Məhkəmə qərarları › İş №2(125)-2057/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2057/2025

22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2057/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sudan istifadəyə görə cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Gəncə şəhər Sukanal İdarəsi tərəfindən hesablanmış 400 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 Gəncə şəhər Sukanal İdarəsi əsl cavabdeh Azərbaycan Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 (bundan sonra- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17) ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Onların su xəttinə su sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Su sayğacı qoyulanadək Sukanal TSC tərəfindən məskunlaşdıqları binaya su xətti çəkilməmişdir. Onlar yaşadıqları otağa su xəttini öz vəsaitləri hesabına çəkmişdirlər. İstifadə etdikləri su ilə əlaqədar cavabdeh faktiki onlara heç bir xidmət göstərməmişdir. Su təchizatı faktiki olaraq şəxsi vəsait hesabına qazılmış artezian quyudan aparılmışdır. Həmin quyunun suyu da məişət xarakterli olmuşdur. İçməli suyu və məişətdə işlətdikləri suyu isə ağ su satan maşınlardan almışlar. Lakin su sayğacı quraşdırıldıqdan sonra onlara bildirmişdirlər ki, əvvəllər istifadə etdikləri suya görə 400 manat borcları vardır. Bu tamamilə əsassızdır. Borcun nə vaxtdan yarandığını onlara bildirməmişdirlər və bu barədə onlara heç bir rəsmi məlumat verilməmişdir. Sudan istifadəyə görə su təsərrüfatı birtərəfli qaydada öz istədikləri kimi qanunvericiliyin tələbinə zidd olaraq borc hesablanmışdır. Həmçinin sudan istifadəyə görə su təsərrüfatı ilə sudan istifadə edən şəxslər arasında heç bir müqavilə imzalanmamışdır. Sudan istifadəyə görə istehlakçı ilə istifadəçi arasında müqavilənin olmaması səbəbindən sudan istifadəyə görə borc tələb etmək hüququ yaranmamışdır. Faktiki olaraq su sayğacı çəkilən vaxta kimi onlar öz şəxsi vəsaitləri hesabına məişət mənşəli sudan istifadə etmişlər. İstifadə etdikləri su içməyə tamamilə yararsız vəziyyətdə olmuşdur. Sudan istifadəyə görə yaranmış borcun silinməsi ilə əlaqədar cavabdehin ünvanına rəsmi məktubla müraciət etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-86/2025 nömrəli məktubu ilə borcun silinməsindən imtina olunmuşdur. Həmçinin imtina məktubunda DOS-38/83, bina 5/A, m-21 ünvanı qeyd olunmuşdur. Faktiki olaraq onlar həmin ünvanda heç bir vaxt yaşamamış və qeyd olunan ünvanın onlara heç bir aidiyyəti yoxdur. Buna görə də cavabdeh tərəfindən qeyri-qanuni şəkildə sudan istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında silinməsi zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 3-4 aydır ki, sayğac quraşdırılmışdır. Onların su sərfiyyatı ayda 9-10 manat məbləğində təşkil edir. Həmin ünvanda 4 nəfər olmaqla özü, yoldaşı və 2 uşağı yaşayırlar. Qaçqınkomda qeydiyyatda 5 nəfər göstərsə də, anası həmin evdə yaşamır. Borc ailə tərkibinə görə yox, sayğacın göstəricilərinə əsasən hesablanmalıdır. Sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etmişdirlər, lakin borcla bağlı heç bir bildiriş verilməmişdir. Ağ suyun hansı tarixdə etibarən verilməsini dəqiq xatırlamır. Sayğac qoyulmamışdan əvvəl hesablanmış borcun qanunsuz olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, həmin əraziyə layihə çərçivəsində 2023-cü ildə su xətti şəkilmiş, ağ su verilmişdir. 2023-cü ildə ailə tərkibi 5 nəfər olmaqla cavabdehlə müqavilə də bağlanılmışdır. Ailə tərkibi haqqında arayış Qaçqınkom tərəfindən verilmişdir. Nazirlər Kabinetinin qərarına əsasən sayğac yoxdursa borcun hesablanması ailə tərkibinə görə aparılmalıdır. Beləliklə, iddiaçı ağ sudan istifadə etmiş, hər ay bildiriş göndərilməsinə baxmayaraq ödəniş olunmamışdır. 2024-cü ildə isə sayğac quraşdırılmışdır. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X19 Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-86/2025 nömrəli məktubun surətindən görünür ki, DOS 38/83, bina 5/A, mənzil 21 (abonent kodu **********10) ünvanın xx.xx.2023-cü il tarixdə nəfər sayı tərkibi yaşayış sayına uyğun olaraq 5 nəfərlə İddiaçı adına abonent kodu açılmışdır. Silinməsi tələb edilən borc xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılan dövrə kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair hesablanmış borcdur. **********210:47492872 nömrəli abonent kartından görünür ki, (xx.xx.2023-cü il tarixli, müqavilə üzrə abonent İddiaçı) ailə tərkibi 5 nəfər olmaqla 2023-2025-ci illər üzrə su təchizatı və tullantı suların axıdılması xidmətinin göstərilməsi üzrə yekun borc 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları bölməsi tərəfindən Gəncə Sukanal İdarəsinə ünvanlanmış DOS-38 ünvanında məskunlaşan məcburi köçkünlər barədə məlumat cədvəlinin surətindən görünür ki, İddiaçı ailə tərkibi anası X2, arvadı X3, qızı X4 və oğlu X1 olmaqla 5 nəfər göstərilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuş, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda sudan istifadəyə görə 400 manat borc hesablanmışdır. İddiaçı iddia etmişdir ki, sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etməmişdirlər, borcla bağlı heç bir bildiriş verilməmiş, həmçinin sudan istifadəyə görə heç bir müqavilə imzalanmamışdır. Buna görə də sayğac qoyulmamışdan əvvəl hesablanmış borcun qanunsuz olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etiraz edərək, sözügedən ünvanda sudan istifadə edildiyini, iddiaçının ailə tərkibi 5 nəfər olmaqla xx.xx.2023-cü il tarixində müqavilə bağlandığını, bunun əsasında da istifadə edilmiş su sərfiyyatına görə borc hesablandığını və hər ay bildiriş göndərilməsinə baxmayaraq ödəniş olunmadığını, yeni su sayğacının isə 2024-cü ildə quraşdırıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İddiaçı sayğac qoyulmamışdan əvvəl ağ sudan istifadə etmədiklərini göstərsə də, işdə olan müqavilədən görünür ki, ağ sudan və çirkab suyun axıdılmasından istifadəyə görə xx.xx.2023-cü il tarixdə aralarında müqavilə bağlanmışdır. Bununla yanaşı iddiaçı özü də sayğacın quşaşdırılmasından əvvəl də ağ sudan istifadə etdiklərini, lakin hansı tarixdən istifadə etdiklərini xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9rşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar