Məhkəmə qərarları › İş №2(125)-216/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-216/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-216/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 211.61 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh əsassız olaraq guya dəyişdikləri sayğacda qüsur olduğunu qeyd etmiş, ona əsassız olaraq 211,15 manat süni borc yazmışdır. Sayğacı söküb dəyişdirdikdən sonra sayğacın qüsurları olduğu deyilirsə, bunda vətəndaşın günahı olması iddia edilə bilməz. Sayğacın müayinəsini də onun iştirakı olmadan həyata keçiriblər. O, yaşlı, pensiyaçı insandır, nə üçün ona qarşı bu cür haqsızlıq edilir? Cavabdehin əməkdaşları gəlib mənzilin sayğacını dəyişdirmişlər. Sayğacı aparanda cavabdehin əməkdaşları heç bir söz deməmiş, heç bir şübhəli hal barədə qeyd etməmişlər. Lakin bir müddət sonra məlum olmuşdur ki, ona əsassız borc yazıblar. O, etirazını bildirmişdir. Daha sonra cavabdehin idarəsinə müraciət edib məsələni aydınlaşdırmalarını tələb etmişdir. Lakin süni borcu silməmişlər. Qeyd edilənlərə əsasən "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 211.61 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, abonent kimi Elmira Bəşirova adına qeydə alınan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacda müdaxilə izləri aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair "xxxx" ASC-nin Qərb RETSİ-nin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli 418456 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən cəmi dəyəri 216,19 manat təşkil edən 1663 kvt. saat miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Bundan sonra qüsurlu sayğac çıxarılmış, qablaşdırılıb möhürlənərək laboratoriya şəraitində yoxlanılması məqsədi ilə götürülmüş, həmin sayğacın əvəzinə yeni sayğac quraşdırılmışdır. Sonradan sayğac laboratoriya şəraitində yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacın üst “A” möhüründə və hesab mexanizmində kənar izlər aşkar edilmişdir. İddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi nəticəsində "xxxx" ASC-yə zərər dəymişdir. Hesab edir ki, sayğac sərf olunan elektrik enerjisini qeyd etmədiyindən itirilmiş enerjinin bərpası məqsədi ilə iddiaçıya hesablanmış cərimə qanunidir və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakşısının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 418456 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən aşkar edilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən istehlakçı Elmira Bəşirovaya məxsus ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın üst “A” möhüründə və hesab mexanizmində kənar izləri aşkar olunmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları N.Alıyev, S.Qurbanova və K.Kazımov tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin Qərb RETSİ-nin Akt komissiyasının icra vərəqəsindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində Elmira Bəşirovanın fərdi yaşayış evində sayğaca müdaxilə olunduğuna görə 216.19 manat ziyan hesablanmışdır. İşdə olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 418456 saylı protokoldan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində Elmira Bəşirovanın fərdi yaşayış evində quraşdırılmış ********** saylı sayğac, **********4 sayğacla dəyişdirilmiş, çıxarılmış sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Göygöl rayonu Üçtəpə kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023cü il tarixdə protokol əsasında istismarda olan ********** zavod nömrəli elektrik sayğacı **********4 zavod nömrəli sayğacla əvəz edilmişdir. Sökülmüş sayğac laboratoriya şəraitində yoxlanılan zaman hesablaşma elektrik sayğacının zədələndiyi, üst “A” möhüründə və hesab mexanizmində kənar izləri aşkar olunmuşdur. “X1 Qaydaları”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli 418456 saylı akt tərtib edilmiş və akt "xxxx" ASC-nin əməkdaşları N.Alıyev, S.Qurbanova və K.Kazımov tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli 418456 saylı akt və xx.xx.2023-cü il tarixli protokol abonentin iştirakı olmadan tərtib olunmuşdur. Göygöl rayonu Üçtəpə kəndində Elmira Bəşirovanın fərdi yaşayış evində sayğaca müdaxilə edilməsinə görə 216.19 manat ziyan hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.32 maddəsinin “b” bəndinə əsasən, məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Göründüyü kimi məişət abonenti olan İddiaçı Göygöl rayonu Üçtəpə kəndində yaşayır və yaşadığı evdə onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2023-cü ilin yanvar ayında aparılan yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda müdaxilə izləri aşkar olunmuş, bununla bağlı sayğac dəyişdirilmiş, çıxarılan sayğac laboratoriyaya göndərildikdə sayğacın üst “A” möhüründə və hesab mexanizmində kənar izlər müəyyən olunduğundan Elmira Bəşirovanın fərdi yaşayış evində sayğaca müdaxilə edilməsinə görə 216.19 manat ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən pozuntuya yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32 maddəsinin “b” bəndinə əsasən, məişət abonentində ölçü transformatoru vasitəsilə məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materiallarında olan abunə haqqında qeyddən görünür ki, İddiaçı Göygöl rayonu Üçtəpə kəndində yerləşən sayğacı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qoşulma sxemi yoxlanılmışdır və Qaydalara uyğun olaraq enerji təchizatı müəssisəsi qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün hesablaşma aparmalı idi. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək olan müddətdən artıq hesablanmış hissədə təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış 216.19 manat borcun 172.91 manatı silinməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə hesablanmış 216.19 manat borcun 172.91 manatı silinsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar