Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-198/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh ilə 01 may 2013-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0.027 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bu mümkün olmadıqda cavabdehdən 15.000 manat və ödənilmiş dövlət rüsumun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 01 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı ilə cavabdeh arasında barışıq əldə edildiyini bildirmiş və buna görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi: 8********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh ilə 01 may 2013-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən 0.027 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bu mümkün olmadıqda cavabdehdən 15.000 manat və ödənilmiş dövlət rüsumun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; qəbzin nömrəsi: 8********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-198/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-198/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver