Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2256/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********02940 nömrəli abonent kodu üzrə hesablanmış 555.48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2025-ci ildə ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən qaz sayğacına müdaxilə olunduğu aşkar edilmiş və əlavə sərfıyyat hesablanmışdır. xx.xx.2025-cü il tarixdə X1 dair tələbnamə tərtib olunmuş və ümumilikdə 4629 kub metr əlavə sərfıyyat hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış əlavə sərfıyyat tamamən qanunsuz və əsassızdır. Belə ki, biz heç bir zaman qaz sayğacına müdaxilə efməmişlər. O, həmin evi xx.xx.2023-cü il tarixdə almışdır. Aldığı gündən bu günədək də qaz sayğacına heç bir müdaxilə etməmişdir. Ödəniş cədvəlinə əsasən, onlar aylıq sərfıyyat üzrə ödənişləri vaxtında həyata keçirmişlər. Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən edilmiş bu özbaşınalıq barəsində dəfələrlə Gəncə Regional Qİİ-nə rəsmi şikayəti olmuşdur. ünvan 1 ünvanında yerləşən mülkə dair Gəncə Regional Qİİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın əsli onlara rəsmi olaraq təqdim edilməmişdir. Müraciətlərindən sonra onlara təqdim olunan aktdan da aydın görünür ki, tərtib olunmuş akt qanunsuzdur. Bundan başqa tərtib olunmuş akta nəzər salsaq görərik ki, qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti isə 76 və 90 gün kimi qəbul edilmişdir. Ümumiyyətlə əlavə sərfıyyat belə düzgün hesablanmamışdır. Yəni, X3 İstismar İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz işlədiciləri 76 və 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumilikdə onlara 4629 kub metr əlava qaz sərfıyyatı hesablanmışdır. Hesablanmış bu sərfıyyat düzgün hesablanmamaqla yanaşı, qanunsuz olaraq hesablanmışdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən, sayğacın çıxış plastmas borusu kənar təsir nəticısində deşilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Abonent saldosundan görünür ki, **********02940 nömrəli abonent kodu üzrə 2025-ci ilin yanvar ayında (qalıq və aktlar üzrə) 555.48 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “X1 dair” tələbnamənin surətindən görünür ki, **********02940 nömrəli abonent kodu üzrə İddiaçı 4629 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 555.48 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 555.48 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********02940 nömrəli abonent kodu üzrə qaz sərfinə görə hesablanmış 555 (beş yüz əlli beş) manat 48 (qırx səkkiz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2256/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2256/2025
13.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver