Məhkəmə qərarları › İş №2(125)-2198/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2198/2025

04.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2198/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 Gəncə şəhər Su kanal İdarəsinə qarşı cavabdeh tərəfindən **********180 abonent kodu üzrə sudan istifadəyə görə əsassız hesablanmış 226 manat 80 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 Gəncə şəhər Su kanal İdarəsinin cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, məcburi köçkün kimi 3 nəfər ailə üzvü ilə birgə ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışlar. Onların istifadə etdikləri su xəttinə xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılmışdır. Həmin su sayğacı quraşdırılanadək, onlar sayğacın qeydiyyata almadığı sudan istifadə etmişlər. O və ailəsi yataqxanada yaşasa da, yataqxanadakı digər otaqlar kimi onların yaşadıqları otağın ayrı su xətti olmuş və su ilə təchiz edilmişdir. Su xəttinə sayğacın quraşdırılmaması təchizatçının təqsirli hərəkəti ilə əlaqədar olmuşdur və həmin təqsirə görə nə o, nə də digər şəxslər məsuliyyət daşımır. Onların yaşadıqları binadakı otaqlara su sayğacı quraşdırıldıqdan sonra digər abonetlər kimi o da istifadə etdiyi suyun dəyərini ödəmiş və sayğac su sərfiyyatını əvvəllər nəfər sayına görə hesablanmış sərfiyyatdan dəfələrlə sərfiyyat hesablamışdır. Digər tərəfdən ünvan 1 ünvanında müvəqqəti məskunlaşsa da ev 5A, mənzil 18 ünvanına borc hesablanmışdır. Həmçinin onunla cavabdeh arasında sudan istifadəyə görə hər hansı müqavilə imzalanmadığından, cavabdeh orqanın ondan sudan istifadəyə görə borc hesablaması əsassızdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qəbul etməyərək izahatında bildirdi ki, Nəcəfov X3 rayonundan məcburi köçkündür və Gəncə şəhəri, 38/83 nömrəli Hərbi şəhərcikdə yerləşən «Z» mehmanxanasında məskunlaşmışdır. Həmin mehmanxananın ayrı-ayrı otaqlara bölünməsinə və həmin otaqların hər biri su ilə təmin edildiyinə görə otaqlar, su sərfiyyatının qeydiyyatını aparmaq üçün şərti nömrələnmişdir. İddiaçı və ailə üzvlərinin yaşadıqları ərazi də otaq adlandırılsa da, əsl həqiqətdə mənzilə aid bütün şəraitlə təmin olunmuş, eləcə də su ilə təchiz edilmişdir. İddiaçı yaşadığı otaq su ilə təmin edildiyindən su sərfiyyatına görə nəfər hesabı ilə borc hesablanmışdır. Həmin otaqda yaşayan şəxslərin sayı isə İddiaçı sözləri əsasında müəyyənləşdirilmişdir. İddiaçı otaq nömrəsinin abonent kartında və qəbzlərdə yalnış göstərilməsinə istinad etsə də, həmin otağa gedən su xəttinin üzərindəki sayğacın aid olduğu ünvan Gəncə şəhəri, DOS 38/83, ev 5A, mənzil 22 kimi qeydə alınmışdır. Digər tərəfdən İddiaçı öz izahatında da sudan daim istifadə etdiyini qəbul etmişdir. Buna görə də İddiaçı izahatında göstərdiyi xüsusatlar və iddianın əsası kimi istinad etdiyi hallar əsassızdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X11 Gəncə şəhər Su kanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-3-16/2-91/2025 nömrəli məktubdan görünür ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeyd olunan DOS 38/83 bina 5A, mənzil 18 (abonent kodu:**********180) ünvanın xx.xx.2023-cü il tarixdə nəfər sayı tərkibi yaşayış sayına uyğun olaraq 3 nəfərlə İddiaçı adına abonent kodu açılmışdır. Silinməsi tələb olunan borc xx.xx.2024-cü il tarixdə sayğac quraşdırılan dövrə kimi su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair hesablanmış borcdur. İşdə olan AA seriyalı 507105 nömrəli vəsiqənin surətindən görünür ki, Nəcəfov X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan **********180 nömrəli abonent kartından görünür ki, DOS 38/83 bina 5A, mənzil 18 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 nəfər ailə üzvünün sayına görə 227 manat 20 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan Dövlətqaçqınkomun Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə sektor müdiri tərəfindən verilmiş Gəncə sukanal İdarəsinə verilmiş arayışdan görünür ki, DOS-38 ünvanında məskunlaşan məcburi köçkün İddiaçı ailə üzvləri arvadı X1 və qızı X2 ibarətdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məcburi köçkündür. Ç.İ.Məhərrəmov digər 2 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 (ünvan 5 ünvanda xx.xx.2024-cü il tarixə qədər su sayğacı olmadan sudan istifadə edənlərin sayına uyğun, xx.xx.2024-cü il tarixdən sonra isə su sayğacının qeydiyyatı əsasında sudan istifadəyə görə borc hesablanmışdır. xx.xx.2024-cü il tarixə qədər ünvan 1 (Gəncə şəhəri, DOS 38/83, ev 5A, mənzil 18) ünvanında sudan istifadə edənlərin sayı 3 nəfər olmuş və buna mütənasib qaydada su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə borc hesablanmışdır. İddiaçı Azərbaycan Dövlət Su X5 şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X6rşı iddiaçının **********180 abonent kodu üzrə sudan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 226 manat 80 qəpik məbləğində əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi A.C.Rəhimov məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, etirazının əsası kimi sözügedən ünvana daimi olaraq su təminatı olmasını və qanunvericiliyə uyğun olaraq borcun hesablandığını bildirmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə görə yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yerləşən 38 nömrəli hərbi mehmanxada müvəqqəti məskunlaşmışdır. İddiaçı həmin mehmanxada yaşadığı müddət ərzində sudan istifadə və çirkab sularının axıdılması xidmətindən istifadə etmiş, məhkəmə iclasında verdiyi izahatında da həmin xüsusatı qeyd etmişdir. Lakin İddiaçı həmin xidmətlərdən istifadə ilə əlaqədar ödənişlər aparmamış və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi onunla müqavilənin bağlanmamasına və yaşadığı ünvanın düzgün qeyd olunmamasına istinad etmişdir. Halbuki, tərəflər arasındakı münasibətlərin müqavilə əsası olmasa da, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsində və 61-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan qanuni əsası olmuş, fərdi istehlakçı qismində İddiaçı «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X9, təchizatçı qismində «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X8 İddiaçı qarşı qanundan irəli gələn tələb hüququ yaranmışdır. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2025-ci il tarixli 2(102)-789/2025 nömrəli qərarında da ifadə olunmuşdur. Hazırki halda isə İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda sudan istifadə və çirkab sularının axıdılmasından istifadə etdiyini bildirmiş, bununla da cavabdeh «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X11 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən cavabdeh həmin halı sübutetmə vəzifəsindən azad olmuşdur. Həmçinin İddiaçı ona xidmət göstərilən ünvanların fərqli olduğunu bildirsə də, suyun və axıdılan tullantı sularının həcmi evdə qeydiyyatda olan şəxslərin sayına uyğun aparıldığı dövrlə su xəttinə sayğacın quraşdırıldığı ünvan eyni qaydada ifadə olunur və İddiaçı həmin halla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi hallar əsassızdır. Bundan başqa, mülki işin məhkəmə tədqiqi ilə əlaqədar ünvan 1 (Gəncə şəhəri, DOS 38/83, ev 5A, mənzil 18) ünvanında sayğac quraşdırılanadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar hesablanmış borcun əsaslılığı yoxlanılmış və ünvan 6 ünvanı (ünvan 7 xidmətinə görə «İri şəhərlərin Birləşmiş Su təhcizatı xidməti» X11 tərəfindən əsassız borcun hesablanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X6rşı «su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar