Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-220/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş oğlu-Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuşdur. Maraqlı şəxs əqli inkişaf geriliyi mövcuddur. Raminə İ dərəcəli əlillik təyin olunmuşdur. O, özünü tam idarə etməkdə çətinlik çəkir. Hazırda Raminin qulluğunda anası Ərizəçi durur. Ramin onun köməkliyi ilə özünü idarə edə bilir. Əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri anası olaraq o hazırlayır. Ramin fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq o, Raminə qulluq etməklə bərabər, Raminlə bağlı lazım olan sənədləşmə işlərini apara bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat vermiş və məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını, ərizəsinin təmin edilməsini, oğlu Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 məhkəmə iclasında ərizənin təmin olunması məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur, anası X2r. İş materiallarında olan, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2002-ci ildə X6 adlı şəxslə ailə qurmuş və nikahın bağlanmasından sonra ona Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası ƏƏSM Nazirliyi tabeliyində Sosial Xidmət Agentliyinin Gəncə şəhərində yerləşən 4 saylı Psixonevrolojisosial xidmət müəssisəsinin xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş Maraqlı şəxs ümumi xəstəlikdən ağır dərəcəli əlildir. Məhkəmə məhkəmədə tədqiq olunmuş, yuxarıda qeyd edilən sübutlara istinad etməklə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilən Maraqlı şəxs anasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Baxılan işdə şəxsin-Maraqlı şəxs pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qəradad əsasında ekspertiza keçirilmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi X5 şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli 894 saylı rəydən müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş Maraqlı şəxs hazırda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2005-ci il tarixdə anadan olmuş Maraqlı şəxs ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını anlaya bilmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Maraqlı şəxs hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şəkərabad kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şəkərabad kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-220/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-220/2025
12.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver