Məhkəmə qərarları › İş №2(125)-2004/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2004/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2004/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan avtomobilin cavabdehdən alınıb iddiaçıya geri qaytarılması və pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçınə geri qaytarılması, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinin əvəzi qismində 3.275 manat 39 qəpik, gecikdirilmiş mükafat qismində 231 manat 62 qəpik və dəbbə pulu qismində 127 manat 91 qəpik, cəmi 3.634 manat 92 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X5 arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17.5 faiz hesablanmaqla 12 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla cəmi 1.280 manat 19 qəpik, ümumilikdə 18.362 manat məbləğində pul vəsaitini lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. X3 14 may 2022ci il tarixli MAS-5223 saylı daxili lizinq müaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə 29 avqust 2022-ci il tarixə 3.634 manat 92 qəpik borcu yaranmışdır. 13 dekabr 2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi R.A.İsmayılov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsin görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 may 2022-ci tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizin obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İş materiallarında olan 14 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı satıcı «Azkron» məhdud məsuliyyətli cəmiyyətindən qəbul edərək, lizinq alan X4 təhvil vermişdir. İşdə olan 08 avqust 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış MAS-5223 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli ləğv ediləcəyinə, yaranmış borcun və lizinq obyektinin qaytarılmasının ondan məhkəmə qaydasında tələb ediləcəyinə dair Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 29 avqust 2022-ci il tarixə borcu əsas borc qismində 3.275 manat 39 qəpik, mükafat borcu qismində 231 manat 62 qəpik, cərimə qismində 127 manat 91 qəpik, cəmi 3.634 manat 92 qəpikdir. İşdə olan BB243201 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X5 arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədiyindən İddiaçınə daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 3.275 manat 39 qəpik, gecikdirilmiş mükafata görə 231 manat 62 qəpik və dəbbə puluna görə 127 manat 91 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinin tələbinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi şərtlənən köhnə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmə hesab edir ki, lizinq obyekti olan «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olduğuna və həmin avtomobil cavabdeh X2 alınaraq İddiaçınə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 14 may 2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil cavabdeh X2 alınaraq mülkiyyətçi İddiaçınə geri qaytarılmalı, X2 İddiaçı xeyrinə 14 may 2022-ci il tarixli, MAS- 5223 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.275 manat 39 qəpik, gecikdirilmiş mükafat qismində 231 manat 62 qəpik və dəbbə pulu qismində 127 manat 91 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 75 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə X5 arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. İddiaçı ilə X5 arasında bağlanmış 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2022-ci il buraxılışlı «Khazar SD» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440747 ban nömrəli, ağ rəngli avtomobil cavabdeh X2 alınaraq mülkiyyətçi İddiaçınə geri qaytarılsın. X2 İddiaçı xeyrinə 14 may 2022-ci il tarixli, MAS-5223 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.275 (üç min iki yüz yetmiş beş) manat 39 (otuz doqquz) qəpik, gecikdirilmiş mükafat qismində 231 (iki yüz otuz bir) manat 62 (altmış iki) qəpik, dəbbə pulu qismində 127 (bir yüz iyirmi yeddi) manat 91 (doxsan bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 75 (yetmiş beş) qəpik, cəmi 3.691 (üç min altı yüz doxsan bir) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar