Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2129/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X68 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı1, İddiaçı3 və onların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, qeydiyyatların ləğvi, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması, miras əmlaka vərəsəlik hüququnun tanınması, mirasın faktiki qəbulu, miras əmlaka payların müəyyən edilməsi, xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli bağışlama müqaviləsinin, xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gənc şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X19 adına verilmiş Gəncə şəhəri 7 saylı notariat ofisinin xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X19 adına verilmiş xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmçinin onun əvəzinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X19 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X2 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras açılan zaman mövcud olmuş vəziyyətə qaytarılması, həmin miras əmlaka X5 vərəsəlik hüququnun tanınması, həmin miras əmlakın X9 tərəfindən miras açılan vaxt faktiki qəbul edilməsi halının müəyyən edilməsi və X25 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsinə, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən X5 miras payı müəyyən edilsi, və X25 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən onun miras payına münasibətdə onların yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 miras payı müəyyən edilsin. X33 ilə Cavabdeh4 arasında Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 Fəxrəddin qızının adına verilmiş xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə, Cavabdeh4 ilə Cavabdeh5 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin mətnində göstərilmiş “X33” ifadəsinin X34, “Cavabdeh4 Fəxrəddin qızı” ifadəsinin Cavabdeh4 olaraq dəyişdirilməsini, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2ilmiş xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmçinin onun əvəzinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X20 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X2 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras açılan zaman mövcud olmuş vəziyyətə qaytarılması, həmin miras əmlaka X5 vərəsəlik hüququnun tanınması, həmin miras əmlakın X9 tərəfindən miras açılan vaxt faktiki qəbul edilməsi halının müəyyən edilməsi və X25 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsinə, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən X5 miras payı müəyyən edilsi, və X25 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evindən onun miras payına münasibətdə onların yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 miras payı müəyyən edilsin. X34 ilə Cavabdeh4 arasında Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 Fəxrəddin qızının adına verilmiş xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə, Cavabdeh4 ilə Cavabdeh5 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bundan başqa iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə ərizə verərək xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyest nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, qeydiyyatların ləğvinə, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılmasına, miras əmlaka vərəsəlik hüququnun tanınmasına, mirasın faktiki qəbulunun, miras əmlaka payların müəyyən edilməsinə, xx.xx.2021-ci al tarixli 4Ə-228 reyestr nömrəli bağışlanma müqaviləsinin və xx.xx.2022-ci il tarixli 4Ə-640 reyestr nömrəli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, X14 və X4 nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladı, Həsənov Hətəm (ataları) və Talıbova (Həsənova) Sahibiya (bibiləri) doğulmuşdur. Hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə X14 tərəfindən inşa edilmiş və mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. X9 anaları X36 ilə 1973- cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından onlar, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 doğulmuşlar. X14 xx.xx.1986-cı il tarixdə X4 isə xx.xx.1991-ci il tarixdə vəfat etmişlər. Ataları və anaları ömürlərinin sonunadək həmin fərdi yaşayış evində yaşamışdırlar, bibiləri X34 isə ailə həyatı quraraq başqa evə köçmüşdür. X18 xx.xx.2021-ci il tarixdə, anaları X36 xx.xx.2015-ci il tarixdə, bibiləri X33 isə 2023-cü il tarixdə vəfat etmişdirlər. Onlar, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, böyümüş, ailə qurmuş və hal-hazırda da İddiaçı4 istisna olmaqla ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. X14 və X4 vəfat etdikdən sonra Gəncə şəhəri 7 saylı notarial kontorunun xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi bibiləri X3 və ona xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra ona qeydiyyat vəsiqəsi əvəzində xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2023-cü ilin mart ayında bibilərinin qızı Cavabdeh4 tərəfindən onlara qarşı Gəncə İnzibati Məhkəməsində “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair” iddia qaldırmış və məhkəmə iclasında onlara məlum olmuşdur ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi bibiləri tərəfindən Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmış və ona xx.xx.2021-ci il tarixli, **********13- 10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra isə Cavabdeh4 tərəfindən fərdi yaşayış evi Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə- 640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmış və fərdi yaşayış evinə dair ona xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra fərdi yaşayış evinin yeni mülkiyyətçisi Cavabdeh5 tərəfindən dekabr 2023-cü il tarixdə onlara qarşı Gəncə Şəhər Məhkəməsində fərdi yaşayış evindən çıxarılma və evə köçürülməyə dair iddia qaldırılmışdır. Bundan sonra onlar vəkilə müraciət etmişlər və vəkil sorğu verərək babalarının vərəsəlik işi üzrə notariat sənədlərini əldə etmişdir. Vərəsəlik işindəki notarial sənədlərə baxıldıqda müəyyən edilmişdir ki, bibiləri X34 tərəfindən saxta sənədlərdən istifadə edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmiş və bununla da hazırda yaşadıqları fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona keçmişdir. Babalarının vərəsəlik işi üzrə notariat sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığını görmək olar. Belə ki, vərəsəlik işindən görünür ki, X14 vəfat etmədən bir neçə il öncə, yəni xx.xx.1977-ci il tarixdə notariusda vəsiyyətnamə yazaraq ona məxsus bütün əmlakı bərabər surətdə arvadı X27 və qızı X26 vəsiyyət etmişdir. Vərəsəlik işində olan mirasın qəbul edilməsinə dair xx.xx.2002-ci il tarixli ərizəyə baxdıqda görmək olar kı, bibiləri X34 babalarından qalan mirası qəbul edərkən ərizədə özündən başqa vərəsə olmadığını qeyd etmişdir. Vərəsəlik işində olan “Evlər üçlüyü” tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arayışda qeyd edilmişdir ki, X34 həqiqətən ünvan 1 ünvanında yaşayır və mərhumlar 1986-cı il də vəfat edən X40 və 1991-ci ildə vəfat edən X21 X22 başqa varisləri yoxdur. Daha sonra vərəsəlik işinə babalarının və nənələrinin ölüm haqqında şəhadətnamələri əlavə edilmiş və yekunda X26 fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Babalarının vərəsəlik işinə dair notariat işinin sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığı müəyyən olunur. X40 və X21 iki övladı olduğu halda bibiləri tərəfindən mirasın qəbul edilməsinə dair ərizədə yalan məlumat verilərək və vərəsəlik işinə saxta arayış əlavə edilərək guya onların X17 başqa varislərinin olmadığı qeyd edilmişdir. Yəni, X5 adı vərəsəlik işində olan heç bir sənəddə keçməmiş və bununla da ataları qanunsuz olaraq mirasdan kənar buraxılmışdır. Halbuki, X9 kiçik yaşlarından vəfat etdiyi (xx.xx.2021-ci il) tarixədək öz valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olmaqla yaşamışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X14nun və X4nın birgə nikah dövründə tikildiyi və mülkiyyətə alındığı üçün onların birgə mülkiyyəti olmuşdur. Belə olduğu halda fərdi yaşayış evinin 50%-i (1/2 hissəsi) babalarına, 50%-i (1/2 hissəsi) isə nənələrinə məxsus olmuşdur. Deməli, babaları əmlakdan özünə düşən payı, yəni 50%-ni (1/2 hissəsini) arvadına və qızına vəsiyyət etmişdir. X4 X14nun vəfat etməsindən 5 il sonra vəfat etsə də, nənələrinin vəfatında sonra vərəsəlik işi açılmamış və heç bir notarial hərəkət edilməmişdir. Notarius ancaq babalarının vərəsəlik işinə onun ölümü haqqında şəhadətnamə əlavə etməklə kifayətlənmişdir. Halbuki, babalarının vəfatından sonra onun vəsiyyətnaməsini nəzərə alaraq nənələrinə və bibilərinə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında mülkiyyət hüququnu təsdiq edən sənəd verilməli idi. Göründüyü kimi, birgə nikah dövründən fərdi yaşayış evinin yarısı (1/2 hissəsi), həmçinin babalarının vəsiyyəti üzrə də əlavə pay nənələrinə məxsus olduğu halda (fərdi yaşayış evinin 75%-i) vərəsəlik işi açılmamışdır. X9 anası X21 qanun üzrə vərəsəsi olduğunu və ondan qalan mirası faktiki qəbul etdiyini nəzərə alaraq vərəsəlik işində onun öz miras payından imtina və payının bacısı (bibimiz) X26 verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizəsi olmalı idi. Lakin vərəsəlik işində belə bir ərizə yoxdur, çünki ataları öz miras payından imtina etməmişdir Vərəsəlik işində olan arayışda qeyd edilmişdir ki, X34 həqiqətən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bibiləri babaları həyatda olduğu vaxtdan ailə həyatı quraraq başqa evə köçmüş və ömrünün sonunadək orada yaşamışdır. Vərəsəlik işində olan sənədlərə nəzər yetirdikdə görünür ki, ünvan 1 ünvanında yerləşən evə dair babalarının mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi o vəfat etdikdən 16 il sonra verilmişdir. X9 öz anasının (nənələri) qanun üzrə birinci növbə vərəsəsi olmuş və onun ölümündən sonra fərdi yaşayış evi üzrə ona çatası payı faktiki olaraq qəbul etmişdir. Belə ki, ataları kiçik yaşlarından vəfat etdiyi xx.xx.2021-cil tarixinədək ünvan 1 ünvanında yerləşən evdə yaşamış, ailə həyatı qurmuş, həmin evdə təsərrüfat aparmışdır. Vəfat edərkən də onun yas mərasimi həmin evdə keçirilmişdir. Çünki həm atalarının, həmdə onların başqa evləri olmamışdır. Bununla da o, mirası faktiki surətdə qəbul edən və sahiblik edən hərəkətlər etmişdir. Bundan əlavə o dövrdə həmin evin bütün kommunal ödənişləri atalarının adına olmuş və həmin ödənişlər onun tərəfindən edilmişdir. X5 kiçik yaşlarından vəfat etdiyi vaxtadək ünvan 1 ünvanında yerləşən evdə yaşaması işə əlavə edilmiş “Evlər üçlüyü”nün sədri R.Ə.Abbasova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə də təsdiq edilmişdir. Onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, böyümüş, ailə qurmuş və halhazırda da İddiaçı4 istisna olmaqla ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. Bu hal iddiaya əlavə edilmiş “Evlər üçlüyü”-nün sədri R.Ə.Abbasova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə də təsdiq edilmişdir. X9 vəfat etdikdən sonra da onlar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, bütün kommunal ödənişləri ödəməklə, həmçinin həmin evə faktiki sahiblik etməklə atalarından miras qalan payı faktiki qəbul etmişdirlər. Onlar X5 vəfatından sonra miras qalmış və fərdi yaşayış evinə sahiblik və onu idarə etməyə faktiki olaraq başlamışdır. X5 fərdi yaşayış evi üzrə qanuni vərəsə qismində miras payı ola-ola onun iradəsinə zidd olaraq bibiləri X26 xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında tam mülkiyyət hüququ ilə xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, daha sonra isə qeydiyyat vəsiqəsi əvəzində xx.xx.2019-cu il tarixli, **********13- 10301 reyestr nömrəli, ********** (qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, onların fərdi yaşayış evi üzrə atalarından qalan miras payları ola-ola, həmçinin həmin evdə qeydiyyatda olmalarına baxmayaq, razılıqları alınmadan Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə ona bağışlanmış fərdi yaşayış evini yenə də notariat qaydada razılıqları alınmadan Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələbləri kobud pozularaq fərdi yaşayış evi barədə sərəncamlar verilmişdir. Fərdi yaşayış evinin Cavabdeh4 bağışlanması onlara 2023-cü ilin mart ayında, daha dəqiq onun tərəfindən onlara qarşı Gəncə İnzibati Məhkəməsində “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair” iddia qaldırılması zamanı məlum olmuşdur. Ataları X8 olduğundan hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən evdən anası X16 qanun üzrə vərəsəsi qismində ona miras payı qalmasından xəbərsiz olmuşdur. Belə ki, X14 tərəfindən hazırda yaşadıqları evin bibilərinə vəsiyyət edilməsi və bunun nəticəsində həmin evin rəsmi qaydada bibilərinin adına keçməsi atalarına sonrakı illərdə məlum olmuş (bibiləri özü atalarına bildirmiş) və hesab etmişdir ki, dövlət tərəfindən evə dair ona rəsmi sənəd verilibsə, deməli həqiqətən də həmin ev atası tərəfindən bacısına vəsiyyət edilmişdir. Lakin həmin evin saxta sənədlər əsasında bibilərinin adına keçməsindən, ona da miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində faktiki qəbul etməsindən xəbərsiz olmuşdur. Onlar da savadsız olduqlarından atalarından hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən evdən miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində qəbul etdiklərindən xəbərsiz olmuşdurlar. Ataları yaşadığı vaxtlarda həmin evdə qalması müqabilində bibilərinə ödənişlər etmişdir, ataları rəhmətə getdikdən sonra isə onlar həmin evdə yaşamaq müqabilində ödənişlər etmişlər. Həm mərhum bibiləri X20, həm də Gəncə şəhəri 7 saylı dövlət notariat ofisinin notariusu olmuş X1 və qanunsuz əməlləri nəticəsində bu gün onlar ailələri ilə birgə yeganə yaşayış yerləri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada köçürülmə ilə üzləşmişdirlər və maddi imkanları çox aşağı vəziyyətdə olduğundan nə edəcəklərini də bilməmişdirlər. 2V-1-87 reyestr nömrəli vərəsəlik işi üzrə notariat hərəkətlərinin aparıldığı Gəncə şəhəri 7 saylı notariat ofisi halhazırda fəaliyyət göstərmədiyindən həmin notariat ofisinin işləri Gəncə şəhəri 6 saylı notariat ofisinə həvalə edilmişdir. Bununla əlaqədar İddiaçı1 Gəncə şəhəri 6 saylı notariat ofisinə rəsmi qaydada müraciət etmiş, lakin həmin notariat ofisindən rəsmi cavab verilməmiş, sadəcə olaraq qeyri-rəsmi şəkildə bildirilmişdir ki, 7 saylı notariat ofisinin işləri 6 saylı notariat ofisinə həvalə edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçıların bibiləri X34 qanunsuz olaraq iddiaçıların paylarını da mənimsəmişdir. Alqı-satqı müqaviləsi, eləcə də bağışlama müqaviləsi bağlanan zaman iddiaçıların heç birinin razılığı alınmamışdır. İddiaçıların ataları elə bilmişdir ki, ev bacısına, yəni iddiaçıların bibilərinə verilmişdir. Ona görə də ödənişlər etmək şərtilə evdə qalmağa razılaşmışdırlar. Əgər əvvəlcədən xəbərləri olsa idi heç pul verməzdilər. Alqı-satqı müqaviləsinə əsasən ev 38000 manata satılmışdır. Evin sahəsi böyükdür, həmin qiymətə satıla bilməz, evin qiyməti də formal olaraq yazılmışdır. İddiaçıların yaşamağa başqa yeri yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia müddəti ötürüldüyündən iddianın əsassız olduğunu, təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Gəncə şəhəri 1 saylı notariat ofisi, Gəncə şəhəri 5 saylı notariat ofisi və ünvan 3 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı3, X34, İddiaçı1, İddiaçı2, X59, İddiaçı4, X44 və X30 qeydiyyatdadırlar. AZ 311162 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X43 ilə X23 nikahları xx.xx.1973-cü ildə Kirovabad şəhər zaks şöbəsində 107 nömrə ilə qeydiyyata alınmışdır. V-JQ 432037 nömrəli, İV-JQ 291790 nömrəli, İİ-JQ 393089 nömrəli və X-JQ 319723 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1978-ci ildə doğulmuş İddiaçı4, xx.xx.1976-cı ildə doğulmuş İddiaçı1, xx.xx.1974-cü ildə doğulmuş İddiaçı2 və xx.xx.1984-cü ildə doğulmuş İddiaçı3 ata qrafasında X43, ana qrafasında isə X10 qeyd olunmuşdur. İE 400663 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci ildə doğulmuş X29 ata qrafasında X51, ana qrafasında isə X11 qeyd olunmuşdur. AZ-İ 756800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2015-ci ildə ölmüşdür. AZ-İİ 216870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2021-ci ildə ölmüşdür. AZ-İİ 184708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 xx.xx.1986-cı ildə ölmüşdür. AZ-İİ 184707 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1991-ci ildə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Kirovabad şəhəri Baş memarının xx.xx.1954-cü il tarixli layihəsi və Kirovabad şəhər X56 İcraiyyə Komitəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1954-cü il tarixli, 84-2129 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləyə əsasən X45 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv/m torpaq sahəsi ayrılaraq layihə verilmişdir. İnşa edilmiş yaşayış evi Qəbul komissiyanın xx.xx.1969-cu il tarixli fərdi yaşayış evinin aktına əsasən istismara qəbul edilmişdir. X40 adına ünvanı Kirovabad şəhəri, Komsomol küçəsi, 72 olan bu mülkün yerləşdiyi 463,0 kv/m olan torpaq sahəsinə dair xx.xx.1975-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli, 3-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, 72 olan bu əmlak X13 adına keçmişdir və ona xx.xx.2022-ci il tarixli, 21446 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin əvəzində X26 bu fərdi yaşayış evinə (0,045 ha torpaq sahəsində yerləşən tikili “A”-da 44,8 kv.m iki yaşayış otaqları, 36,4 kv.m köməkçi sahə) xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh4 xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinə dair X46 xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X15 yaşlarından ünvan 5 saylı evdə qeydiyyatda olmaqla yaşamış və 1973-cü ildə X36 ilə ailə həyatı quraraq vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək də həmin ünvanda yaşamışdırlar. X6 4 övladı olmuş: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3. Göstərilən şəxslər ünvan 5 saylı evdə anadan olub, boya-başa çatmışlar, ailə həyatı quraraq həmin ünvanda yerləşən evdə qeydiyyatda olmaqla yaşamışdırlar. İddiaçı4 istisna olmaqla digərləri hal-hazırda da həmin ünvanda yaşayırlar. Sudan və təbii qazdan istifadəyə dair abonent kartından və abonentin saldosundan görünür ki, sudan istifadəyə görə abonent kartı Hətəm Həsənovun adına, təbii qazdan istifadəyə görə abonent İddiaçı3 qeyd edilmişdir. Gəncə şəhər 7 saylı dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-1-87 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, X33 atası X38 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, başqa vərəsələr olmadığını qeyd etmişdir. Notariat işində olan 21446 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, 72 ünvanda yerləşən 44,8 kv.m -2 yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) X40 adına mülkiyyət hüququ əsasında xx.xx.2002-ci ildə qeydə alınmışdır. Notariat işində olan xx.xx.1977-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X51 vəfatı günü ona məxsus olan bütün əmlakını, həmin əmlakının harada və nədən ibarət olmasından asılı olmayaraq bərabər surətdə arvadı X27 və qızı X26 vəsiyyət etmişdir. Notariat işində olan İE 043857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci ildə anadan olmuş X24 ata qrafasında X61, ana qrafasında isə X11 qeyd olunmuşdur. Notariat işində olan Gəncə şəhər 7 saylı dövlət notariat kontorunda 2V-1-87 reyestr nömrə ilə qeyd edilmiş, xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı ildə vəfat etmiş X40 vərəsəsi qızı X28r. Miras əmlak ünvan 1, 450 kv.m torpaq sahəsində yerləşən: Tikili “A”- 44,8 kv.m iki yaşayış otağı və 36,4 kv.m köməkçi sahədən ibarət miras evdən ibarətdir. Gəncə şəhər 1 saylı dövlət notariat kontorunda xx.xx.2021-ci il tarixdə, 4Ə-228 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə X20 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə, 4Ə- 228 reyestr nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X34 tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi onun yerləşdiyi 0,045 ha torpaq sahəsi hədiyyə alan Cavabdeh4 mülkiyyətinə verilmişdir. Notariat işində olan XİV-JQ 300233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş Cavabdeh4 ata qrafasında X41, ana qrafasında isə X12 qeyd olunmuşdur. Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 4Ə-640 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə Cavabdeh4 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Notariat işində olan Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə- 640 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi alqı-satqı qiyməti 38000 manat müəyyən edilməklə satıcı Cavabdeh4 tərəfindən alıcı Cavabdeh5 satılmışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə Cavabdeh5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(1040-523/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı üçüncü şəxslər X32, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X47 ünvan 1 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evi babalarından və nənələrindən miras qalmaqla X14 xx.xx.1986-cı ildə X4 xx.xx.1991-ci ildə ölmüşdür. İddiaçılar iddia etmişdirlər ki, miras açılan vaxtdan onların atası və onlar həmin evdə yaşamaqla mirasda onların da payı olmuşdur. Bibiləri notariat ofisində vərəsələrin dairəsini yəni onun atasını vərəsə olduğunu göstərməyərək miras əmlakı bütövlükdə öz adına keçirmişdir. Hesab edirlər ki, onların ataları və onlar doğulduqları gündən həmin evdə yaşamaqla bütün kommunal xərclər də məhz onlar tərəfindən ödənilməklə atalarına çatası miras həddində onların da payları müəyyən edilməlidir. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə qəqdim etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mirasın açıldığı zaman 2000-ci ilin sentyatr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi iddiaçılar miras açılan vaxtdan atalarının və özlrinin həmin evdə yaşamaqla mirasda paylarının olmasını iddia etsələr də ataları tərəfindən miras əmlakın faktiki qəbul edilməsi barədə hər hansı sübut təqdim etməməişdirlər. Belə ki, iddiaçıların özləri də bibiləri tərəfindən miras əmlakın 2002-ci ildə əldə edilməsi zamanı atalarının da bununla razılaşmasını, bunu mübahisələndirməmsini və orada yaşadıqları dövrdə 200-250 manat kirayə haqqı ödədiklərini qeyd etmişdirlər. Bununla yanaşı iddiaçıların özləri də mübahisələndirilən miras əmlakın 2002-ci ildən bibiləri tərəfindən əldə edildiyini bildirdikləri halda keçən müddət ərzində 22 il müddətində mübahisələndirməmişlər. Halbuki, mirasın qəbulundan bəhs edən qanunvericiliyin tələbindən görünür ki, vərəsə, mirası faktiki olaraq o halda qəbul etmiş sayılır ki, faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin. İddiaçıların kommunal xidmətlərinin onlar tərəfindən ödənilməsinə dair göstərdikləri dəlillərə qiymət verərək məhkəmə qeyd edir ki, kommunal xidmətlərin onlar tərəfindən ödənilməsi onların orada yaşamaları zərurətindən əmələ gəlmişdir. Yəni kirayə haqqı ödəməklə yaşamışdırlar. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda şərh olunanlara əsasən və hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2129/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2129/2024
14.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver