Məhkəmə qərarları › İş №2(125)-215/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-215/2023

14.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-215/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun üzərində qəyyum müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinın nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi bacısı X1 anadangəlmə «kəskin imbesillik dərəcəsində olan oliqofreniya» diaqnozu ilə xəstədir və buna görə Q.İ.Zeynalovaya 1-ci dərəcəli əlilliklə əlaqədar pensiya təyin olunmuşdur. Q.İ.Zeynalovanın daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hazırda Q.İ.Zeynalova ərizəçi ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngədə yerləşən 2 nömrəli evdə yaşayır. Q.İ.Zeynalova öz hərəkətlərini və danışığını dərk etmir, paltarlarını və parçadan olan məişət əşyalarını cırır. Hətta Q.İ.Zeynalova ən zəruri tələbatlarını belə Ərizəçi köməkliyi ilə icra edir və Ərizəçi nəzarəti olmadıqda, öz həyatı üçün təhlükəli hərəkətlərə yol verir, qazı açıq saxlayır, qaynar su götürüb üstünə tökür. Q.İ.Zeynalova yetkinlik yaşına çatsa da xəstəliyi ilə əlaqədar mülki hüquq münasibətlərinə daxil ola bilmir. Lakin Q.İ.Zeynalova məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmədiyinə görə Ərizəçi Q.İ.Zeynalovanın üzərində qəyyum təyin edilə bilmir. Qeyd olunan səbəbdən Ərizəçi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ seriyalı 172243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14 noyabr 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair *5 sentyabr 2*22-ci il tarixli məlumatdan görünür ki, X2 «kəskin imbesillik dərəcəsində olan oliqofreniya» diaqnozu ilə birinci dərəcəli əlildir, daima kənar şəxsin qulluğuna ehtiyacı var. İş materiallarında olan 25 may 2*22-ci il tarixli, 411/22 nömrəli stasionar çıxarışın surətindən görünür ki, X3 baş beyin üzvü xəstəliyi nəticəsində iflic, ağır dərəcəli əqli gerilik İQ-38, yaddaşın zəiflənməsi, davranış pozuntusu, nitq qüsuru, yerişinin məhdudlaşması diaqnozu qoyulmuşdur. İşdə olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 13 may 2*22-ci il tarixli Z- 1*-*99 nömrəli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, 14 noyabr 1962-ci il təvəllüdlü X1 onun qəyyumluğuna verilməsi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Bununla bağlı ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 21 iyul 2*22-ci il tarixli, 2*72 nömrəli arayışından görünür ki, Ərizəçi hazırda 14 noyabr 1962-ci il təvəllüdlü birinci dərəcəli əlil bacısı X2 ilə birlikdə Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngədə yerləşən 2 nömrəli evdə yaşayır. İşdə olan 2**798 nömrəli vəsiqədən görünür ki, X2 uşaqlıqdan birinci dərəcəli əlildir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 23 ferval 2*23-cü il tarixli 125 nömrəli rəyindən görünür ki, 14 noyabr 1962-ci il tarixdə anadan olmuş X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7.1 psixi xəstəliyi keçirməsi səbəbindən öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X2 «orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F7.1 psixi xəstəliyi» ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, 14 noyabr 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Bundan başqa Ərizəçi onun X1 üzərində qəyyum müəyyən olunmasını xahiş etmişdir. Lakin qəyyum təyin edilməsi məsələnin həlli məhkəmənin səlahiyyətlərinə daxil olmadığına görə ərizəçinin xahişi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə görə qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi qismən təmin edilsin. 14 noyabr 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 14 noyabr 1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizəçi xahişi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar