Məhkəmə qərarları › İş №2(125)-2137/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2137/2025

03.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2137/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.1995-ci il təvəllüdlü, anadangəlmə “Daun sindromu, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ-34” xəstəliyindən əziyyət çəkən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs X4 xx.xx.1995-ci ildə anadan olmuşdur, anası Ərizəçi və atası X5r. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən şəxs ərizəçinin oğludur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1995-ci il təvəllüdlü X4 “Daun sindromu, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ-34” xəstəliyindən əziyyət çəkir. Bütün bunlar Tibbi-Sosial Ekspert Komissiyasının məlumatında da göstərilmişdir. X8 özünü dərk etmədiyi üçün onun başqa şəxsin qəyyumluğuna ehtiyacı var. Bununla bağlı o, 2025-ci ilin fevral ayında X8 üzərində qəyyum təyin edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin Gəncə Şəhər İcra Hakimiyyəti imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X8 yetkinlik yaşına çatdığından, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyindən onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Buna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, onu da əlavə etdi ki, ekspert rəyi ilə tanış olmuşdur, rəylə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və alınmış ekspert rəyini nəzərdən keçirib və ərizəçinin izahatını dinləyib, iş materiallarını araçdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, xx.xx.1995-ci il təvəllüdlü X2 məxsus xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, X4 birinci dərəcə əlil olmaqla əlilliyinin səbəbi ümumi xəstəlikdir, əlilliyin təyin edilmə tarixi xx.xx.2024-cü ildir, əlilliyin müddəti isə müddətsizdir. Həmçinin orqanizmin funksiyalarının pozulma faizi 85 faizdir, əsas diaqnoz “Daun sindromu, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ-34” olmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçiyə ünvanlanmış 5-1/2-M-19-390/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Altunbəy Məmmədzadənin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır, odur ki, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 308 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.1995-ci ildə anadan olmuş X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları, Daun sindromu ilə xəstəliyindən əziyyət çəkir, xx.xx.1995-ci ildə anadan olmuş X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları, Daun sindromu ilə xəstəliyi keçirməsi səbəbindən o, öz əməlinin faktiki xarakterini dərk etmək və ya öz əməlini idarə edə bilmək iqtidarında deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi, xx.xx.1995-ci il təvəllüdlü X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1995-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 317-321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 (FİN – 31N4E30) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar