Məhkəmə qərarları › İş №2(125)-2415/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2415/2022

10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2415/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən evə dair verilmiş 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli çıxarışın mərhum nənəsi X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, Ərizəçi Azərbaycan Respublikası ƏMDKY DƏDRX ünvan 1 ünvanda yerləşən evə dair verilmiş 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli çıxarışın mərhum nənəsi X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən evə dair verilmiş 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli çıxarışın mərhum nənəsi X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iş materiallarından olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X3 Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən ev üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən isə görünür ki, şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adı X4r. Azərbaycan Respublikası ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışda nənəsi X1 ata adı düzgün yazılmamışdır. Bu səbəbdən də, Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən evə dair verilmiş 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli çıxarışın mərhum nənəsi X2 məxsus olması faktını müəyyən etmək mümkün olmamışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli qərarının 2.2-ci bəndinə əsasən Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İş materiallarında olan 1 saylı Gəncə Regional ASAN XİDMƏT Mərkəzində Notariat Ofisinin 27 sentyabr 2*22-ci il tarixli 2365 nömrəli məktubundan görünür ki, miras qoyan *2.*3.1963-cü ildə vəfat etmiş X6 olmasına baxmayaraq ona məxsus olduğu bildirilən Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanında yerləşən əmlakın hüquq müəyyənedici sənədində hüququ rəsmiləşdirilən şəxs X1* kimi göstərilmişdir. Bu səbəbdən, vərəsəlik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə ilə çıxarış arasında uyğunsuzluq yaranmışdır. Belə olan halda, Ərizəçi notariat qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və adlarda olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi göstərilən çıxarışda düzəliş edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda, Gəncə şəhəri, Məhəmməd Fizuli küçəsi 19 saylı ünvanda yerləşən evə dair verilmiş 31.*5.2*22-ci il tarixli 2*2*13*1*42*-1*3*1 reyestr nömrəli çıxarışın mərhum nənəsi X2 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ümumi məhkəməyə deyil, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah olunmalıdır ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, göstərilən tələblə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar