Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1996/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Gəncə X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə X2 İdarəsi tərəfindən ona əsassız yazılmış 518,40 manat borcun silinməsinə və ödəmiş olduğu 30 manat dövlət rüsumunun Cavabdeh Gəncə X2 İdarəsindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə X2 İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi atası Zahid Qarayevə məxsusdur. Lakin evə çəkilən təbii qazın abonenti odur. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Gəncə RQİİ-nin əməkdaşları yaşayış evimə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 041241 nömrəli akt tərtib etmişlər. Aktda qeyd edilənlərə görə guya o, qaz sayğacına maqnit qoyaraq sərfiyyatı dayandırmışdır. Bundan sonra aktda qeyd edilənlərə əsasən ona 518,40 manat borc hesablanmışdır. O, həmin borcla razılaşmır. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Gəncə RQİİ-nin əməkdaşları yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirən zaman o, evdə olmuşdur. Lakin Cavabdeh İB-nin Gəncə RQİİ-nin əməkdaşları sayğaca baxış keçirilən zaman onu dəvət etməmişdirlər və aktın tərtib olunması barədə onu xəbərdar etməmişdirlər. Aktda onun adının qarşısında imza yerinə “imtina” yazılmışdır. Halbuki, o, nə orada olmamış, nə də imza etməkdən imtina etməmişdir. Sayğac küçədə quraşdırılmış və mötəbər kilidlə qorunmamışdır. Əgər maqnit həqiqətən də onun sayğacında tapılıbsa, onu qərəzli olaraq hər kəs, o cümlədən Qaz İdarəsinin işçilərinin özləri də oraya qoya bilər. Yəni maqnitin sayğacdan tapılması o demək deyil ki, həmin maqniti oraya o qoymuşdur. 518,40 manat borcun hansı qaydada hesablanması da ona məlum deyildir. Belə ki, təxminən bir həftə əvvəl evə qaz sərfıyyatına görə borc barədə qəbz gətirilmişdir. Həmin qəbzdə 66,70 manat borcu olduğu qeyd edilmişdir. 518,40 manat borcum olması barədə isə ona küçə üzrə nəzarətçi Namiq şifahi məlumat vermişdir. Bundan sonra o, Gəncə RQİİ-nə gedib oradan barəsində yazılan aktı və digər sənədləri götürmüşdür. Qeyd edilənlərə görə ona yazılmış borcu qanunsuz və əsassız hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, akt iştirakı olmadan tərtib olunmuşdur. Balansda heç bir dəyişiklik baş verməmiş, ödənişi həmişəki qaydada etmişdir. Həmin evdə daimi yaşayış vardır. Nəzarətçi ona yoxlama olduğunu demiş, küçəyə çıxdıqda heç kimi görməmişdir. Akt tərtib olunanda evdə olmuşdur, ancaq qapı döyülməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, abonent ona məxsus sayğaca maqnit qoyaraq sərfiyyatı dayandırmışdır. Aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. **********00480 nömrəli abonentin saldosundan görünür ki, 2023-cü il üçün qaz sərfiyyatı noyabr ayında 197 m3, dekabr ayında 342 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura cərimə hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, abonent ona məxsus sayğaca maqnit qoyaraq sərfiyyatı dayandırmışdır. Lakin abonent tərəfindən sayğaca maqnit qoyulmasının nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Halbu ki, aktın tərtib olunduğu ay və ondan əvvəlki ay üzrə qaz sərfiyyatı noyabr ayında 197 m3, dekabr ayında 342 m3 olmuşdur. Yəni sayğac qaz sərfiyatını qedə allmışdır. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518,40 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518,4 manat pul silinsin. Cavabdehndən dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1996/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1996/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver