Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2173/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2021ci il tarixli, 2(043)-142/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 50 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(043)-142/2021 nömrəli qətnaməsi ilə onun Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən hər ay 160 (bir yüz altmış) manat aliment üç yaşlı uşağın yaşayışının minimum səviyyəsini ödəmir. X2 az yaşlıdır və uşağa ödənilən 160 manat alimenti onun yemək-içmək, paltar pullarının ödənilməsinə çatmır. Cavabdeh isə bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. O, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Mediator ona MŞG/1-04471 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim etmişdir. Hazırda o, alimentin miqdarının artırılıb hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsini və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci cavabdehdən tələb edir. Bundan sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(043)-142/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin təyin olunması üsulunun dəyişdirilərək xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsinin və mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ İV seriyalı, 310186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 23 iyun 2019-cu ildə X4 doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. xx.xx.2022-ci il tarixli MŞG/1-04471 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, “alimentin artırılması” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən xx.xx.2022-ci il tarixli dəvət məktubu vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-142/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 160 (bir yüz altmış) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmış və yetkinlik yaşına çatmamış uşaq iddiaçının himayəsində qalmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-142/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 160 (bir yüz altmış) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşaqların saxlanmasında kifayət etmədiyindən iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının uşağın saxlanması üçün cavabdehin hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulması barədə tələbinin hüquqi əsası olmaqla, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, iddia təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-142/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin tutulma üsulu dəyişdirilməli və xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması müəyyən edilməlidir. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-142/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin tutulma üsulu dəyişdirilsin və xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü Eldararuz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2173/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2173/2022
02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver