Məhkəmə qərarları › İş №2(125)-2015/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2015/2025

01.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2015/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vəsiyyətnamə və mirasdan məcburi pay üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş V-188/2023 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlak olan evin (ümumi sahəsi 81,9 kv.m o cümlədən yaşayış sahəsi 59,2 kv.m, yardımçı sahə 22,9 kv.m. yaşayış otaqlarının sayı- dörd) yarısının, yəni 2/1 hissəsinin xx.xx.2017-ci il tarixli 2V-1-224 nömrəli vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı1 və xx.xx.2019-cu il tarixli 2V-100 nömrəli vəsiyyətnamə üzrə vərəsə olan Cavabdeh1 arasında bölünməsinə dair, yerdə qalan yarısının 2/1 hissəsinin mirasda məcburi payı olan 1 növbə vərəsələr İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onların anası mərhum X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Analarının faktiki nikahından dörd övladı: Seytiyeva (Qarayeva) Həlimə Osman qızı, Cavabdeh2, İddiaçı2 və Məmmədova (Qarayeva) Qaliya Usmanovna anadan olmuşdur. Anaları öldükdən sonra 6 ay müddət ərzində miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Anası mərhum X6 adına ünvan 1 ünvanında yerləşən yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin evə xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəli xüsusi mülkiyyətə dair çıxarış alınmışdır, iddiaçılar İddiaçı1 və İddiaçı2 xəbəri olmadan bacıları Cavabdeh1 xx.xx.2023-cü ildə Gəncə səhəri, 6 saylı Notariat Ofisinə miras əmlakın qəbulu ilə əlaqədar ərizə vermişdir. Notariat ofisinə ərizə verən zaman notariusa təqdim etdiyi sənədlərdə saxtakarlıq edərək yəni onların iddiaçıların miras qoyanın qızı və oğlu olmasını faktını gizlədərək bir gün ərzində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Real olaraq Gəncə şəhər 6 saylı Notariat Ofisinə ərizə verən bacıları Cavabdeh1 öz şəxsi marağı naminə iddiaçıların onun bacısı və qardaşı olma faktını gizlətmiş və beləliklə qeyri-qanuni yolla miras əmlakı ələ keçirməyə nail olmuşdur. Həmçinin Gəncə şəhər 5 saylı Notariat kontoru tərəfindən xx.xx.2017-ci tarixdə X1 Qaliya Usmanovnaya 2V-1-224 nömrəli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə verən tərəfindən ləğv edilməmişdir. Gəncə şəhəri 6 saylı Notariat Ofisində vərəsəlik işi açılan zaman həmin vəsiyyətnamə şəxsi maraq naminə qəsdən gizlədilmişdir. Ümumiyyətlə Gəncə şəhəri 6 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş 2V- 314 nömrəli vərəsəlik işi “Azərbaycan Respublikası Notariat haqqında” qanuna və mülki qanunvericiliyin tələbinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Bundan əlavə İddiaçı1 miras qoyan anası X8 öldükdən sonra ona məxsus əllə işləyən ətçəkən maşını və ayaq altında istifadə edilən xalçaları özü ilə aparmışdır. Hazırda özünə - götürdüyü miras əmlak iddiaçının istifadəsindədir. Bundan başqa, anaları mərhumə X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Anaları faktiki nikahdan dörd övladı xx.xx.1950-ci il təvəllüdlü Məmmədova (Qarayeva) Qaliya Usmanovna, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1957-ci il təvəllüdlü Seytiyeva (Qarayeva) Həlimə Osman qızı və xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Anaları öldükdən sonra 6 ay müddət ərzində miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Anası mərhumə Taslima Yasaviyevna adlna ünvan 2 ünvanında yerləşən yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin evə xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəli xüsusi mülkiyyətə dair çıxarış alınmışdır. İddiaçılar İddiaçı1 Ustnanovnanın və İddiaçı2 xəbəri olmadan bacıları Cavabdeh1 və X10 xx.xx.2023-cu ildə Gəncə şəhər 6 saylı Notariat Ofisinə miras əmlakın qəbulu ilə əlaqədar ərizə vermişdir. Notariat ofisinə ərizə verən zaman notariusa təqdim etdiyi sənədlərdə saxtakarlıq edərək yəni iddiaçıların miras qoyanın qızı və oğlu olmasını faktını düzəldərək bir gün ərzində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Real olaraq Gəncə şəhər 6 saylı Notariat Ofisinə ərizə verən bacımız Cavabdeh1 öz şəxsi marağı naminə iddiaçıların onun bacısı və qardaşı olma faktını düzəltmiş və beləliklə qeyri-qanuni yolla miras əmlakı ələ keçirməyə nail olmuşdur. Həmçinin Gəncə şəhər 5 saylı Notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə X8 tərəfindən qızı İddiaçı1 2V-1- 224 nömrəli vəsiyyətnamə verilmişdir. Həmin vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən ləğv edilməmişdir.Gəncə şəhər 6 saylı Notariat Ofisində vərəsəlik işi açılan zaman həmin vəsiyyətnamə şəxsi maraq naminə qəsdən gizlədilmişdir. Ümumiyyətlə Gəncə şəhər 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cıi il tarixdə açılmış 2V-314 nömrəli vərəsəlik işi və onun əsasında verilmiş xx.xx.2023-cıi il tarixli 2V-188/2023 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə "Azərbaycan Respublikası Notariat haqqında " qanuna və mülki qnunvericiliyin tələbinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Bundan əlavə İddiaçı1 miras qoyan anası X8 öldükdən sonra ona məxsus əllə işləyən ətçəkən maşını və ayaq altında istifadə edilən xalçaları özü ilə aparmışdır. Hazırda özünə götürdüyü miras əmlak iddiaçının istifadəsindədir. Bundan əlavə İddiaçı2 miras əmlak olan mərhumə anası X8 məxsus simavarı özü ilə götürüb aparmışdır və hazırda istifadəsindədir. Bununlada İddiaçı2 miras əmlakın bir hissəsini qəbul etmiş hesab olunur. Hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən miras əmlak vəsiyyətnamələr və mirasda məcburi payı olan qanuni vərəsələr arasında bölünməlidir. Hesab edirəm ki, mülki qanunvericiliyin tələbinə əsasın tam miras əmlakın 37.5 faizi vərəsə İddiaçı1 Usmanovaya, 37.5 faizi Cavabdeh1, 12,5 faizi Cavabdeh2 və 12,5 faizi isə İddiaçı2 arasında bölünməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hər biri ayrı-ayrılıqda ərizədə yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən iştirak edə bilməyəcəyi üçün iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzil xx.xx.2010-cu il tarixli, **********97-05101-093022 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 adınadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, X8 ölən günədək ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzili İddiaçı1 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli vəsiyyətnamədən görünür ki, X5 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzili Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2019-cu ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2019-cu ildə 1025 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, xx.xx.1931-ci ildə doğulmuş və xx.xx.2019-cu ildə ölmüş X2 ailə tərkibi qızı: Cavabdeh2 (xx.xx.1954); qızı: Cavabdeh2 (xx.xx.1954) ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 miras qoyan xx.xx.2019-cu ildə ölmüş anası X7 irs qalmış miras əmlakdan özünə çatası miras payını Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş – X6 vərəsəsi Cavabdeh1 miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81.9 kv/m, yaşayış sahəsi 59.2 kv/m, yardımçı sahəsi 22.7 kv/m olan mənzildən tam hissədə irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzil tam payla Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1931-ci ildə doğulmuş və xx.xx.2019-cu ildə ölmüş X2 ailə tərkibi qızı: X9 (xx.xx.1950); qızı: Cavabdeh2 (xx.xx.1954); oğlu: İddiaçı2 (xx.xx.1959) ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X8 tərəfindən xx.xx.2019-cu il tarixdə, Cavabdeh1 2V-100 reyestrlə təsdiq edilmiş vəsiyyətnamə verilmişdir. X6 adına olan əmlaka dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1222. Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar birbirini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. 1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hazırkı iş üzrə iddiaçı mübahisəli şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras mənzilin yarısına vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı1 və vəsiyyətnamə üzrə vərəsə olan Cavabdeh1 bərabər paylarının müəyyən olunmasını, mənzilin qalan yarısına birinci növbə vərəsələrin bərabər məcburi paylarının müəyyən olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf digər birinci növbə vərəsələr olan iddiaçılar barədə məlumatı gizlədərək miras əmlakın Cavabdeh1 adına rəsmiləşdirmişlər, buna görə mübahisələndirilən şəhadətnamə etibarsız hesab edilməlidir, İddiaçı1 və Cavabdeh1 adına vəsiyyətnamə verildiyi üçün miras mənzilə bərabər payları var, mübahisəli mənzilin digər ½ hissəsinə iş üzrə tərəf olan vərəsələrin bərabər məcburi payları var. Mülki işin tədqiq olunmuş halları əsasında müəyyən edilmişdir ki, miras qoyan X8 xx.xx.2010-cu il tarixdə adına qeydiyyata alınmış Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzili xx.xx.2017-ci il tarixdə İddiaçı1, xx.xx.2019-ci il tarixdə Cavabdeh1 vəsiyyət etmişdir. Beləliklə, vəsiyyət edən tərəfindən verilmiş vəsiyyətnamələr bir-birini tamamlamır və əvvəlki-xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin göstərişləri sonrakı-xx.xx.2019-ci il tarixli vəsiyyətnamə ilə dəyişdirilmişdir. Belə olan halda, xx.xx.2017-ci il tarixli vəsiyyətnamə qüvvəsini itirmişdir və miras əmlaka dair xx.xx.2019-ci il tarixli vəsiyyətnamə qüvvədədir. Bununla yanaşı, Cavabdeh1 adına verilmiş vəsiyyətnamənin qüvvədən düşməsi və (ya) etibarsızlığına əsas olan hallar müəyyən edilmir. Buna görə, İddiaçı1 mübahisəli mənzilin ½ hissəsinə vəsiyyətnaməyə əsasən pay tələb etməsi əsassızdır. Bundan başqa, iddiaçı tərəfin mübahisəli mənzilin ½ hissəsinə birinci növbə vərəsələrin bərabər paylarının müəyyən olunmasını xahiş etmişdir. Miras qoyan X6 ölümündən sonra onun birinci növbə vərəsələr kimi 4 nəfər şəxsin olması müəyyən edilir: övladları- İddiaçı2, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2. Məhkəmə hesab edir ki, Taslima Qarayeva mübahisəli mənzili sağlığında Cavabdeh1 vəsiyyət etmiş olsa belə, onun birinci növbə vərəsələri olan övladları İddiaçı2, Cavabdeh1, İddiaçı1 və Cavabdeh2 həmin evdə məcburi payı vardır. Onların məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə müəyyən edilməmişdir. Həmin payların müəyyən olunması zamanı nəzərə alınmalıdır ki, birinci növbə vərəsələr olan övladlar vəsiyyətnamə olmasaydı onlara çatası payın yarısı həcmində məcburi qay hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzil üzərində, vəsiyyətnaməyə əsasən Cavabdeh1 ½ payı, miras əmlakın digər ½ payı üzərində İddiaçı2, Cavabdeh1, İddiaçı1 və Cavabdeh2 məcburi pay qismində 1/4 payı nəzərə alınmaqla, ümumilikdə Cavabdeh1 5/8, İddiaçı2 1/8, İddiaçı1 1/8 və Cavabdeh2 1/8 payı yaranmışdır (1:2=1/2, ½:4=1/8). Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 miras qoyan xx.xx.2019-cu ildə ölmüş anası X7 irs qalmış miras əmlakdan özünə çatası miras payını Cavabdeh1 bağışlamışdır və həmin iradə ifadəsi mübahisələndirilməməklə yanaşı, qüvvədən düşməsi müəyyən olunmur. Belə olan halda, həmin vərəsənin miras paya qüvvədə olan sərəncamı nəzərə alınaraq, Cavabdeh1 6/8, İddiaçı2 1/8 və İddiaçı1 1/8 payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik haqqında şəhadətnamə mübahisəli mənzilə dair payların müəyyən olunmasına dair hissədə məcburi qay hüququ olan digər vərəsələrin hüquqlarını pozduğu üçün həmin hissədə etibarsız hesab olunmalı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-314 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzilə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon, ev 3 ünvanında yerləşən 21 nömrəli mənzilə İddiaçı2 1/8, İddiaçı1 1/8 və Cavabdeh1 6/8 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar