Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1976/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə ilə əlaqədar cavabdeh tərəfindən onun ünvanı üzrə - Gəncə şəhəri, M.S.ünvan 1ilinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, X5 küçəsi, ev 91 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının ½ hissədə payı olmaqla, paylı mülkiyyətdədir. Həmin ev üzrə abonent kimi abonent kodu **********00910 olmaqla, iddiaçının atası X3 qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının paylı mülkiyyətində olan və yaşadığı sözügedən evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdeh tərəfindən ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmast borusunun kənar təsir nəticəsində deşildiyi barədə qeyd aparılmış, X6 İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası hesabatı aparılaraq qaz itkisinin 6480 m3 (777,60 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri M.S.Ordubadi küçəsi 91 saylı ev onun paylı mülkiyyətindədir. Həmin evdə 8-9 il yaşayış olmamışdır. Həmin dövrdə isə yalnız bir nəfər — anası yaşamışdır. Bir neçə ay bundan əvvəl sözügedən evdə yaşamağa başlamışdır. Qaz sayğacına pul yüklədikcə, pulun görünmədiyini görmüşlər, bununla bağlı cavabdeh orqana müraciət etdikdə, qaz sayğacının müddətinin bitdiyini bildirmişlər və xx.xx.2023-cü il tarixdə yeni sayğac qoymuşlar. Bu barədə tərtib edilən aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmişdir. Sonradan həmin ünvana 777,60 manat borc yazılmasına dair bildiriş gəlmişdir. Bununla bağlı araşdırma aparanda iddiaçıya məlum olmuşdur ki, 31 iyul 2023-cü il tarixdə ******* saylı təbil qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta görə, guya ki, sayğacın axış plastmas borusu deşilibdir. Lakin, sayğac sökülərkən belə bir qüsur mövcud deyildi. Bundan başqa, vaxtaşırı olaraq onun evi üzrə quraşdırılmış sayğaca baxış keçirilibdir. Əgər hər hansısa bir müdaxilə olmuş olsaydı, bu barədə dərhal tədbir görülməli idi. Hesab edir ki, həmin borc haqsız olaraq hesablanmışdır. Bundan başqa, sayğac küçədə, insanların gediş-gəliş yolunun üzərində yerləşdirilmişdir. Hər hansısa bir qoruyucu örtük ilə örtülməmişdir. Beləliklə də, əgər sayğacda hər hansısa bir qüsur varsa, bu insan əməlləri və ya təbiət hadisələri nəticəsində də törədilə bilərdi. Həmçinin, yuxarıda da qeyd etdiyi kimi əgər sayğacda müdaxilə olmuş olsaydı, bu barədə dərhal akt tərtib edər, borcun ödənilməsi üçün tədbirlər görərdilər. Hazırda onun heç bir günahı olmadan hər hansısa bir mövcud olmayan ziyanın ödənilməsinin ondan tələb edilməsi qanunsuzluqdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sayğac evdən kənarda yerləşir, 10 ildən artıqdır ki, sözügedən evdə yaşamırlar, bir neçə ay bundan əvvəl həmin evdə yaşamağa başlamışlar, cavabdeh təşkilatın əməkdaşları qaz sərfiyyatı olmadığı halda sayğaca müdaxilə olunduğunu bildirərək sayğacı dəyişmiş, təzəsini qoymuşlar. Sayğac üçün ödəniş edəndə bilmişlər ki, sayğaca borc yazılıb, əslində sayğaca heç bir müdaxilə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçının paylı mükiyyətində olan və hazırda yaşadığı Gəncə şəhəri, X5 küçəsi, ev 91 nömrəli ünvana quraşdırılmış “Astaris” tipli, G-4 markalı, 08AZ**********2 nömrəli sayğac yeni sayğacla – “Elestr” tipli, G-4 markalı, GCZ0007783 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın əvəzlənməsi olmuşdur, digər qeydlər hissəsində isə əlyazma ilə “əks klapan 2 bölüm – 5030.00, 1 bölüm 29.00” qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 31 iyul 2023cü il tarixli aktdan və ona əlavə edilmiş sənəddən görünür ki, istehlakçı kimi mərhum X2 adı qeydə alınmış, iddiaçının yaşadığı ünvanda quraşdırılmış G-4 markalı, 08AZ**********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, Cavabdeh İB-nin 14-2-2/3-56482 rəyə əsasən sayğacın çıxış plastmast borusunun deşildiyi, yivli birləşmələrin korroziyaya uğradığı müəyyən edilmiş, həmçinin sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində xüsusi işarənin olmadığı, sayğacın ALARM-2 rejimində olduğu, elementin bitmək üzrə olduğu, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmadığı, xətaların normaldan artıq olduğu, sayğacın minimal sərfiyyatda -100% nisbi xətayla işlədiyi, kamera ilə sayğacın daxilinə baxış keçirilərək plastmas boruda deşik aşkar olunduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmiş və sayğacın dəyərinin ödənilməsi və dəymiş ziyanın 6480 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 91 ünvanı üzrə abonent kodu **********00910 olan abonent X1 görünür ki, abonent hesabına 2023-cü ilin may ayında 5 m3, iyun ayında 131 m3, iyul ayında 6600 m3, avqust ayında 127 m3, sentyabr ayında 161 m3, oktyabr ayında 227 m3, noyabr ayında 316 m3 və dekabr ayında 620 m3 olmaqla, 2023-cü ilin yanvar ayından 2023-cü ilin dekabr ayına (həmin ay da daxil olmaqla) kimi 8187 m3, 2024-cü ilin yanvar ayı 586 m3 sərfiyyat edilmiş, 2023-cü il üzrə sərfin məbləği 237,40 manat, qalıq və aktlar üzrə 777,60 manat borc, 2024-cü il üzrə sərfin məbləği 70,62 manat, qalıq və aktlar üzrə 0 manat borc hesablanmış və həmin borc üzrə iddiaçı tərəfindən 98 manat ödənilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 08AZ**********2 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvan üzrə qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan üzrə quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini, 08AZ**********2 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 777,60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, X5 küçəsi, ev 91 ünvanda yerləşən fərdi yaşayış evi (abonent kodu **********00910 olan) üzrə təbii qazın itkisinə görə Cavabdeh tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat pul məbləği silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1976/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1976/2024
19.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver