Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2396/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Gəncə X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə X3 İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli aktla əsassız hesablanmış 1036,80 manat və xx.xx.2023-cü il tarixli aktla əsassız hesablanmış 3110,40 manat, ümumilikdə 4147,20 manat borcun silinməsinə və ödədiyi 62 manat dövlət rüsumunun Cavabdeh Gəncə X3 İdarəsindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasınıxahiş etmişdir. Cavabdeh Gəncə X3 İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 16 dekabr 2022-ci il tarixdə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz təsərüfatının layihə-smeta və texniki sənədlərinin tələbinə uyğun olaraq sayğacın 5 illik istifadə müddəti başa çatdığına görə yenisi ilə əvəz edilməsi üçün yaşayış evinin qaz sayğacını dəyişdirmişlər. Həmin vaxt köhnə sayğaca baxış keçirib bu barədə eyni tarixli ******* saylı akt tərtib etmişdirlər. Aktda qeyd edilənlərə görə qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Nəticədə həmin aktda qeyd edilənlərə əsasən dəymiş ziyana görə ona 1036,80 manat borc hesablanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yenidən yaşayış evinin qaz sayğacına baxış keçirilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə görə qaz sayğacına baxış zamanı sayğacda dəlik aşkar edilmişdir, müdaxilə olunmuşdur. Nəticədə həmin aktda qeyd edilənlərə əsasən dəymiş ziyana görə ona 3110,40 manat borc hesablanmışdır. O, hər iki aktla və onların əsasında ona hesablanmış borclarla razılaşmamışdır. Belə ki, 16 dekabr 2022-ci il tarixdə "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sökülüb yenisi ilə əvəz edilmiş sayğacın 5 illik yararlılıq müddəti bir neçə il əvvəl bitmişdir. Əgər sayğacda həqiqətən də borunun deşilməsi aşkar edilibsə bu sayğacın təbii aşılanması nəticəsində baş verə bilərdi. İkincisi, aktdan da göründüyü kimi o, sayğacın sökülməsi zamanı iştirak etməmişdir. Sayğacda həqiqətən qüsurun olub-olmaması ona real olaraq göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh İB-nin əməkdaşları əvvəlcə ünvana gəlib sayğaca baxış keçirib, sonradan onu dəvət etmişdirlər. Həmin vaxt onlar mobil telefona xüsusi cihaz quraşdırıb sayğacın içərisinə salıb sayğaca bu cür baxış keçirdilər və dəlik olmasını aşkar etdilər. O, 2022-ci ildə yeni sayğac quraşdırılan zaman orada iştirak etməmişdir, ümumiyyətlə, həmin vaxt ölkədə olmamışdır. İkincisi, sayğaca müdaxilə etmək üçün əvvəlcə plombu qırılmalıdır. Halbuki, sayğacın plombu üzərində olmuşdur. Belə olan halda sayğacda həmin qüsurun nə zaman yarandığı onun özünə də məlum deyildir. Bəlkə də sayğac dəyişdirilən zaman elə istifadəyə yararsız sayğac quraşdırılmışdır. Belə olan halda sayğacda olan nasazlıqlara görə o, cavabdeh deyildir. Bundan başqa həqiqətən sayğaclarda deşilmə var idisə bununla bağlı ekspertiza keçirilməli və rəy alınmalı, o da həmin rəylərlə tanış edilməli idi. Halbuki, belə bir rəy yoxdur. Buna baxmayaraq ona qanunsuz olaraq borc hesablanmışdır. Buna görə də ona hesablanmış borcları qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 2022-ci ilin dekabr ayında və 2023-cü ilin iyul ayında "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və cəmi 2 akt tərtib olunmuşdur. Birinci dəfə sayğacın 5 illik istifadə müddəti başa çatdığına görə sayğac dəyişdirilmiş, ancaq onun xəbəri olmamışdır. İkinci dəfə akt tərtib olunanda iştirak etmiş, aktı oxumadan qol çəkmişdir. 1994-cü ildən bəri Rusiyada yaşamış, 2022-ci ilin avqust ayında qayıtmışdır. Həmin ünvanda tək anası yaşamışdır. Aktı atasının adına tərtib etmişdirlər, atası 1991-ci il 26 aprel tarixində vəfat etmişdir. Cərimədən xəbəri olmamışdır, qaz pulunu ödəyəndə xəbər tutmuşdur. Hesablanmış borcun qanunsuz və əsassız olduğunu göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1402AZ**********58 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********875 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövri yoxlama kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşikdir. Aktda istehlakçı Əli Hüseynovun iştirakı göstərilərək akt imzalanmamış, imzalanmamasının səbəbi göstərilməmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Əli Hüseynovdan 8640 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********875 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********301 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın giriş membranının deşik olması kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın membranında deşici alətlə dəlik aşkar olunmuş, müdaxilə olunmuşdur. Aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 25920 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə xx.xx.2022-ci il tarixdə 8640 m3, xx.xx.2023-cü il tarixdə isə 25920 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İtron tipli, G4 markalı, 1402AZ**********58 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********875 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi dövri yoxlama kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşikdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Zenner tipli, G4 markalı, **********875 nömrəli qaz sayğacı açılaraq, Zenner tipli, G4 markalı, **********301 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi sayğacın giriş membranının deşik olması kimi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın membranında deşici alətlə dəlik aşkar olunmuş, müdaxilə olunmuşdur. Lakin abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə xx.xx.2022-ci il tarixli akt tərtib olunarkən istehlakçı Əli Hüseynov kimi qeyd edilmiş, akta imza etməməsinin səbəbi göstərilməmişdir. Halbuki, Əli Hüseynov aktın tərtib olunmasından əvvəl xx.xx.1991-ci ildə ölmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixli akt tərtib olunarkən aktda istehlakçı İddiaçı iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı -alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 8630 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1036,80 manat pul və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3110,40 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 62 manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 8630 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat pul və xx.xx.2023cü il tarixli, ******* nömrəli akt üzrə 25920 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 3110,40 (üç min yüz on manat 40 qəpik) manat pul silinsin. Cavabdehndən 62 (altmış iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2396/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2396/2024
31.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver