Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2385/2022 07.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1, İddiaçı12, İddiaçı9 və İddiaçı1* cavabdehlər ləğv prosesində olan «Gəncə Bank» açıq səhmdar cəmiyyətinə, «AB Consulting» məhdud məsuliyyətli cəmiyyətinə, Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddiaçıların fərdi yaşayış evlərinin hərrac yolu ilə satılmasının qarşısının alınması və hərracın etibarsız sayılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X2, İddiaçı12, İddiaçı9 və İddiaçı1* cavabdehlər ləğv prosesində olan «Gəncə Bank» açıq səhmdar cəmiyyətinə, «AB Consulting» məhdud məsuliyyətli cəmiyyətinə, Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddiaçıların fərdi yaşayış evlərinin hərrac yolu ilə satılmasının qarşısının alınması və hərracın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 15*.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində «Gəncə Bank» açıq səhmdar cəmiyyəti və «AB Consulting» məhdud məsuliyyətli cəmiyyəti cavabdeh qismində göstərildə, onlara qarşı yönələn tələb göstərilməmişdir. Bundan başqa, həmin iddia ərizəsi üzrə iddia tələbinin bir hissəsini hərracın keçirilməsinin qarşısının alınması təşkil etsə də, digər hissəsini hərracın nəticələrinin etibarsız sayılması təşkil edir. Belə olan halda iddia tələbinin nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş 3* manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:25.*7.2*22, qəbz nömrəsi:827, əməliyyat İD:64**1839, GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, X1, İddiaçı12, İddiaçı9 və İddiaçı1* cavabdehlər ləğv prosesində olan «Gəncə Bank» açıq səhmdar cəmiyyətinə, «AB Consulting» məhdud məsuliyyətli cəmiyyətinə, Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı Respublika Xammal və X4 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddiaçıların fərdi yaşayış evlərinin hərrac yolu ilə satılmasının qarşısının alınması və hərracın etibarsız sayılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddiaçılar nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə, həmçinin hərracın təyin olunmasına dair icra məmururun qərarlarını qanunsuz hesab etdikləri halda icra məmurunun qərarından şikayətlə məhkəməyə müraciət oluna bilər. Ödənilmiş 3* (otuz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:25.*7.2*22, qəbz nömrəsi:827, əməliyyat İD:64**1839, GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2385/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2385/2022
07.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver