Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1998/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı xx.xx.2007-ci il tarixli 1121 nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi»nin qismən, xx.xx.2007-ci il tarixli 000462 nömrəli «fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə»nin qismən, xx.xx.2007-ci il tarixli 001254 nömrəli «dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə»nin qismən etibarsız hesab edilməsi və xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı xx.xx.2007-ci il tarixli 1121 nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi»nin qismən, xx.xx.2007-ci il tarixli 000462 nömrəli «fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə»nin qismən, xx.xx.2007-ci il tarixli 001254 nömrəli «dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə»nin qismən etibarsız hesab edilməsi və xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh3 Gəncə şəhəri S.Ruhulla küçəsi-4 ünvanında yerləşən keçmiş Nəqliyyat Nazirliyi, ADY, Texniki Qurğular və X3 keçmiş icarəçisi kimi həmin əmlakı 2007-ci ildə satın alaraq xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı məhkəmədə iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən və ona məxsus xüsusi mülkiyyətindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbininin çıxarılması və 2015-ci ilin yanvar ayının 1-dən xx.xx.2018-ci ilədək olan dövr ərzində ona məxsus xüsusi mülkiyyətdən əvəzsiz istifadə edilib qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat, ümumilikdə 8000 manat konpensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri, S.Ruhulla küçəsi-4 ünvanında yerləşən keçmiş Nəqliyyat Nazirliyi, ADY, Texniki Qurğular və X3 əmlakını keçmiş icarəçisi Cavabdeh3 almaqla yanaşı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şərq hissəsində yerləşən torpaq sahəsini və 6 sinif otağını qanunsuz satın almışdır. Kirovabad Şəhər Sovetinin Xalq Deputatları iclasının 11 avqust 1981-ci il tarixli 270 nömrəli qərarı ilə Siqdi Ruhulla küçəsində yerləşən 2 nömrəli musiqi məktəbinin ərazisi mədəniyyət şöbəsininin balansına verilmişdir. Həmin qərarla Siqdi Ruhula küçəsində yerləşən 2 nömrəli musiqi məktəbində əlavə 6 otağın inşa edilməsi və sənədləşdirilməsi qərara alınmışdır. Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planından görünür ki, 2 saylı musiqi məktəbinə bitişik heç bir əmlak yoxdur, tikilinin qərb hissəsindən qonşu torpaq sahəsinədək 5,78 metr məsafə vardır. Bu da ona dəlalət edir ki, 2 saylı müsiqi məktəbinin balansında olan tikililər və torpaq sahəsi Cavabdeh3 tərəfindən qanunsuz özəlləşdirilmişdir. Cavabdeh tərəfindən qanunsuz rəsmiləşdirilmiş torpaq sahəsi və sinif otaqları 2 saylı musiqi məktəbinin balansında olduğundan onun alqı-satqısı (özəlləşdirilməsi) və reyestrən çıxarışı ləğv olunmalıdır. Sonda Nümayəndə1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddianın əsassız olduğunu, Cavabdeh3 Azərbaycan Dəmir X9 və X6 aid olan 26 yanvar 2007-ci il tarixli texniki pasporta əsasən də iddiaçının iddia etdiyi torpaq sahəsinin və tikililərin həmin idarəyə məxsus olduğunu bildirib, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi İ.R.Quliyev iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi M.A.Hüseynov iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan X13 tərəfindən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış 16 oktyabr 2006-cı il tarixli məktubun surətindən görünür ki, ünvan 11a yerləşən keçmiş mülki qurğular distansiyasının inzibati binası və həyətyanı sahəsi 1936-cı ildə tikilmiş və heç bir əsaslı təmir olunmamış, istismar müddəti ötdüyünə görə istifadəyə yararsız vəziyyətə düşmüşdür. ünvan 5 ünvanında yerləşən keçmiş Gəncə mülki qurğular distansiyasının inzibati binası və həyətyanı sahəsi istismarda istifadəyə məqsədə uyğun hesab edilmədiyindən Azərbaycan X13 Ölkədə sahibkarlığın inkişafına yardım və Dövlət əmlakından səmərəli istifadə etmək məqsədi ilə 847,5 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsini və 130 kvadrat metrdən ibarət həyətyanı sahəsini Azərbaycan X13 ilə texnoloji bağlılığının olmaması və ərazi cəhətdən ayrılmasının mümkünlüyünü nəzərə alaraq, Cavabdeh3 Tofik qızı tərəfindən icarəyə götürülüb, özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 sentyabr 2019-cu il tarixli **********86 nömrəli məktubunun surətindən görünür ki, ünvan 11a yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Azərbaycan X13» QSC-nin Texniki Qurğular və X4 Trestinin balansında olmuş və balanssaxlayıcı təşkilatın razılıq məktubu əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlanmış alq-satqı müqavilələrinə əsasən həmin qeyri-yaşayış obyekti Cavabdeh3 tərəfindən özəlləşdirilmişdir. İşdə olan «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 22 dekabr 2006-cı il tarixli 4232 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli, 308 saylı Sərəncamına əsasən Gəncə şəhəri, S.Ruhulla küçəsi, 4 (registr nömrəsi ***-*******3-000) ünvanında yerləşən, ümumi sahəsi 847,5 m2 təşkil edən Nəqliyyat Nazirliyi, Azərbaycan X13, Texniki Qurğular və X4 Trestinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə Cavabdeh3 müddətli istifadəsinə verilmişdir. İş materiallarında olan 26 yanvar 2007-ci il tarixdə tərtib edilmiş 002457 nömrəli Əmlakın Texniki İnventarlaşması Bürosu Müəssisə və X5 surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən tikinti altı sahəsi 936,8 m2, ümumi sahə 847,5 m2, əsas sahə 419,4 m2 və köməkçi sahə 421,1 m2 qeyri-yaşayış sahəsi Nəqliyyat Nazirliyi Azərbaycan X13 Texniki Qurğular və X4 Trestinin balansında olmaqla Cavabdeh3 icarəsində verilmişdir. İşdə olan «icarəyə verilmiş əmlakın alqı-satqısı haqqında» 08 fevral 2007-ci il tarixli 1121 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsi ilə bağladığı 22 dekabr 2006-cı il tarixli 4332 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü 847,5 kvadrat metr (birmərtəbəli binanın zirzəmisi (77 kvadrat metr) və birmərtəbəli ayrı tikili (769,8 kvadrat metr)) qeyriyaşayış sahəsini 14.892 manata almışdır. İş materiallarında olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 19 fevral 2007-ci il tarixli, 001254 qeydiyyat nömrəli «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair» şəhadətnamənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 847,5 m2 qeyri-yaşayış sahəsini Cavabdeh3 satın almışdır. İşdə olan «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında» 09 aprel 2007-ci il tarixli 123 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 06 aprel 2007-ci il tarixli 87 saylı Sərəncamına əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 11a yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi əvəzi ödənilməklə Cavabdeh3 müddətli istifadəsinə verilmişdir. İş materiallarında olan «Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı haqqında» 22 may 2007-ci il tarixli 594 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 19 fevral 2007-ci il tarixli 1254 saylı «mülkiyyət hüququ haqqında» Şəhadətnamə əsasında özəlləşdirilmiş ünvan 11a yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən tikinti və infrastruktura aktında yerləşən hissəsi 1165,7 m2, sərbəst sahəsi 49,8 m2 olmaqla ümumi sahəsi 1215,5 m2 təşkil edən torpaq sahəsi Cavabdeh3 satılmışdır. İşdə olan «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair» 06 iyun 2007-ci il tarixli, 000462 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, ünvan 5 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 1215,5 m2 olan torpaq sahəsini Cavabdeh3 satın almışdır. İş materiallarında olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 0,12155 ha torpaq sahəsini olan qeyri-yaşayış binası Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan Kirovabad Şəhər Sovetinin Xalq Deputatları iclasının 11 avqust 1981-ci il tarixli, 270 nömrəli qərarının surətindən görünür ki, Siqdi Ruhulla küçəsində yerləşən 2 nömrəli musiqi məktəbinin ərazisi mədəniyyət şöbəsininin balansına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında olan obyektlərə dair texniki pasportların hazırlanması haqqında məlumatın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 2 №-li musiqi məktəbi Azərbaycan Respublikası Baş Nazirin tapşırığına əsasən Əmlak Məsələləri Dövlət komitəsinin 17 avqust 2018-ci il tarixli **********59 nömrəli məktubu üzrə hazırlanmışdır. İşdə olan Nəqliyyat Nazirliyi Azərbaycan X13 Texniki Qurğula və X4 Trestinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın surətindən görünür ki, 19 fevral 2007-ci il tarixdə ünvan 5 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 847,5 m2 olan torpaq sahəsi Cavabdeh3 tərəfindən özəlləşdirilmişdir. İş materiallarında olan İddiaçı 22 sentyabr 2022-ci il tarixli 766/03 saylı məktubundan görünür ki, ünvan 11a yerləşən sahəsi 997 m2 olan Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin binası İddiaçı balansındadır. İşdə olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-119/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi və alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1049/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-119/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-119/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, iddia təmin edilməmişdir. İşdə olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-4/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin Cavabdeh3 məxsus ünvan 10 ünvanında yerləşən əmlak kompleksindən çıxarılması qət edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsi sədrinin 22 dekabr 2006-cı il tarixli, 308 saylı Sərəncamına əsasən Gəncə şəhəri, S.Ruhulla küçəsi, 4 (registr nömrəsi ***-*******3-000) ünvanında yerləşən, ümumi sahəsi 847,5 m2 təşkil edən Nəqliyyat Nazirliyi, Azərbaycan X13, Texniki Qurğular və X4 Trestinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 22 dekabr 2006-cı il tarixli 4232 nömrəli icarə müqaviləsi ilə Cavabdeh3 müddətli istifadəsinə verilmiş, Cavabdeh3 Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsi ilə bağladığı 22 dekabr 2006-cı il tarixli 4332 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü həmin qeyri-yaşayış sahəsini «icarəyə verilmiş əmlakın alqı-satqısı haqqında» 08 fevral 2007-ci il tarixli 1121 nömrəli müqaviləyə əsasən 14.892 manata almışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 06 aprel 2007-ci il tarixli 87 saylı Sərəncamına əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 11a yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında» 09 aprel 2007-ci il tarixli 123 nömrəli müqaviləyə əsasən əvəzi ödənilməklə Cavabdeh3 müddətli istifadəsinə verilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 19 fevral 2007-ci il tarixli 1254 saylı «mülkiyyət hüququ haqqında» Şəhadətnamə əsasında özəlləşdirilmiş ünvan 11a yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən tikinti və infrastruktura aktında yerləşən hissəsi 1165,7 m2, sərbəst sahəsi 49,8 m2 olmaqla ümumi sahəsi 1215,5 m2 təşkil edən torpaq sahəsi «Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı haqqında» 22 may 2007-ci il tarixli 594 nömrəli müqaviləyə əsasən Cavabdeh3 satılmışdır. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 847,5 m2 olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 0,12155 hektar olan qeyri-yaşayış binası Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, buna dair «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» RX seriyalı ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələrinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. «Broniovski Polşaya qarşı iş üzrə» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. «Turqut və digərləri Türkiyəyə qarşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin 08 iyul 2008-ci il tarixli və «Maksimenko və Gerasimenko Ukraynaya qarşı iş üzrə» 16 may 2013-cü il tarixli Qərarlarında göstərilmişdir ki, hazırkı işdə ərizəçilərin torpaq üzərində mülkiyyət hüququna onun yarandığı vaxtdan uzun müddət (11 il) keçdikdən sonra xitam verilmişdir. Avropa Məhkəməsi tərəfindən formalaşdırılmış təcrübəyə əsasən isə mülkiyyət hüququna retroaktiv xitam verilməsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mülkiyyətdən məhrum edilmə kimi qiymətləndirilir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə görə dövlət mülkiyyətində olan təhsil müəssisələrinin özəlləşdirilməsi qadağandır. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 6.2.16-cı maddəsi ilə dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) əmlak nəzərdə tutulmuşdur. Həmin Qanunun 31-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi müəyyən edilmişdir. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. «Ş.Əliyevanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərarında göstərilmişdir ki, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə ve obyektlərin yerləşdiyi torpaq sahələrin satılması qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi ünvan 11a yerləşən qeyri-yaşayış və torpaq sahəsi əvvəllər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Azərbaycan X13» QSC-nin Texniki Qurğular və X4 Trestinin balansında olmuş, balanssaxlayıcı təşkilatın razılıq məktubu əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlanmış alq-satqı müqavilələrinə əsasən Cavabdeh3 tərəfindən özəlləşdirilmişdir. Belə ki, Azərbaycan X13 tərəfindən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış 16 oktyabr 2006-cı il tarixli məktubunda ünvan 11a yerləşən keçmiş mülki qurğular distansiyasının inzibati binası və həyətyanı sahəsinin 1936-cı ildə tikildiyi, heç bir əsaslı təmir olunmadığı, istismar müddəti ötdüyünə görə istifadəyə yararsız vəziyyətə düşdüyü, həmin əmlakın Azərbaycan X13 ilə texnoloji bağlılığının olmadığı bildirilmiş, onun Cavabdeh3 Tofik qızı tərəfindən icarəyə götürülüb, özəlləşdirilməsinə etiraz etdilmədiyi qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsi sədrinin 22 dekabr 2006-cı il tarixli, 308 saylı Sərəncamına əsasən göstərilən əmlak Cavabdeh3 istifadəsinə, daha sonra isə mülkiyyətinə verilmişdir. Beləliklə, ünvan 11a yerləşən qeyri-yaşayış və torpaq sahəsinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Azərbaycan X13» QSC-nin Texniki Qurğular və X4 Trestinin balansında olduğu inzibati orqanlar tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər əsasında müəyyən olunmuş, məhz buna görə də Cavabdeh3 tərəfindən qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərilməklə mübahisəli əmlak vicdanlı şəkildə əldə edilmişdir. Digər tərəfdən İddiaçı onun tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şərq hissəsində yerləşən torpaq sahəsinin və 6 sinif otağının Cavabdeh3 tərəfindən qanunsuz özəlləşdirildiyini bildirsə də, yalnız məhkəməyə əldə olunma mənbəyi, hansı əmlaka aid olduğu bilinməyən və mülki prosessual qanunvericiliyin sübutlara dair tələblərinə uyğun olmayan, eləcə də həqiqiliyini müəyyən etmək mümkün olmayan üzərində «Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planı» yazılmış sxemi kserosurət şəklində məhkəməyə təqdim etmiş, öz iddia tələbinin əsası kimi yalnız qeyd olunan sxemə istinad etmişdir. Həmin sübutun qiymətləndirilməsi, onun aidiyyəti və mümkünlüyü məsələsinin həlli ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «Daşınmaz dövlət əmlakının yerləşdiyi torpaq sahəsinin planı» yazılmış sxem iş üzrə sübut əhəmiyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1 və 89.2-ci maddələrinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. «Van de Huk Niderlanda qarşı iş üzrə» Avropa İnsan Hüquqları Məhkəməsinin 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. X7 Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 2(104)-1049/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 adına tərtib olunmuş texniki pasportda göstərilən və mübahisələndirilən 1-4, 11, 20-23, 34, 38-47 saylı otaqlar faktiki olaraq, İddiaçı istifadəsində olsa da, həmin tikililərə dair İddiaçı hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. «"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Beləliklə, məhkəmə mübahisəli əmlaka dair 08 fevral 2007-ci il tarixli 1121 nömrəli və 19 fevral 2007-ci il tarixli 001254 nömrəli alğı-satqı müqavilələrinin, 06 iyun 2007-ci il tarixli 000462 nömrəli şəhadətnamənin və 27 fevral 2015-ci il tarixli RX seriyalı ********** qeydiyyat nömrəli çıxarışın qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına, eləcə də onların etibarsız hesab edilməsinə dair dəlillərin mövcud olmamasını, iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli əmlakın onun balansında olmasına dair sübutları məhkəməyə təqdim etməməsini, Cavabdeh3 dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli əmlakı vicdanlı şəkildə əldə etməsini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə» 02 iyun 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı xx.xx.2007-ci il tarixli 1121 nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi»nin qismən, xx.xx.2007-ci il tarixli 000462 nömrəli «fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə»nin qismən, xx.xx.2007-ci il tarixli 001254 nömrəli «dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə»nin qismən etibarsız hesab edilməsi və xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1998/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1998/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver