Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-227/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) X8 və Cavabdeh nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın tanınması” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X7 miras qalmış “VAZ-21074” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinə miras payının tanınması, mərhum Tunar Əliyevdən miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsinə miras payının müəyyən edilməsi, mərhum övladı Tunar Əliyevin mülki şəhid olması ilə əlaqədar Cavabdeh verilmiş 25000 manat məbləğində mirasa payının tanınması və Cavabdeh 12500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı və onun nümayəndəsi (vəkil) X8 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, o, Cavabdeh qarşı şəhid oğlu X7 miras qalmış avtomobilin ½ hissəsini, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsinə miras payının müəyyən edilməsi və şəhid övladı üçün dövlət tərəfindən ümumilikdə ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaitinin yarısının yəni, 12500 (on iki min beş yüz) manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasına dəqiqləşmə verərək, avtomobil üçün cavabdehə ödənilmiş 6500 (altı min beş yüz) manat pul vəsaitinin yarısının ona verilməsi, 25000 (iyirmi beş min) manat pul vəsaiti ilə bağlı hissə də isə Məşğulluq alt proqramı tərəfindən Cavabdeh verilmiş 21 baş qoyun və 400 kq yemin bugünkü bazar qiymətinə uyğun bölünməsini, eyni zamanda İcra Hakimiyyəti tərəfindən ödənilmiş 1000 (bir min) manat pul vəsaitinin bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22 oktyabr 1986-cı il tarixdə Cavabdeh ilə Kirovabad şəhəri Nikah Evində nikahlarını rəsmiləşdirmişlər. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından olan xx.xx.1999-cu il təvəllüdlü X13 xx.xx.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsi dövründə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törəmiş zədələr nəticəsində mülki şəhid olmuşdur. Sonradan mərhum övladı Tunar Əliyevdən miras qalmış əmlaklarla bağlı notariat ofisinə müraciət etmişdir. Lakin Gəncə regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin notariusu Zülfiqar Ağcayevin 20 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mirasın qəbuluna və ya ondan imtinaya dair razılığa gələ bilmədikləri üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməlidirlər. Mərhum övladı Tunar Əliyevdən “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400.0 kv.m torpaq sahəsi miras qalmış və bu əmlaklarla bağlı sənədlərin əsli Cavabdeh olduğundan, yalnız “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətini ərizəsinə əlavə edir. Bundan başqa bildirmişdir ki, Cavabdeh övladı Tunarın şəhid olması ilə əlaqədar Yaşat Fondundan 2500 manat, X14 10000 manat və iddia ərizəsinə əlavə etdiyi foto şəkildən göründüyü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki X10 tərəfindən isə kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılması üçün 21 ədəd qoyun (hazırda 1 qoyunun təxminən qiyməti 130-140 manatdır) verilmişdir. Həmçinin mərhum övladı Tunardan miras qalmış “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ilə bağlı Cavabdeh dövlət tərəfindən 6800 manat, Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən 4000 manat, Bakı şəhərində yaşayan rəssam tərəfindən isə 1500 manat məbləğində pul verilmişdir. Cavabdeh verilən pullardan yalnız Yaşat Fondundan 2500 manat ona verilmişdir. Məhz bu səbəblərdən hazırda məcbur qalmış qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, oğlu Tunara məxsus “VAZ 21074” minik markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Ermənistan Silahlı qüvvələri tərəfindən Gəncə şəhəri bombalanan zaman yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Lakin həmin avtomaşın məhv olsa da, onun əvəzi 6500 manat dövlət tərəfindən qiymətləndirilərək cavabdehə qaytarılmışdır. Həmin məbləğ bilavasitə mülkiyyət hüququ ilə bağlı olduğundan və oğlu Tunar sağ ikən avtomaşın sonuncunun mülkiyyətində olduğundan cavabdehə avtomaşının sıradan çıxması ilə bağlı ödənilən 6500 kompensasiya məbləği miras kütləsinə daxil edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X6 izahatında bildirdi ki, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi zamanı ixtilaflar yarandığı halda, mübahisəyə məhkəmə tərəfindən baxılmasını tam ədalətli hesab edir. İddiaçı və cavabdehin oğlu Tunara məxsus “VAZ 21074” minik markalı, **-EF-*** dövlət qeydiyat nişanlı avtomobil Ermənistan Silahlı qüvvələri tərəfindən Gəncə şəhəri bombalanan zaman yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomaşının təmiri ilə bağlı cavabdehə 6500 manat məbləğində pul ödənilmişdir. Tunar şəhid olduğu üçün dövlət tərəfindən 11000 manat məbləğində pul ödəniləcəyinə ümid olmuş lakin həmin məbləğ cavabdehə verilməmişdir. Cavabdeh təsərrüfat işləri ilə məşğul olmaq üçün bir şəxsdən 400 manat əvvəlcədən beh verməklə, nisyə 40 baş qoyun almış, həmin qoyunları qardaşının Gədəbəydə yerləşən fermasına aparmışdır. Bir müddət sonra qoyunları baxan olmadığı üçün satmaq qərarına gələrək Musa Cəfərov adlı şəxsə satmış, lakin həmin şəxs müxtəlif bəhanələr edərək qoyunların pulunu verməkdən yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Musa Cəfərov adlı şəxs dələduzluq edərək onu aldatmış və qoyunları ucuz qiymətə başqa şəxslərə satmışdır. Buna görə də onun barəsində cinayət işi başlanmış və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 nömrəli hökmünə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Ona dəyən ziyan isə ödənilməmişdir. Bundan sonra avtomaşına görə ona ödənilmiş 6500 manatın üzərinə əlavə edib 8000 manat məbləğində pulu qoyunları aldığı şəxsə vermişdir. Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsini isə oğlunun sağlığında sərəncam əsasında onun adına almışdır. Məhrum oğlu Tunar Əliyevin mülki şəhid olması ilə əlaqədar olaraq ona 25000 manat məbləğində pul verilməmişdir. Dövlət tərəfindən sosial yardım kimi ona verilən 21 ədəd qoyunlardan isə 5-i nasaz olduğu üçün kəsilib ailələrində istifadə olunmuş, 1-isə kəsilərək kasıb bir ailəyə qızı vasitəsi ilə verilmiş, yerdə qalan 17 qoyun isə cəmi 1610 manata satılaraq həmin pul oğlunun qara bayramında xərclənmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10 oktyabr 1964-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 177080 nömrəli, xx.xx.2021-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 04 oktyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr nəticəsində Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 oktyabr 2020-ci il tarixdə 617 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş 2564 nömrəli, 20 avqust 2021-ci il tarixli məktubda ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əssasən “miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə mürciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Lakin, miras qoyan X9 atası Cavabdeh və anası İddiaçı arasında miras payın qəbuluna dair mübahisə mövcuddur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır”. Ona görə də, mirasın qəbuluna və ya ondan imtinaya dair razılığa gələ bilmədikləri üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X11r. 27 noyabr 2020-ci il tarixli, 432 nömrəli Gəncə şəhər Kəpəz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 22 may 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 22 may 2017-ci ildən 04 oktyabr 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. X9 16 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən 617 nömrəli ölümü haqqında akt qeydi aparılmışdır. AZ-İ seriyalı, 394077 nömrəli, 10 noyabr 2021-ci il tarixli Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2326/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 01 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 noyabr 2021-ci il tarixdə 257 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə - “Əliyev” arvada – “Əliyeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatının 03/327 nömrəli, 14 aprel 2022-ci il tarixli məktubundan məlum olur ki, Gəncə şəhər İcra hakimiyyəti tərəfindən mülki şəhid X9 il mərasiminin təşkili üçün atası Cavabdeh kart hesabına xx.xx.2021-ci il tarixdə 1000 (bir min) manat məbləğində vəsait köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 iyun 2022-ci il tarixli, 157000/2-3102 nömrəli Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubunda bildirilmişdir ki, təqdim olunan məlumatlara əsasən İddiaçı adına X21 filialında açılmış hesabına Yaşat Fondu tərəfindən 2500 (iki min beş yüz) manat köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 iyun 2022-ci il tarixli, **********4 nömrəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanlanmış məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən şəhid X9 valideynləri İddiaçı və Cavabdeh 04 oktyabr 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək hər birinə 150 manat, 01 yanvar 2021-ci il tarixindən isə hər birinə 250 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 dekabr 2021-ci il tarixli, **********05 nömrəli məktubunda vətəndaş İddiaçı İsraıl qızına bildirilmişdir ki, mərhum oğlu Tunara məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq dəymiş ziyanın məbləği Dövlət Komissiyasının işçi qruplarının materialları və “X16 Məlumat Bazası” elektron portalında yerləşdirilən məlumatlar əsasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Mərhum oğluna məxsus nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın məbləği "xxxx" ASC-də atası Cavabdeh adına açılmış bank hesabına köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 iyun 2022-ci il tarixli, 41-9275/2022 nömrəli məktubundan məlum olur ki, "xxxx" ASC-nin əməliyyat sistemində X9 adına məxsus bank hesabları mövcud deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC-də İddiaçı **********202074199 saylı pensiya hesabına və Cavabdeh ******************** saylı pensiya hesabına məhkəmənin qərardadında sadalanan qurumlar tərəfindən hər hansı pul vəsaitinin köçürülməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatının 03/567 nömrəli, 20 iyun 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, mülki şəhid X9 anası İddiaçı xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat məbləğində maddi yardım edilmiş, atası Cavabdeh isə övladının yas mərasiminin təşkili məqsədi ilə xx.xx.2021-ci il tarixdə 1000 (bir min) manat məbləğində köməklik göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 6 saylı Ərazi Məşğullluq filialının 17 sentyabr 2021-ci il tarixli, **********6 nömrəli məktubunda ünvan 1 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, işlə təmin olunmağına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətə Nazirliyin tabeliyində Dövlət Məşğulluq agentiyinin 6 saylı Ərazi Məşğulluq filialında baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün filiala dəvət etmək mümkün olmamışdır. Məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyinin Mərkəzləşdiirlmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" MMC-də kündəçi, əməkhaqqı 300-320 manat, Gəncə şəhər Təhsil İdarəsi xadimə, əməkhaqqı 250-260 manat) təklif olunmuş və bu barədə məlumatlar şəxsi kabinetə yerləşdirilmişdir. Lakin təklif olunan işlərdən imtina edilmişdir. Həyat yoldaşı Cavabdeh 6 saylı Ərazi Məşğulluq filialı tərəfindən özünə məşğulluq proqramına cəlb edilmiş və 04 dekabr 2020-ci il tarixdə aktivlərlə (20 baş qoyun, 1 baş qoç və 400 kq yem) təmin edilmişdir. Əlavə olaraq sosial rifahının və dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi olaraq izləmək tövsiyyə olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06 oktyabr 2022-ci il tarixli, 49/151 nömrəli Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubunda bildirilmişdir ki, təqdim olunan materiallara əsasən Cavabdeh adına sorğu olunan təyinatla vəsait aşkar edilməmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri “Smart Credit” Məhdud Məsuliyyətli cəmiyyətinin 20 oktyabr 2022-ci il tarixli, 0259 nömrəli Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü ünvan 5 ünvanlanmış məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixindəki bazar qiymətinə uyğun olaraq 21 baş orta çəkili və ya birillik xırda buynuzlu heyvan 5250 (beş min iki yüz əlli) manat və 400 kq mal-qara yemi 400 (död yüz) manat ümumilikdə siyahıda qeyd olunan heyvanların və yemin bazar qiyməti 5650 (beş min altı yüz əlli) manatdır. Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 07 may 2018-ci il tarixli, 837 nömrəli fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələşdiirlməsinə) icazə verilməsi haqqında sərancamından görünür ki, ünvan 2 ünvanında yaşayan X9 müraciətini və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2022-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndini rəhbər tutaraq Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsində X13 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələşdirilməsinə) icazə verilməsi qərara alınmışdır. Cavabdeh hazırki iddia ərisəzinə etirazından görünür ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə edərək övladları xx.xx.1999-cu il təvəllüdlü X7 miras qalmış “VAZ 21074” minik markalı **-EF-*** dövlət qeydiyat nişanlı avtomobilə və Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsinə miras payın müəyyən edilməsi, həmçinin məhrum övladları Tunar Əliyevin mülki şəhid olması ilə olaraq verilmiş 25000 manat məbləğində mirasa payın tanınması və ondan 12500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiası əsassızdır. Belə ki, “VAZ 21074” minik markalı, **-EF-*** dövlət qeydiyat nişanlı avtomobil Ermənistan Silahlı qüvvələri tərəfindən Gəncə şəhəri bombalanan zaman yanaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomaşının təmiri ilə bağlı ona 6500 manat məbləğində pul ödənilmişdir. Oğlu şəhid olduğu üçün dövlət tərəfindən 11000 manat məbləğində pul ödəniləcəyinə ümid olmuş, təsərrüfat işləri ilə məşğul olmaq üçün bir şəxsdən 400 manat əvvəlcədən beh verməklə, nisyə 40 baş qoyun almış, həmin qoyunları qardaşının Gədəbəydə yerləşən fermasına aparmışdır. Bir müddət sonra qoyunları baxan olmadığı üçün satmaq qərarına gələrək Musa Cəfərov adlı şəxsə satmış, lakin həmin şəxs müxtəlif bəhanələr edərək qoyunların pulunu verməkdən yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Musa Cəfərov adlı şəxs dələduzluq edərək onu aldatmış və qoyunları ucuz qiymətə başqa şəxslərə satmışdır. Buna görədə onun barəsində cinayət işi başlanmış və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 nömrəli hökmünə əsasən 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Ona dəyən ziyan isə ödənilməmişdir. Bundan sonra avtomaşına görə ona ödənilmiş 6500 manatın üzərinə əlavə edib 8000 manat məbləğində pulu qoyunları aldığı şəxsə vermişdir. Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400,0 kv.m torpaq sahəsini isə oğlunun sağlığında sərəncam əsasında onun adına almışdır. Məhrum oğlu Tunar Əliyevin mülki şəhid olması ilə əlaqədar olaraq ona 25000 manat məbləğində pul verilməmişdir. Dövlət tərəfindən sosial yardım kimi ona verilən 21 ədəd qoyunlardan isə beşi nasaz olduğu üçün kəsilib ailələrində istifadə olunmuş, biri isə kəsilərək kasıb bir ailəyə qızı vasitəsi ilə verilmiş, yerdə qalan 17 qoyun isə cəmi 1610 manata satılaraq həmin pul oğlunun qara bayramında xərclənmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 22 oktyabr 1986-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün məhkəmə qaydasında nikahları pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.1999-cu il təvəllüdlü X13 dünyaya gəlmiş, lakin X13 04 oktyabr 2020-ci il tarixdə İİ Qarabağ Müharibəsi dövründə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törəmiş zədələr nəticəsində mülki şəhid olmuşdur. X2 miras qalmış əmlakla bağlı notariat ofisinə müraciət edilmiş, lakin, Gəncə regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 20 avqust 2021-ci il tarixli məktubuna əsasən qanunvericilikdə mirasın qəbulu ilə bağlı müddət buraxıldığından, o cümlədən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar mövcud olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. “VAZ-21074” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X4 ikən mülkiyyətində olmuş lakin Tunar Əliyev şəhid olan zaman həmin avtomaşın da sıradan çıxmışdır. Qeyd olunan avtomaşının dəyəri kimi 6500 manat cavabdehə verilmişdir. İddia tələbində qeyd edilən digər məsələlər barədə iddiaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. Yuxarıda qeyd edildiyi kimi qanunda miras əmlakın vərəsələrə keçməsinin üç əsası nəzərdə tutulmuşdur: birincisi qanun üzrə, ikincisi vəsiyyətnamə üzrə, üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırki mübahisə üzrə mərhum Tunar Əliyev tərəfindən miras əmlaka dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən olunmur. Odur ki, hazırki mübahisə üzrə yalnız birinci əsas, yəni qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası mövcuddur. Mülki Məcəllənin müddəalarında qanun üzrə vərəsəliyin yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qanun üzrə vərəsəliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamamilə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtdir. İddiaçının miras qoyan mərhum Tunar Əliyevlə qohumluq bağının olması –anası olması işin mübahisəsiz halıdır. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının vərəsəlik hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddiaçı mərhum Tunar Əliyevdən miras qalmış əmlakla bağlı notariat ofisinə müraciət edilmiş, lakin, Gəncə regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 20 avqust 2021-ci il tarixli məktubuna əsasən qanunvericilikdə mirasın qəbulu ilə bağlı müddət buraxıldığından, o cümlədən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar mövcud olduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Eyni zamanda cavabdeh olan ata Cavabdeh mərhum Tunar Əliyevdən miras qalmış avtomobilə dəymiş ziyana görə dövlət tərəfindən verilmiş 6500 manat məbləğində pul vəsaitini alaraq həmin əmlaka faktiki sahiblik etmişdir. Beləliklə məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının mərhum Tunar Əliyevdən qalan miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti əsasən miras əmlakların hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməlidir. Məhkəmə “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin miras kütləsinə daxil edilib-edilməməsinin mümkünlüyü məsələsinə qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ 21074” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi mərhum X13 qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə mirasın kütləsi ilə bağlı qeyd edir ki, mərhum Tunar Əliyevdən onun mülkiyyətində olan “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil qaldığından yanız həmin əmlakla bağlı məsələyə qiymət verilə bilər. Bu baxımdan məhkəmənin qənaəti ondan ibarətdir ki, “VAZ-21074” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum X4 ikən mülkiyyətində olmuş, lakin Tunar Əliyev şəhid olan zaman həmin avtomaşın da sıradan çıxmışdır. Buna baxmayaraq avtomaşının dəyəri əvəzi kimi dövlət tərəfindən mərhumun vərəsəsi olan cavabdehə 6500 manat cavabdehə verildiyindən həmin məbləğ miras kütləsinə daxil edilməli və vərəsələr arasında bölünməlidir. Miras əmlaka payın müəyyən edilməsinə dair hüquqi əsaslar Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin norma ilə müəyyən edilmiş hüquqi qaydaya əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay almaq hüququna malikdir. X17 vərəsələri hazırki mübahisə üzrə iddiaçı olan anası və cavabdeh olan atası onun qanun üzrə vərəsələridir. Ümumi qaydada da onların miras əmlaka dair payları bərabər olmalıdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, X17 mülkiyyətində olan “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri üzərində iddiaçının ½ hissə də miras payı müəyyən edilməli, lakin həmin avtomobil yararsız vəziyyətə düşdüyü üçün həmin avtomobilin dəyərinin əvəzi kimi cavabdehə ödənilmiş 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin ½ hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin miras əmlakı kimi göstərilmiş Məşğulluq alt proqramı tərəfindən Cavabdeh verilmiş 21 baş qoyun və 400 kq yemin bugünkü bazar qiymətinə uyğun bölünməsi hissəsini araşdıraraq qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iş materiallardan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh 6 saylı Ərazi Məşğulluq Filialı tərəfindən özünəməşğulluq proqramına cəlb edilmiş və 21 baş qoyun və 400 kq yem mərhumun atası olan Cavabdeh yardım üçün verilmiş, sözügedən 21 baş qoyun və 400 kq yem X2 miras qalmadığına görə miras kütləsinə daxil edilə bilməz. Eyni zamanda məhkəmə iddiaçının daha bir tələbi olan Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilmiş 1000 (bir min) manat pul vəsaitinin də miras kütləsinə daxil olması məsələsini araşdıraraq qeyd edir ki, sözügedən pul məbləği mərhumun atası Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən X17 yas mərasiminin təşkili məqsədi ilə köməklik üçün verilmişdir. Göründüyü kimi sözgedən pul məbləğinin mərhum Tunar Əliyevdən miras qalmaması kimi qiymətləndirilməsi üçün kifayət qədər hüquqi əsas vardır. Bu səbəbdən də 1000 (bir min) manat pul məbləği də miras kütləsinə daxil olmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2 miras qalmış “VAZ 21074” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin əvəzi kimi cavabdehə ödənilmiş 6500 manata İddiaçı ½ hissədə vərəsəlik payı müəyyən edilməli və həmin məbləğin yarısı, yəni 3250 (üç min iki yüz əlli) manat Cavabdeh alınıb İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə isə sübut olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 miras qalmış “VAZ 21074” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin əvəzi kimi cavabdehə ödənilmiş 6500 (altı min beş yüz) manat pula İddiaçı ½ hissədə vərəsəlik payı müəyyən edilsin və həmin məbləğin yarısı, yəni 3250 (üç min iki yüz əlli) manat Cavabdeh alınıb, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-227/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-227/2023
10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver