Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2032/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 iclas katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı «hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin və mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair aparılmış qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında əmlakın əldə edilməsi barədə protokolun və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri 2 saylı Notariat Ofisində İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və əmlaka Cavabdeh4 QSC BOKT mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2032/2023 nömrəli qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(104)-612/2024 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(125)-2032/2023 nömrəli qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)1766/15 nömrəli qətnaməsinə əsasən X1, X3, X2 və "xxxx" MMC-dən müştərək qaydada, cəmi 51.091 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə ödənilməsi, kredit borcunun İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında İddiaçı məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli bildirişlərinə əsasən hərraclar keçirilmiş, lakin alıcı olmadığına görə əmlaklar satılmamışdır. Hərrac təşkilatının xx.xx.2016-cı il tarixli məlumatına əsasən Gəncə şəhəri, Nizami küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif olunmuşdur. Lakin 1 ay müddət keçməsinə baxmayaraq, bank tərəfindən əmlak balansa götürülməmişdir. «X8»nin xx.xx.2016-cı il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi mövcud qanunvericiliyə əsasən hərracları keçirilmiş, yekunu haqqında məlumat verilmiş və sifariş məktubu üzrə icra müddəti başa çatdığı üçün sifariş icra olunmadan Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi həmin məhkəməyə geri qaytarılmışdır. Beləliklə də "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş, hərrac baş tutmadıqdan sonra ipoteka predmeti xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-yə təklif olunmasına baxmayaraq, 1 ay müddətində əmlak balansa götürülməmişdir. Bununla belə həmin əmlaka dair sonradan Cavabdeh3 MMC tərəfindən yenidən hərrac keçilmiş və qeyd olunan əmlak Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. Buna görə də Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac, onun nəticələri və Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeyd ləğv edilməlidir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi, Cavabdeh3 MMC, Cavabdeh4 QSC BOKT və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 02477527 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 0,0722 hektar torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixli 10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsindən görünür ki, X1, X3, X2 və "xxxx" MMCdən müştərək qaydada, cəmi 51.091 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə ödənilməli, kredit borcunun İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır. İşdə olan xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə icra icraatına başlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 04/2423 nömrəli, xx.xx.2015-ci il tarixli 04/3597 nömrəli, xx.xx.2015-ci il tarixli 01/3934 nömrəli və xx.xx.2015-ci il tarixli 04/4186 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin surətlərindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması barədə açıq hərracın yeri və vaxtı haqqında tərəflərə Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən məlumat verilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 04/69 nömrəli məlumatın surətindən görünür ki, "xxxx" ASC-yə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 57.375 manat məbləğinə əldə edilməsi Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən təklif olunmuş və həmin əmlakın 1 ay müddətində əldə olunmamasının hüquqi nəticələri izah edilmişdir. İş materiallarında olan icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğunun surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKT-yə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin surətlərindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması barədə açıq hərracın yeri və vaxtı haqqında Cavabdeh3 MMC tərəfindən tərəflərə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 76/1 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 57.375 manat məbləğinə Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 01/648 nömrəli Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etmək mümkün deyildir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 0,0722 hektar torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixli 10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi ilə X1, X3, X2 və "xxxx" MMC-dən müştərək qaydada, cəmi 51.091 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə ödənilməsi, kredit borcunun İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evi açıq hərracdan satılması qət edilmişdir. xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarla Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə icra icraatına başlanılmışdır. İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, lakin hərracın keçirilməsi baş tutmamışdır. xx.xx.2016-cı il tarixli 04/69 nömrəli məlumatla "xxxx" ASC-yə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 57.375 manat məbləğinə əldə edilməsi Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən təklif olunmuş və həmin əmlakın 1 ay müddətində əldə olunmamasının hüquqi nəticələri izah edilmişdir. Lakin "xxxx" ASC tərəfindən qeyd olunan əmlak əldə olunmamış, buna görə də icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarla Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Sonradan Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğu ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKT-yə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmişdir. İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərardan Cavabdeh4 QSC BOKT tərəfindən şikayət verilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmiş, lakin həmin əmlakın açıq hərracdan satılması mümkün olmamışdır. Qeyd olunan səbəbdən ipoteka predmeti olan əmlakın əldə edilməsi ipoteka saxlayan qismində Cavabdeh4 QSC BOKT-yə təklif olunmuş, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 57.375 manat məbləğinə Cavabdeh4 QSC BOKT tərəfindən əldə edilmişdir. İddiaçı "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) «hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin və mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair aparılmış qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə görə satış «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-414.3-cü maddələrinə görə əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İstisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1 və 41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərraclar hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmiş, həmin hərracların qanuniliyi bu və ya digər qaydada mübahisələndirilməmişdir. Qeyd olunan hərracların nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir. Halbuki, ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. «İpoteka haqqında» Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının 32-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçirilməmiş hesab edildiyi üçün onların yenidən təşkili «İpoteka haqqında» Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. Göründüyü kimi istər mülki qanunvericiliyin, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə ipoteka predmeti olan əmlak barəsində sonuncu hərraclardan əvvəl keçirilmiş 2 hərrac hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmişdirsə və onların keçirilməsi qanunazidd hesab olunmamışdırsa, həmin hərraclardan sonra hərracların keçirilməsi qanunaziddir. Hazırki halda isə ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş, həmin hərracların nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixli hərraclar qanunazidd keçirildiyindən həmin hərrac, onun nəticələri - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokol, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və əmlaka Cavabdeh4 QSC BOKT mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilməlidir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmadıqda hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4 və 43.5-ci maddələrinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının 22-ci bəndində məhkəmələrə izah edilmişdir ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin Qərarın 58 və 59-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalardan fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı zidiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Deryus Litvaya qarşı iş üzrə 2000-ci il 31 iyul tarixli qərarı, Baranovski və Braniovski Polşaya qarşı iş üzrə 2000-ci 28 mart və 2004-cü il 22 iyul tarixli qərarları). Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə də konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsinin 2008-ci il 27 may tarixli Qərarı). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğu ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKTyə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmiş, icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərardan Cavabdeh4 QSC BOKT tərəfindən şikayət verilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi ipoteka predmeti olan əmlakın açıq hərracda satılmasının mümkün olmamasına və həmin əmlakın ipoteka saxlayana təklif olunmasına dair işin hallarından Cavabdeh4 QSC BOKT ən gec halda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edildiyi tarixdə xəbərdar olsa da, ipoteka predmetinin qəbul edilməsi üçün hər hansı hərəkət etməmişdir. Hətta Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən vahid məhkəmə təcrübəsini formalaşdıran ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının tələbləri də nəzərə alınmamışdır. Halbuki, Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən artıq qeyd olunan vahid məhkəmə təcrübəsi formalaşmış, habelə qeyd olunan Qərardadın 58-ci bəndində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair müqavilə bağlamaq vəzifəsini icra etmədiyi halda tələbkarın məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Digər tərəfdən Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-yə ünvanlanan xx.xx.2016-ci il tarixli 13/271 nömrəli məktub mülki işin məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də, həmin məktubun həqiqətən Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-yə çatdırılmasına dair hər hansı poçt xəbərnaməsi, qəbz və ya digər sübut dəfələrlə təklif olunmasına baxmayaraq, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/648 nömrəli məktubda isə İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 07 ay 24 gün, "xxxx" ASC-yə məxsus tələbetmə hüququnun Cavabdeh4 QSC BOKT-yə keçməsindən 8 il 01 ay 08 gün, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edilməsindən 4 il 06 ay, vahid məhkəmə təcrübəsini formalaşdıran ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının qəbul olunmasından 8 ay 09 gün sonra - xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, eləcə də Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 01 ay 23 gün sonra Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilmişdir. Mülki və ipoteka haqqında qanunverciliyin yuxarıda öyrənilən normalarının tələbindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri «İpoteka haqqında» Qanunla tənzimlənir. Həmin Qanunun 43.8-ci maddəsinin tələbinə görə isə ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi qanunverici 30 təqvim gününün hesablanmasının əvvəlini tələbkara hərracın nəticələrinə dair məlumatın verildiyi tarixdən deyil, məhz 2-ci hərracın keçirildiyi tarixdən hesablanmalı olmasını müəyyən etmiş, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin Plenumu özünün 28 oktyabr 2014-cü il tarixli Qərarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları isə ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadında eyni hüquqi mövqeni ifadə etmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin yüklü edilməsinə dair ipotekaya xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsinə dair hissədə təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi yalnız daşınmaz əmlaka mülkiyyət, habelə digər əşya hüquqlarının dövlət qeydiyyatını aparan orqandır və daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması üçün əsas olan sənədlərin təqdim edilməsi ilə öz vəzifə səlahiyyətlərinin icrasını təmin edir. Başqa sözlə daşınmaz əmlakın dövlət qeydiyyatının qanuniliyi mübahisələndirilmədiyi müddətdə əmlakın mülkiyyətiçisinin şərti olaraq, «A», yaxud «B» kimi qeyd olunmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə hər hansı təsiri yoxdur. Qeyd olunan səbəbdən də daşınmaz əmlakın dövlət qeydiyyatının bu və ya digər qaydada (məhkəmə qərarı, müqavilə və s.) dəyişdirilməsi, həmçinin qeydiyyatın aparılması əsaslarının ləğv və ya etibarsız hesab olunması daşınmaz əmlakın əvvəlki qeydiyyatının qanunsuz olması ilə eyniləşdirilə və bu nəticəyə gəlməyə əsas ola bilməz. Belə ki, məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verdiyi təqdirdə hüquqi statusa həmin qərarla birbaşa təsir edilməsindən bəhs oluna bilər. Hazırki halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyi mübahisələndirilmir və iddianın təmin, yaxud rədd edilməsi ilə heç bir halda birbaşa onun mənafeyinə toxunulmur, eləcə də ona əlavə hüquq və vəzifələr yaradılmır. İddia tələbində qeyd olunduğu qaydada «İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması» isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə uyğun olaraq, ipotekaya xitam verilməsinə dair məhkəmə qətnaməsinin icrası qaydasında həll edilən məsələdir və ipotekaya xitam verilməsi ilə həmin xüsusat həll olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»nin 1.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac, onun nəticələri - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolu, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və əmlaka Cavabdeh4 QSC BOKT mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin yüklü edilməsinə dair) ipotekaya xitam verilməli, iddia qalan hissədə, yəni Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsi tələbinə dair hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh3 MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərrac, onun nəticələri - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokol, cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) Cavabdeh4 QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilsin. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2032/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2032/2024
28.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver