Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2423/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh3 Nurəddin oğlunun və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona paylı mülkiyyət və qanun üzrə vərəsəlik hüququ əsasında məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X10 ilə (mərhum əri X6 əvəzindən cavabdeh X7) Cavabdeh3 Nurəddin oğlu arasında Gəncə şəhəri, 1 saylı Notariat Ofisində bağlanmış 11 oktyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh3 Nurəddin oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onunla mərhum əri X10 birgə nikahda olduqları müddətdə 07 dekabr 2006-cı il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən alıblar və həmin ev onların paylı mülkiyyətlərində olmuşdur. Həmin evi aldıqdan sonra birgə təsərrüfat quraraq yaşayıblar. Beləki, o, İddiaçı mərhum əri X10 ilə 03 fevral 1981-ci il tarixdə nikaha daxil olublar və onunla birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Sonradan onun - məlumatı olmadan mərhum əri X4 evlərinə dair etibarnamə vermişdir. Etibarnamənin verilməsinə səbəb isə onunla yaxından olan dostluq münasibətləri əsasında həyata keçirilibmiş. Həmin tarixdə həmçinin mərhum əri X3 Məmmədovun atasını və anası da həmin evə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Lakin sonradan cavabdeh X7 mərhum ərinin vəfatından sonra mərhum əri tərəfindən onun adına verilmiş və qüvvədən düşmüş etibarnamə əsasında aralarında borc münasibətləri yaranmış iş üzrə digər cavabdeh və alqı-satqı müqaviləsinin tərəfi olmuş Cavabdeh3 Nurəddin oğlu ilə onun həm vərəsəlik qaydasında və həmçinin paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan evə dair alqı-satqı müqaviləsi bağlamışlar. Bu barədə məlumatı, o, 2023-cü il tarixdə ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ ilə bağlı sənədlərin rəsmiləşdirilməsinə başlmaq istəyərkən müəyyən etdi. Ona sonradan məlum oldu ki, cavabdeh X7 ilə Cavabdeh3 Nurəddin oğlu arasında yaranmış borc münasibətinə əsasən yəni onların arasında bağlanmış akta əsasən mərhum əri tərəfindən aldadılaraq alınmış etibarnamə əsasında hərəkət etmiş X7 razılaşmışlar ki, aralarında formal alqı-satqı müqaviləsi bağlayırlar aralarında olan niyyətə əsasən evi Orxan Məmmədovun Cavabdeh3 satmaq niyyəti ilə deyil, sonuncu Orxana mal verərək işləməklə borcunu qaytarmalı və evin formal bağlanmış alqı-satqı müqaviləsi qaranti rolunu oynamışdır. Yekunda isə iş cavabdeh Gəncə şəhəri, 1 saylı Notariat Kontoru ərinin vəfat 2018-ci il tarixdə vəfat etməsini və onun adından cavabdeh Orxan Məmmədovun adına verilmiş etibarnamənin qüvvədən düşməsinə baxmayaraq mərhum ərinin adından cavabdeh X7 ilə digər Cavabdeh3 Nurəddin oğlu arasında 11 oktyabr 2023-cü il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini bağlamış və təsdiq etmişdir. Göründüyü kimi hər 3 cavabdeh tərəfindən onun mülkiyyət hüquqularını pozulmuşdur. X7 ilə Cavabdeh3 Nurəddin oğlu onun mərhum ərinin vəfat etməsini bilirdilər və bu hər iki cavabdeh yaxın dost olmuşlar və hər zaman şərikli olaraq birgə ticarətlə məşğul olmuşlar. Cavabdeh3 iddiaya etiraz və ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Orxanla onun arasında nə borc olub, nə qohumluq, tanışlıq əlaqəsi olmamışdır. O, qeyd olunan əmlakı görüb bəyənmiş və razılaşaraq Orxanla alğı-satqı etmişlər. Əlavə olaraq qeyd edir ki, iddiaçının əri həmin əmlakı Orxana satmış və iddaçı İddiaçı da notarial qaydada razılıq ərizəsi vermişdir. Orxanın hər-hansı hərəkətinə isə o, cavabdeh ola bilməz. O, bir vicdanlı alıcı kimi onların arasında yaranmış hər-hansı narazılıqlardan xəbəri olmamış, əmlakı bəyənərək razılaşma əsasında alğı-satqı yolu ilə mülkiyyət hüququ əldə etmişdir. X15 ölümündən xəbəri olmamışdır. Bundan başqa, eyni tələblə iddiaçı məhkəməyə müraciət etmiş, lakin iddiasını müdafiə etməyə tərəddüd etdiyinə görə məhkəmədə iştirak etməmiş və məhkəmə işə baxılmamış saxlaması barədə qərardad çıxarmışdır. Hazırda isə iddiaçının iş üzrə məhkəmə prosesində iştirak etmək zərurəti yarandığına görə məhkəməyə çağırılması barədə göstəriş verməyi xahiş edir. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən X6 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2. sahə 32 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1 və buna dair etibarnamə verilmişdir. Eyvaz Rzayevin arvadı İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəylə torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etirazını bildirməmişdir. Daha sonra 2018-ci il tarixində Eyvaz Rzayev vəfat etmişdir. Bundan da Rasimin məlumatı olmamışdır. Cavabdeh3 2023-cü il tarixdə qeyd olunan əmlakı bəyənmiş qanuna müvafiq qaydada alğı-satqı etmişlər. Halbu ki, həmin müddətdə əmlakdan Orxan istifadə etmişdir. Bu illər ərzində də iddiaçı əmlakın taleyi ilə maraqlanmamışdır. Bundan başqa Cavabdeh3 vicdanlı alıcı olaraq notarial qaydada evin alğı-satqısını həyata keçirmişdir, əmlaka dair hər-hansı problemlərlə üzləşəcəyini bilsəydi, alğı-satqı etməzdi. Bundan başqa İddiaçı əmlak tələbi ilə bağlı iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iştirakı təmin olunmadığına görə ərizəsi baxılmamış saxlanılmışdır. Sual yaranır! Maraqlıdır ki, qeyd etdiklərinə görə həm nikah dövründə olan əmlak, həm də vərəsəlik qaydasında pay hüququ olan əmlaka dair nəyə görə bu qədər soyuq yanaşır? Həqiqətənmi İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir? İddiaçı Eyvaz Rzayevlə Orxan arasında alğı-satqı olarkən notarial qaydada ərizə vermiş oz razılığını bildirmişdir. Yəni öz iradə ifadəsini əks etdirmişdir. İndiyədək də həmin əmlakla bağlı hər-hansı iddia və tələbləri olmamışdır. Hazırda isə onlarda olan məlumata görə İddiaçı vəfat etmişdir. Bütün bu suallara cavab almaq üçün İddiaçın məhkəmə iclasında iştirak etməsi zəruri hesab olunur. Buna görə İddiaçı məhkəmə iclasında iştirakı təmin olunmalıdır. Bundan başqa Cavabdeh3 vicdanlı alıcıdır. Dövlət orqanlarının verdiyi qərarlar və əməliyyatlar vətəndaşlar arasında inam yaradır. Ümumiyyətlə məhkəmələr işə baxarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddiaya etirazlarda yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmamasını xahiş etdi, həmçinin bildirdi ki, mübahisələndirilən müqavilə bağlanan zaman mülkiyyətçinin vəfat etdiyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Cavabdeh3 təmsilçisi iddiaya etirazlarda yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, bildirdi ki, mübahisələndirilən müqavilə bağlanan zaman o, və qarşı tərəf mülkiyyətçinin vəfat etdiyini bilirdi, Cavabdeh3 borc verməsi üçün məcbur qalaraq mübahisələndirilən müqaviləni imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin təmsilçisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə şəhər Məhkəməsinin 2(125)-2423/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Cavabdeh3 adına aparılmış mülkiyyət hüququna dair dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, iş materiallarında olan 384701 nömrəli xx.xx.1981-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2-Bayramlı XDS İK-də xx.xx.1981-ci il tarixdə, 02 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış Sistemindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən etibar edən (mülkiyyətçi) X10 etibar edilən Cavabdeh2 adına verilmiş etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri, o cümlədən:almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti qiymətli kağızları, eləcədə sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, əvəzindən imza etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmağa iddia tələblərini bütünluklə və ya qismən etiraf etmək, yahud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi iə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı tərəfindən yazılan ərizədən görünür ki, o, X8 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin öz mülahizəsinə uyğun istədiyi qiymət və şərtlərlə satılmasına heç bir etirazı yoxdur, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. O, İddiaçı, bu ərizəni öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərini idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən imza etmişdir. İş materiallarında olan AZ-İ 939115 nömrəli xx.xx.2018-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarına olan xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 əvəzinə Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh3 50.000 manata satmışdır. Eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı 2(125)-4031/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, Cavabdeh3 izahatında bildirmişdir ki “İddiaçı məni tanımır, amma cavabdeh kimi məni yazıb. Evin alqı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirdim. Orxan sonradan, alqı-satqıdan sonra demişdi ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdu, mən etibarnməylə evi sata bilərəm.” Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Hazırkı iş üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, borcun ödənilməsinə təminat qismində Cavabdeh2 mübahisəli evin Cavabdeh3 mülkiyyətinə keçməsi məqsədi olmadan sonuncunun adına rəsmiləşdirilməsi barədə alqı-satqı müqaviləsi bağlanmış; birgə nikah dövründə əldə edilmiş ev mülkiyyətçi olan əri vəfat etdikdən sonra onun verdiyi etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh3 mübahisələndirilən müqavilə əsasında özgəninkiləşdirilmişdir; Gəncə şəhəri 1 saylı Notariat Ofisi mülkiyyətçinin vəfat etməsini və bunun nəticəsində etibarnaməyə xitam verilməsini nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamışdır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2007-ci il tarixdə adına qeydiyyata alınmış X6 verdiyi etibarnamə əsasında sonuncunun vəfatından sonra özgəninkiləşdirilmişdir. Lakin etibarnaməni vermiş şəxs öldüyü üçün təmsilçilik üçün verilmiş həmin yazılı vəkalətin hüquqi qüvvəsinə xitam verilmişdir. Eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı 2(125)-4031/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclası zamanı Cavabdeh3 izahatında mübahisəli evin alqı-satqısı zamanı mülkiyyətçinin vəfat etdiyini bildiyini və müqavilə bağlanandan sonra nümayəndə qismində əqdi imzalamış Cavabdeh2 onun adına verilmiş etibarnamə olduğu üçün müqavilə bağlaya biləcəyi bildirmişdi. Bundan başqa, Cavabdeh2 məhkəmə araşıdrması zamanı mübahisələndirilən müqavilə imzalananda mülkiyyətçinin vəfat etməsi barədə məlumatlı olduqlarını bildirmişdir. Belə olan halda, xitam verilmiş etibarnamə əsasında müqavilə imzalandığı barədə Cavabdeh3 və Cavabdeh2 xəbərdar olduqları müəyyən edilir. Beləliklə, mülkiyyətçi Eyvaz Rzayevin üçüncü şəxslər qarşısında təmsilçilik üçün Cavabdeh2 verdiyi və hüquqi qüvvəsinə xitam verilmiş etibarnamə əsasında müvafiq səlahiyyətlər olmadan sonuncu tərəfindən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bununla yanaşı, qeyd olunanlara əsasən, Cavabdeh3 vicdanlı alıcı, dolayısıyla vicdanlı alıcı qismində hüquqlarının qorunmasına dair iddiaya etirazı əsaslı hesab edilə bilməz. Bundan başqa, mübahisələndirilən müqavilə üzrə notariat işinin tədqiqindən aydın olur ki, müqavilə bağlanan zaman X10 tərəfindən Gəncə “Asan xidmət” Mərkəzində Notariat Kontorunda Cavabdeh2 verilmiş etibarnamənin elektron notariat informasiya sistemində “təsdiq edilib” statusunda olduğu, habelə, təqdim edilmiş nikah şəhadətnaməsində qeyd edilmiş məlumatlara əsasən mülkiyyətçinin vətəndaşlıq vəziyyəti aktları bölməsində aparılmış yoxlanış nəticəsində ölüm akt qeydi aşkar edilmədiyi müəyyən olunur. Belə olan halda, Gəncə şəhəri 1 saylı Notariat Ofisi mübahisələndirilən müqaviləni təsdiqlədiyi zaman müvafiq sənədlərin qüvvəsini itirməsi dair məlumatlı olması müəyyən olunmur. Bundan başqa, iddiaçı tərəf, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verildiyi bildirilən qəbzin surətini tələbin əsası kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən həmin qəbz sübut qismində nəzərə alına və tədqiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X10 və Cavabdeh3 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2423/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2423/2025
15.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver