Məhkəmə qərarları › İş №2(125)-2037/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2037/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2037/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 ASC və "xxxx" ASC) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyul 1979-cu il tarixdə X5 adına tərtib edilmiş əmək kitabçasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci ildən Respublika təsərrüfat hesablı artezian quyularının qazılmasında xidmət üzrə işə başlamışdır. xx.xx.1979-cü il tarixli 141-OK №-li əmrlə təhsil ilə bağlı işdən azad edilmişdir. 25 iyul 1979-cu il tarixdə onun adına əmək kitabçası doldurularkən adı texniki səhv olaraq «Tahir» əvəzinə «Tair» yazılmışdır. Hazırda o, pensiyaya çıxmaq istəyir, lakin adında səhv olduğundan məqsədinə nail ola bilmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 266915 nömrəli xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X8 SPMK-2 “Azkolxoztikinti” trestinin respublika üzrə təsərrüfat hesablı artezian quyularının qazılması kontorunda xx.xx.1979-cu il tarixdən 4 növbədənbir elektrik çilingəri olaraq işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı ildə Gəncə şəhərində doğulmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 780(539)/4 nömrəli arxiv arayışından görünür ki, 178 nömrəli, xx.xx.1978-ci il tarixli əmrdən çıxarışa əsasən Ərizəçi xx.xx.1979-cu il tarixdən vaxtamuzd ödənişlə 4 növbədənbir müvəqqəti elektrik çilingəri olaraq işə qəbul edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Təsərrüfat hesablı Artezian quyularına xidmət idarəsinin fəhlə və qulluqçuların şəxsi heyət üzrə 1979-cu ilin əmr kitabları yoxlanılmış Ərizəçi işdən azad olunma əmri aşkar olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Təsərrüfat hesablı Artezian quyularına xidmət idarəsinin əmək haqqı cədvəlindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gəncə şəhər Təsərrüfat hesablı Artezian quyularına xidmət idarəsinin sentyabr 1978-dekabr 1979-cu illər üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, Ərizəçi adına əmək haqqı hesablanmamışdır. Bu səbəbdən Ərizəçi həmin illərdə aldığı əmək haqqı arayışda göstərilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 01-01/3-617 nömrəli Azərbaycan Respublikası Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyəti "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, göstərilən dövrlər üzrə “Gəncə Sukanal" TSC-də heç bir məlumat mövcud deyil, belə ki, bir sıra idarə və müəssisələr üzrə birləşmələr və ləğv olunmalar olunduğu üçün arxiv sənədləri Azərbaycan Respublikası Dövlət X7na təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 780(539)/4 nömrəli arxiv arayışında göstərilmişdir ki, Əsas: fond 631, siyahı 2, bağlama 1, saxlama vahidi 2, vərəq 2-də xx.xx.1978-ci il tarixli 178 nömrəli əmr kitabında ad, soyad, ata adı Ərizəçi (Мамедов Тахир Гаджи оглы) qeyd edilmişdir. Lakin, xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası Gəncə şəhəri Təsərrüfat рesablı Artezian quyularına xidmət idarəsində əmək kitabçaыж açılaraq adı yəni (Тахир) əvəzinə (Таир) kimi göstərilmişdir. Əmək kitabçasında adında buraxılnış hərf səhvinin “Gəncə Sukanal" TSC düzəliş edilməsi hüquqi müstəvidə səlahiyyətə malik deyil. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, SPMK-2 "Azkolxoztikinti" trestinin təsərrüfat hesablı aztezian quyuların qazma kantorun fəaliyyəti Azərbaycan Meliorasiya və X9 Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X2 Müdriyyətinə aidiyyatı olmayıb və artezian quyuların qazma kontoruna aid heç bir müvafiq sənəd yoxdur. İş materiallarında olan Maraqlı şəxs1 ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30.11 2001-ci il tarixli 107 nömrəli əmrinə əsasən ləğv edilmiş şəhər X3 İdarəsi Gəncə Su kəməri trestinin balansına verilmişdir. Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətinin 55/i saylı xx.xx.2005-ci il tarixli əmrinə əsasən “Gəncə Sukanal" trestinin adı dəyişilərək “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti adlandırılmışdır. 30 dekabr 2013-cü il tarixli sənədlərin mühafizə uçün təhvil - qəbulu barədə tərtib edilmiş akt əsasında “Gəncə Sukanal" TSC-nin 1992-2003-cü illərə məxsus əmr və əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət X7na təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, SPMK-2 "Azkolxoztikinti" tresti adlı təşkilat "xxxx" ASC-nin tabeliyində olmamışdır və hal-hazırda da yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə iş yoldaşı olmuşdur. O, xx.xx.1979-cu ildən artezian quyularının qazılması idarəsində işləyirdi. O, orada işləməyə başlayanda, Ərizəçi artıq orada işləyirdi. Tahir bir müddət sonra işdən çıxdı. O, 1979-cu ildən indiyədək eyni iş yerində işləyir. 1985-ci ildə sukanal idarəsi ilə artezian quyuların qazılması idarəsi birləşdirilmişdi, 1999-cu ildə artezian quyuların qazılması idarəsi ləğv edilərək sukanal idarəsinə birləşdirildi. Daha sonra 2011-ci ildə Maraqlı şəxs1 ASC-nin tərkibinə birləşdirildi. Tahirlə birlikdə çilingər işləmişlər, nasos xarab olduqda onlar söküb gətirirlər, idarədə təmir edilirmiş. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı ona məxsus bütün sənədlərdə “Tahir” kimi göstərilsə də, xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında adı “Таир” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün tələb olunur. xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında göstərilən “Мамедов Таир Гаджи оглы” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surəti, doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün əlaqədar tələb olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı ona məxsus bütün sənədlərdə “Tahir” kimi göstərilsə də, əmək kitabçasında adı “Tair” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə sosial təminat hüququnun realizəsi üçün lazımdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar