Məhkəmə qərarları › İş №2(125)-2075/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2075/2023

07.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2075/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, tərcüməçi X5, iddiaçının nümayəndəsi İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin nümayəndəsi (vəkili) X15 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasın qəbul edilməsi və miras əmlakda payın müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X4 miras qalmış ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsinin mərhum X34 tərəfindən faktiki qəbul edilməsi, Anar Əsgərovdan miras qalmış həmin əmlaka İddiaçı1, İddiaçı2 və X21 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 iddiaçılar siyahısından çıxarılması, mərhum X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X34 tərəfindən qəbul edilməsi faktının və həmin əmlakda İddiaçı2 miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirdi ki, o, X34 ilə Moldova Respublikasında ailə qurduqdan sonra 24 iyul 2004-cü ildə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahlarından xx.xx.2005-ci ildə İddiaçı2 və xx.xx.2012-ci ildə X21 anadan olmuşdur. O və A.M.Əsgərov təxminən 2013-cü ildə A.M.Əsgərovun mərhum atası X11 Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evə gəlmiş və orada M.Ş.Əsgərovla birlikdə yaşamağa başlamışlar. Hətta onunla A.M.Əsgərovun birgə nikahından doğulmuş Raminə və Samirə həmin evə qeydiyyata alınmış, A.M.Əsgərovla o, orada əsaslı təmir işləri aparmışlar. Sonradan A.M.Əsgərovun işi ilə əlaqədar onlar Bakı şəhərinə getmiş və mərhum X22 da 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində onların Bakı şəhərində yaşadığı evdə yaşamağa başlamışdır. Həmin vaxt X2 şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evi A.M.Əsgərovun öz adına rəsmiləşdirməsi üçün sonuncunun adına etibarnamə də vermiş, həmin evdə qeydiyyatda olan digər övladlarının qeydiyyatdan çıxarılması işlərinin aparılmasını A.M.Əsgərova həvalə etmişdir. X22 10 oktyabr 2018-ci ildə Bakı şəhərində onların yaşadığı evdə vəfat etmiş və bundan sonra M.Ş.Əsgərovun cənazəsini Gəncə şəhərinə gətirərək, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evdə yas mərasimi keçirmişlər. Bundan sonra A.M.Əsgərov mərhum atasının ona həvalə etdiyi məsələni həll etmək məqsədi ilə, yəni M.Ş.Əsgərovun digər övladlarının Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanından qeydiyyatdan çıxarılması üçün məhkəmədə iddia qaldırsa da, M.Ş.Əsgərovun ölməsinə görə mülki işin yekunlaşdırılması mümkün olmamışdır. Lakin A.M.Əsgərov və o, M.Ş.Əsgərovun ölümündən sonra ötən 1 il 06 ay müddətində Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yaşamışlar. Sonradan A.M.Əsgərovun işi ilə əlaqədar onlar yenidən Bakı şəhərinə getmiş və 2020-ci ildə «COVİD 19» pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi səbəbindən Bakı şəhərindən Gəncə şəhərinə məhdud sayda gəlib-gedə bilmiş, 10 oktyabr 2021-ci il tarixdə isə X34 vəfat etmişdir. O, A.M.Əsgərovun yas mərasimini Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evdə keçirmək istəyərkən cavabdehlər həmin ünvanda yas mərasiminin keçirilməsinə imkan verməmiş, sonradan onun və övladlarının həmin ünvanda yaşamalarına şərait yaratmamışlar. Halbuki, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli ev X7 X23 miras qalmış və A.M.Əsgərov həmin əmlakı vərəsə kimi faktiki qəbul etmişdir. A.M.Əsgərovun qızı 20 mart 2005-ci təvəllüdlü İddiaçı2 isə 20 mart 2023-cü ildə yetkinlik yaşına çatmış, məhkəmədə müstəqil iddia qaldırmaq və digər dövlət orqanlarına müraciət etmək hüququ əldə etmişdir. Bundan başqa, İddiaçı2 atasının varisi kimi ondan qalan bütün əmlakı, eləcə də pul vəsaitini qəbul etmişdir. Digər tərəfdən mərhum X11 6 övladı olmuş, onlardan X18 uşaq yaşlarında ölmüş, X11 ölümündən uzun müddət əvvəl X29 və X24 hələ Rusiya Federasiyasına getmiş və daimi olaraq, orada yaşayaraq, Cavabdeh2 və Cavabdeh1 isə evlənib, başqa ünvana gəlin köçərək, M.Ş.Əsgərovdan miras qalmış əmlakı qəbul etməmişlər. Məhz buna görə də M.Ş.Əsgərov vəfat etməmişdən əvvəl öz əmlakının idarə olunmasını X23 həvalə etmiş və buna dair etibarnamə də vermişdir. Qeyd olunan səbəbdən iddia təmin edilməli, mərhum X7 miras qalmış ünvan 2 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 0,0188 hektar torpaq sahəsinin X34 tərəfindən qəbul edilməsi faktı və həmin əmlakda iddiaçının miras payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, mərhum X11 6 övladı olmuşdur. Həmin uşaqlardan X18 uşaq yaşlarında ölmüş, X29 və X24 uzun müddət əvvəl Rusiya Federasiyasına getmiş və daimi olaraq, orada yaşamışlar. Onun digər qardaşı X34 isə 2018-ci ilin sentyabr ayından 2019-cu ilin fevral ayınadək Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yaşamış, sonra isə Bakı şəhərinə köçmüşdür. A.M.Əsgərov 2019-cu ilin fevral ayından sonra da atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hər dəfə 15 gün qalmaqla ildə bir neçə dəfə gəlibgetmişdir. Beləliklə də nə X29, nə X24, nə də A.M.Əsgərov atalarından miras qalmış əmlakı qəbul etməmişlər. O özü isə 2019-cu ilin iyun ayından Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında daimi yaşamağa başlamışdır. Bacısı Cavabdeh2 da atalarından miras qalmış həmin evə mütəmadi olaraq gəlib-getmişdir və hazırda da gəlibgetməkdə davam edir. Buna görə də Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yerləşən fərdi yaşayış evi X11 övladlarından yalnız o və bacısı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Qeyd olunan səbəbdən də İddiaçı2 iddiası əsassızdır və təmin edilməməlidir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, mərhum X34 2018-ci ilin sentyabr ayından 2019-cu ilin fevral ayınadək Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yaşamış, sonra isə Bakı şəhərinə köçmüşdür. A.M.Əsgərov 2019cu ilin fevral ayından sonra da atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hər dəfə 15 gün qalmaqla ildə bir neçə dəfə gəlib-getmişdir. Digər qardaşları X29 və X24 uzun müddət əvvəl Rusiya Federasiyasın getmiş və daimi olaraq, orada yaşamışlar. Qeyd olunan səbəblərdən atalarından miras qalmış əmlakı X29, X24 və X34 qəbul etməmişdir. Yalnız o və bacısı X19 atalarından qalmış miras əmlakı qəbul etmişlər. Belə ki, X19 2019-cu ilin iyun ayından ünvan 1 ünvanında yerləşən evdə yaşayır. O özü isə mütəmadi olaraq, həmin ünvana gedib-gəlir. Buna görə də iddia təmin edilə bilməz. Sonda Cavabdeh2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlərin nümayəndəsi (vəkili) F.H.Əhmədov cavabdehlərin izahatlarını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 və X24 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehləri və tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 970018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 28 sentyabr 2018-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsinin 18 aprel 2023-cü il tarixli 3-16-5/8-13- 563/2023 nömrəli arayışından görünür ki, X11 vərəsələri arvadı X8 (xx.xx.2009-cu ildə vəfat edib), uşaqları – X16 (xx.xx.2021-ci ildə vəfat edib), X12, X9, Cavabdeh1, Cavabdeh2 və X6 ibarət olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 361330 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 28 iyul 2009-cu ildə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 284086 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 21 iyun 2022-ci ildə ölmüşdür. İş materiallarında olan CS-V seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 Olqa nikahlarını Moldova Respublikası Slobodzeya qeydiyyat orqanında nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 iyul 2004-cü ildə 43 nömrəsi ilə qeydə aldırmışlar. İşdə olan Vİ-MЮ seriyalı 523444 nömrəli və NA-Vİ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı2 20 mart 2005-ci ildə, X28 20 iyul 2012-ci ildə anadan olmuşdur. Həmin uşaqların anası X22, anası İddiaçı1dır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir. İşdə olan ƏN-İ seriyalı 713085 nömrəli etibarnamənin surətindən görünür ki, X22 mülkiyyətində olan əmlakı idarə etməyi və ona dair sərəncam verməyi X23 etibar etmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli 2(044)-1275/2014 nömrəli qətnaməsindən görünür ki, 06 fevral 1998-ci il təvəllüdlü Aleksandra Əsgərovanın, 20 mart 2005-ci il təvəllüdlü İddiaçı2 və 28 avqust 2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün X16 İddiaçı1 Dimitri qızının xeyrinə hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan 2 saylı Gəncə Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 aprel 2023-cü il tarixli 437 nömrəli arayışdan görünür ki, digər vərəsələrlə mirasın qəbuluna və ya ondan imtinaya dair razılıq olmadığına görə İddiaçı2 vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan «Elektron Məhkəmə» informasiya sistemindən çıxarışdan görünür ki, sonuncu dəfə X29 10 avqust 2016-cı ildə, X24 27 dekabr 2018-ci ildə Rusiya Federasiyasına getmiş və Azərbaycan Respublikasına qayıtmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətində olmuşdur və X22 28 sentyabr 2018-ci ildə ölmüşdür. M.Ş.Əsgərovun vərəsələri onun arvadı X8, uşaqları – X16, X12, X9, Cavabdeh1, Cavabdeh2 və X6 ibarətdir. X25 28 iyul 2009-cu ildə, X34 10 oktyabr 2021-ci ildə və X18 isə uşaq yaşlarında vəfat etmişdir. X3 Marif Şıxəli oğlunun ölümündən sonra sonuncudan miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin mirası faktiki qəbul etmiş və onun idarəçiliyini həyata keçirmişdir. Hətta cavabdehlər öz izahatlarında və məhkəməyə təqdim etdikləri ərizələrində həmin faktı qismən etiraf etmiş, A.M.Əsgərovun 2018-ci ilin sentyabr ayından 2019-cu ilin fevral ayınadək Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yaşadığını, 2019-cu ilin fevral ayından sonra isə atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hər dəfə 15 gün qalmaqla ildə bir neçə dəfə gəlib-getdiyini bildirmişlər. X11 digər vərəsələri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29 və X24 miras qoyanın ölümündən ondan miras qalmış əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmiş, cavabdehlər X26 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. Bununla da X7 miras qalmış əmlak onun 3 vərəsəsi X34, Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki qəbul olunmuşdur. A.M.Əsgərovun qanun üzrə birinci növbəli vərəsələri arvadı İddiaçı1, uşaqları - İddiaçı2 və X10 ibarətdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras 28 sentyabr 2018-ci ildə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X11 vəfatından sonra X34 M.Ş.Əsgərovdan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və onun idarəçiliyini həyata keçirmiş, bununla da miras əmlakı faktiki qəbul etmişdir. Həmin xüsusat cavabdehlərin məhkəməyə təqdim etdikləri ərizələrdə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görə də İddiaçı2 A.M.X1 qalmış mirası qəbul etməsi faktını sübut etmə vəzifəsindən azad edilmişdir. Digər tərəfdən istər İddiaçı2 nümayəndəsi, istərsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz izahatlarında M.Ş.Əsgərovun digər vərəsələri, yəni müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X17 uzun müddət əvvəl yaşamaq üçün Rusiya Federasiyasına köçdüklərini və M.Ş.Əsgərovdan qalmış mirası qəbul etmədiklərini bildirmişlər. Həmçinin «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlarla sonuncu dəfə X17 10 avqust 2016-cı ildə, X14 isə 27 dekabr 2018-ci ildə Rusiya Federasiyasına getdiyi və Azərbaycan Respublikasına qayıtmadığı müəyyən edilmişdir. Bununla da X7 miras qalmış əmlak onun 3 vərəsəsi X34, Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki qəbul olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, X20 X11 adına qeydə alınmış, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A saylı fərdi yaşayış evindən ibarət olan əmlakı miras qismində qəbul etməsi faktı müəyyən olunmalı, X7 miras qalmış və X34 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə İddiaçı2, həmin əmlakın 1/3 hissəsinə Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 iddiası təmin edilsin. X11 adına qeydə alınmış, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A saylı fərdi yaşayış evindən ibarət olan əmlakın X34 tərəfindən miras qismində qəbul etməsi faktı müəyyən edilsin. X7 miras qalmış və X34 tərəfindən qəbul edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə İddiaçı2, X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə Cavabdeh1 və həmin əmlakın 1/3 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar