Məhkəmə qərarları › İş №2(125)-1987/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1987/2025

11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1987/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh İri Şəhərlərin X4 Xidməti Publik Hüquqi Şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X5rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İri Şəhərlərin Birləçmiş Su Təchizatı Xidməti X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzilinə "xxxx" ASC Gəncə şəhər Su İdarəsi tərəfindən artıq hesablanmış 252 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzilində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin mənzili 1995-ci ildə almış və həmin vaxtdan da mənzildə tək yaşamışdır. Qeyd olunan mənzildə ondan başqa heç kim qeydiyyatda olmamışdır. İddiaçı söyləyir ki, 4-5 il bundan əvvəl mənzilinə gələn su xəttinə Sukanal idarəsi tərəfindən sayğac qoyulmuşdur. Bundan sonar ona əlavə 5 nəfərə görə 252 manat su borcu yazılmışdır. Həmin şəxsləri tanımadığını və onlarla heç bir qohumluq əlaqəsinin olmadığını və mənzilində yaşamamaqları barədə rəsmi arayış alıb su idarəsinə təqdi edərək əsassız yazılmış cərimənin silinməsini xahiş etmişdir. Lakin hal-hazırki vaxtadək yazılmış cərimə silinməmiş qalır. Həmin borcun silinməsi ilə bağlı iddiaçı Gəncə Sukanal İdarəsinə müraciət etmişdir. Gəncə Sukanal İdarəsi tərəfindən 23.*1.2*25-ci il tarixli məktubla müraciətinə cavab ünvanlıyaraq bildirmişdir ki, 16.*4.2*25-ci il tarixdən *1.*4.2*14-cü il tarixədək evlər üçlüyünün verdiyi ailə tərkibi haqqında arayışa əsasən 3 nəfərə uyğun olaraq hesabatı aparılmışdır. Daha sonar yenidən təqdim edilən sənəd əsasında *1.*4.2*14-cü il tarixdə ailə tərkibi 1 nəfər olmaqla abonent bazasında düzəliş olunmuşdur. İddiaçı bildirir ki, evlər üçlüyünün verdiyi arayış əsasında ona su borcu yazıla bilməz. Ona görə ki, evlər üçlüyünün verdiyi arayışda adları keçən şəxslər heç vaxt ona məxsus evdə qeydiyyatda olmamış və yaşamamışlar. Məhkəmədə İddiaçı iştirak etmiş, idddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, 1995-ci ildən həmin evdə yaşayır və yoldaşı həmin evi almazdan əvvəl rəhmətə getmişdir. Evinə illərlə su verilməyib və su təchizatı həmişə şox çətin olub. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin X4 Xidməti X6 nümayəndəsi X3 iddiaçının mülkiyyətində olan mənzilə sudan istifadəyə görə 84,6* manat məbləğində artıq borcun hesablanmasını etiraf edərək iddianın qismən təmin edilməsinə, yəni, artıq hesablanmış 84,6* manat məbləğində borcun silinməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. Mülki işin materiallarında olan abonent kartından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzilində 1 nəfər adam sayına görə 15 mart 2*25-ci il tarixə 255,42 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 3*cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X2”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ona məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzilinə 252 manat su pulunun artıq hesablandığını qeyd etmiş və tələbini 1995-ci ildən həmin evdə təkbaşına yaşamaqla və həmin evdə heç kimin qeydiyyatda olmadığı ilə əsaslandırmışdır və bildirmişdir ki, yoldaşı həmin evi almazdan əvvəl rəhmətə getmiş və evinə illərlə su verilməyib və su təchizatı həmişə şox çətin olub. Məhkəmə borc barədə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışı məhkəmədə tədqiq edib borcun məbləğini düzgün əks etdirən mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin arayışın tədqiqindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan mənzildə sudan istifadəyə görə cəmi 84,6* manat artıq borc hesablanmışdır. Odur ki, məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının yaşadığı mənzildə sudan istifadəyə görə hesablanmış 252 manat borcun 84,6* manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 51 saylı binanın 3 saylı mənzilinə sudan istifadəyə görə hesablanmış 252 manat borcun 84,6 (səksən dörd) manat 6* qəpik hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar