Məhkəmə qərarları › İş №2(125)-2335/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2335/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2335/2024 27.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh X1 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı qanuni olaraq sahibliklərində və istifadələrində olan yaşayış sahəsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması və ona dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən təmir-tikinti idarəsinin qonaq evinin bağlanmış qapısının açılması və ona dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən müəyyən olundu ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-282/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mənzildən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 914/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-282/2023 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı mənzildən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddianın təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə sübut olunmaması əsası ilə təmin edilməmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsasla qanuni qüvvəyə minmiş məhkəmə qətaməsi mövcuddur. Dəymiş zərərin ödənilməsi ilə bağlı hazırki tələb isə birinci tələblə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı qanuni olaraq sahibliklərində və istifadələrində olan yaşayış sahəsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması və ona dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı qanuni olaraq sahibliklərində və istifadələrində olan yaşayış sahəsinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması və ona dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar