanmış borcdur. **********150:47492818 nömrəli abonent kartından görünür ki, (xx.xx.2023-cü il tarixli, müqavilə üzrə abonent İddiaçı) ailə tərkibi 3 nəfər olmaqla 2023-2025-ci illər üzrə su təchizatı və tullantı suların axıdılması xidmətinin göstərilməsi üzrə yekun borc 226,80 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları bölməsi tərəfindən Gəncə Sukanal İdarəsinə ünvanlanmış DOS-38 ünvanında məskunlaşan məcburi köçkünlər barədə məlumat cədvəlinin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı ailə tərkibi arvadı X4 və qızı X3 olmaqla 3 nəfər göstərilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuş, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda sudan istifadəyə görə 226,80 manat borc hesablanmışdır. İddiaçı iddia etmişdir ki, sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etməmişdirlər, borcla bağlı heç bir bildiriş verilməmiş, həmçinin sudan istifadəyə görə heç bir müqavilə imzalanmamışdır. Buna görə də sayğac qoyulmamışdan əvvəl hesablanmış borcun qanunsuz olduğunu, sayğac qoyulandan sonra yaranmış borcu isə ödəməyə razı olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etiraz edərək, sözügedən ünvanda sudan istifadə edilməklə iddiaçının ailə tərkibinin 3 nəfər olmaqla xx.xx.2023-cü il tarixində müqavilə bağlandığını, bunun əsasında da istifadə edilmiş su sərfiyyatına və çirkab suların axıdılmasına görə borc hesablandığını və hər ay bildiriş göndərilməsinə baxmayaraq ödəniş olunmadığını, yeni su sayğacının isə 2024-cü ilin noyabr ayında quraşdırıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İddiaçı sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etmədiklərini göstərsə də, işdə olan müqavilədən görünür ki, ağ sudan və çirkab suyun axıdılmasından istifadəyə görə xx.xx.2023-cü il tarixdə aralarında müqavilə bağlanmışdır. Bununla yanaşı iddiaçı özü də sayğacın quraşdırılmasından əvvəl də ağ sudan istifadə etdiklərini, lakin hansı tarixdən istifadə etdiklərini xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1955/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1955/2025
17.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver