Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2282/2022 28.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə, Cavabdeh2, X4 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə Gəncə şəhər 4 saylı notariat ofisinə, Cavabdeh2, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi verərək, ünvan 1 ünvana dair Cavabdeh1 xx.xx.2014-cü il tarixli 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışın ləğv edilməsi və vəsiyyət üzrə miras əmlak qəbul edilərək payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçın nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin cavabdehlər siyahısından çıxarılmasını, Gəncə şəhər 4 saylı notariat kontorunun əsl cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisi ilə əvəz olunmasını və ünvan 1 ünvanına dair Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2014-cü il tarixli 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışın ləğv edilməsi və paylara mütənasib olaraq vəsiyyət üzrə miras əmlakın qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 28 nömrəli evin 23 nömrəli mənzili mərhum əri X5 miras qalmışdır. Mərhum əri xx.xx.2009-cu il tarixdə Gəncə şəhər 4 saylı notariat kontorunda bütün əmlakını ona vəsiyyət etmişdir. Mərhum əri Qurban Səmədov xx.xx.2009-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Təhsilsiz olduğundan və sənədləşmə işini bilmədiyi üçün qızı Qəmərin əri vərəsəlik işi ilə məşğul olaraq mənzili Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bərabər paylarla 4 nəfər yəni uşaqları Cavabdeh2, X3, Cavabdeh3 və onun adına rəsmləşdirilmişdir. Belə ki, vərəsəlik haqqında şəhadətnamə verilərkən notarius əri tərəfindən ona vəsiyyətnamə verilməsini nəzərə almamış, ərindən miras qalmış əmlakdan hər bir vərəsyə bərabər pay vermişdir. Hesab edir ki, notarius vərəsəlik şahadətnaməsi verərkən qanun tələblərini pozmuşdur.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək iddianın təmin olunmasına etirazı olmadığını bildirdi. Cavabdeh Səmədova (Əsədova) İlhamə Qurban qızı notarial qaydada məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2009-cu il tarixli, 2V-1-59 reyestr nömrəli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə X8 məxsus olmuşdur. AZ-İ 346138 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə ölmüşdür. xx.xx.2014-cü il tarixli, 258 saylı arayışın surətindən görünür ki, X7 vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh3 və X6r. 313988 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah xx.xx.1983-cü ildə qeydə aınmışdır. xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli arayışların surətindən görünür ki, X12 ilə İddiaçı xx.xx.1990-cı il tarixdə İlhamə, xx.xx.1987-ci il tarixdə İlahə və xx.xx.1983-cü il tarixdə Qəmər adlı uşaqları anadan olmuşdur. xx.xx.2014-cü il tarixli ərizələrin surətindən görünür ki, X7 vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh3 və X9 ondan qalan miras əmlakı qəbul etmişlər. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Səmədova (Əsədova) X13 şəhəri, N.Nərimanov prospekti, ev 28, mənzil 23 ünvanında qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli, 2V-90 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsələri arvadı İddiaçı, qızları X9, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Miras əmlak ünvan 1 ünvanından yerləşən mənzildən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Kirovabad şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 32 saylı protokolu ilə verilmiş 537 nömrəli order, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2013-cü il tarixli arayışı (forma 2A- 251, qeydiyyatda olanlar İddiaçı, X11, Cavabdeh3, X9), Gəncə şəhəri 3 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X3 7E-11-10752 saylı, Cavabdeh2 7E- 11-10753 saylı, Cavabdeh3 7E-11-10754 saylı razılıq ərizələrinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, ev 28, mənzil 23 (48.5 kvm 3 yaşayış otaqları, 16.4 kvm yardımçı sahə) X7 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2014-cü il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2014-cü il tarixli 2V-90 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X7 adından İddiaçı, X3, Cavabdeh3, Cavabdeh2 adlarına keçmişdir. Vərəsələrin adlarına bu mənzilə dair xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Səmədova (Əsədova) İlhamə Qurban qızına məxsusdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanından yerləşən mənzil X12 tərəfindən iddiaçı olan arvadına və cavabdeh olan qızlarına miras qalmışdır. X1 arvadı İddiaçı bütün əmlakına dair vəsiyyətnamə vermişdir. X2 öldükdən sonra onun vərəsələri olan arvadı və qızları xx.xx.2014-cü il tarixdə notariusa müraciət edərək ondan qalmış miras əmlakı qəbul etmiş və həmin tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumdan miras qalmış ünvan 5 ünvanında yerləşən mənzildən İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Səmədova (Əsədova) İlhamə Qurban qızının payları bərabər müəyyən edilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında isə xx.xx.2014-cü il tarixdə paylı mülkiyyət üzrə çıxarış verilmişdir. İddiaçı iddia etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən paylar düzgün bölünməmişdir. Belə ki, mərhum ərinin ona verdiyi vəsiyyətnamə nəzərə alınmadan digər qanun üzrə vərəsələr kimi eyni payı almışdır. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilərək yenidən miras əmlaka dair paylar müəyyən olunmalıdır. Məhkəmə tərəflərin izahatını, dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1-1159.1. -ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi notarius tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmaqla vəsiyyətnamə nəzərə alınmamışdır. Bununlu yanaşı məhkəmə qeyd edir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qoyanın birinci növbəli vərəsələrinin miras əmlakdan məcburi pay almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində 14 fevral 2014-cü il tarixdə 2V-90 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzilindən 5/8 hissədə İddiaçı, 1/8 hissədə Səmədova (Əsədova) İlhamə Qurban qızının, 1/8 hissədə Cavabdeh3 və 1/8 hissədə Cavabdeh2 vərəsəlik qaydada payları müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisində 14 fevral 2014-cü ildə 2V-90 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzilinə dair xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzildən 5/8 hissədə İddiaçı, 1/8 hissədə Səmədova (Əsədova) İlhamə Qurban qızının, 1/8 hissədə Cavabdeh3 və 1/8 hissədə Cavabdeh2 vərəsəlik qaydada payları müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X19
Məhkəmə qərarları › İş №2(125)-2282/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2282/2022
28.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver