Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2226/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı əsasında ona qeyri-qanuni hesablanmış 1555,20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 154 nömrəli ev mərhum həyat yoldaşı X2 adına olmuşdur. O, 2017-ci ildə vəfat edəndən sonra ev onun mülkiyyətinə keçmişdir. (İstehlakçı kimi oğlu İbrahimov Vüqar göstərilmişdir). Evə küçə tərəfdən elektron qaz sayğacı qoyulmuşdur. Sayğac köhnəlmiş, yağışın altında qalıb paslanmışdır. Hesab etmişdirlər ki, sayğac istifadə etdikləri qazın qiymətindən daha çox pul göstərir. Ona görə də Gəncə şəhər RQİİ-nin sahə inspektoruna 2 dəfə müraciət etmişdirlər ki, qaz sayğacını mexaniki sayğacla əvəz etsin. xx.xx.2022-ci il tarixdə evdə heç kim olmayanda Cavabdeh İB-nin nümayəndələri tərəfindən elektron qaz sayğacı götürülmüş, əvəzində mexaniki sayğac qoyulmuşdur. Elə həmin vaxt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Sayğac dəyişdirilən vaxt Cavabdeh İB-nin nümayəndələri sayğacda hər hansı bir nöqsanın olması barədə onlara məlumat verməmişlər, cərimə barədə bildiriş və xəbərdarlıq göndərilməmişdir. Bu günlərdə qızı onlara gəlib qazın sərfıyyatına dair çekə baxıb demişdir ki, “burada xeyli sərfiyyat və borc yazılıb, sizin bu qədər sərfıyyatnız ola bilməz.” O, Gəncə şəhər RQİİ-nə zəng edib bu barədə maraqlanmış, oradan bildirmişdirlər ki, köhnə sayğacdan borc qalmışdır. Köhnə qaz sayğacı isə elektron olduğu üçün orada borc yığılması mümkün deyildir. O, 3 gün bundan əvvəl Gəncə şəhər RQİİ-nə gedib borc barədə sənədləri götürmüşdür. Aydın olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB X8 İstismarı İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda göstərilmişdir ki, “sayğacın çıxış plastmas borusu deşilib, qayka girməsi üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğac istismara yararsızdır”. Aktda həmçinin dəymiş ziyanın həcmi 12.960 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 1555.20 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilmişdir ki, guya oğlu akta imza etməkdən imtina etmişdir. Halbuki, akt tərtib ediləndə onların iştirakı olmamışdır. Nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından xəbəri olmamışdır. Bu barədə cavabdeh orqan bildiriş və ya xəbərdarlıq göndərməmişdir. Bundan başqa sayğac küçədə olmuşdur, onda zədə olsa idi sahə inspektoru görərdi. Aktda göstərilən guya aşkar edilmiş nöqsanı adi gözlə də görmək olardı. Halbuki, sayğac sökülüb dəyişdirilərkən nöqsanın olduğu bildirilməmişdir. Əgər sayğac az qaz sərfiyyatı göstərsin deyə ona gözlə görünməyən zədə yetirmiş olsa idi özü yeni mexaniki sayğac quraşdırılması barədə cavabdeh orqana müraciət etməzdi. Əksinə onlar hesab etmişdirlər ki, işlətdikləri qaza görə artıq pul ödəyirlər. Ona görə də sayğacı mexaniki sayğacla dəyişdirmək barədə müraciət etmişlər. Sayğaca kənar təsir göstərməmişlər, onlardan götürüləndən sonra sayğaca nə edilibsə xəbərləri yoxdur. Sərf etdikləri qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, sayğac əvvəl elektron sayğac olmuş, bəzən işləməmiş, kartı qəbul etməmişdir. Sayğacın dəyişdirilməsi üçün özləri müraciət etmiş, dəfələrlə qaz idarəsinə getmiş, “gedin gəlib dəyişəciyik” demişdirlər. Qaz sayğacı dəyişiləndə isə xəbərləri olmamış, mexaniki sayğac qoyulmuşdur. Sonradan məlum olmuşdur ki, dəyişdirilən sayğacda deşik vardır. 15 ildən çoxdur ki, həmin sayğac yağışın altında qalmış, paslanmışdır. Sayğaca heş bir müdaxilə etmədiklərini, qanunsuz olaraq cərimə yazıldığını qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 48370 nömrəli texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, X6 küçəsi ünvanda yerləşən 154 nömrəli fərdi yaşayış evinə dair hüquq subyekti İddiaçı kimi qeyd edilmişdir. AZ-İ 867594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə ölmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan Aron tipli, G4 markalı, 1202AQ********** nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövlət dövri yoxlaması olaraq qeyd edilmişdir. Aktın tərtib olunmasında istehlakçı Vüqar Bayrpmovun iştirakı göstərilmiş və istehlakçı aktı imzalamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin MSK 14-2-2-5/3-5-1072 rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilib. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac istismara yararsızdır. Aktda istehlakçı İbrahim Bayramovun iştirakı göstərilməklə, aktı imzalamamasının səbəbini imtina etməsi kimi qeyd etmişlər. **********01540 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməmişdən əvvəlki aylar üzrə 2023-cü il üçün qaz sərfiyyatı yanvar ayında 891m3, fevral ayında 819 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X1 istifadəsində olan Aron tipli, G4 markalı, 1202AQ********** nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********4 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövlət dövri yoxlaması olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən isə görünür ki, aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin MSK 14-2-2-5/3-5-1072 rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilib. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac istismara yararsızdır. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı İbrahim Bayramov kimi qeyd edilmiş, akta imza etməməsinin səbəbi imtina etməsi kimi göstərilmişdir. Halbuki, İ.Bayramov aktın tərtib olunmasından əvvəl xx.xx.2017-ci ildə ölmüşdür. Bununla belə **********01540 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməmişdən əvvəlki aylar üzrə 2023-cü il üçün qaz sərfiyyatı yanvar ayında 891m3, fevral ayında 819 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 35,55 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 12960 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2226/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2226/2024
08.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver