Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2173/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1* sentyabr 2**3cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, onun X5 ilə birgə nikahından 1* sentyabr 2**3-ci il tarixdə X6 anadan olmuşdur. X1 travma ilə doğulmuşdur. X2 xəstəliyinin diaqnozu isə baş beyin üzvü xəstəliyi nəticəsində iflic, ağır dərəcəli əqli gerilik İQ-38, yaddaşın zəifləməsi, davranış pozuntusu, nitq qüsuru, yerişinin məhdudlaşmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu dəfə 24 sentyabr 2*22-ci ildə müayinə olunarkən İ.M.Göyüyevin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunaraq, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-22 diaqnozu ilə xəstə olmaqla, onun müddətsiz olaraq birinci dərəcəli əlil olması qiymətləndirilmişdir. X2 hazırki vəziyyəti, yəni ciddi davranış pozuntusu, aqressivliyi onun tək, nəzarətsiz qalmasına imkan vermir. Belə ki, İ.M.Göyüyev paltarlarını geyinə bilmir, özünü təmiz saxlamır, hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməkliyi olmasa sərbəst yemək qəbul edə bilmir, nitq qüsuruna görə fikrini ifadə edə bilmir. İ.M.Göyüyev yetkinlik yaşına çatdığından və xəstəliyi səbəbindən özünü dərk və idarə etmək iqtidarında olmadığından, onunla bağlı bütün sosial və hüquqi məsələlərin həlli ilə bağlı bir valideyn olaraq onun övladı üzərində qəyyum təyin olunmasına ehtiyac vardır. Buna görə də, o hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 689773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1* sentyabr 2**3-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X5, anası Ərizəçidır. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 24 sentyabr 2*22-ci il tarixli məlumatdan görünür ki, X6 «ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-22» diaqnozu ilə birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. İş materiallarında olan 25 may 2*22-ci il tarixli, 411/22 nömrəli stasionar çıxarışın surətindən görünür ki, X4 baş beyin üzvü xəstəliyi nəticəsində iflic, ağır dərəcəli əqli gerilik İQ-38, yaddaşın zəiflənməsi, davranış pozuntusu, nitq qüsuru, yerişinin məhdudlaşması diaqnozu qoyulmuşdur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının *4 aprel 2*23-cü il tarixli 197 nömrəli rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT- 1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi keçirməsi səbəbindən öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 «ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 1*-cu baxış) F72.1 psixi xəstəliyi» ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 1* sentyabr 2**3-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 1* sentyabr 2**3-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 1* sentyabr 2**3-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2173/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2173/2023
23.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver