Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2439/2025 19.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007-2025-02596 saylı barışıq sazişinin məcburi icrası ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə evliliklərindən 1 övladları doğulmuşdur. xx.xx.2020ci il təvəllüdlü X2. Onlar bir müddət birlikdə yaşasalar da, sonradan fikir ayrılıqları olduğuna görə ayrılmaq qərarına gəlmişdirlər. Buna görə də aidiyyəti üzrə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və barışıq sazişi bağlamışdırlar. Belə ki, barışıq sazişinə əsasən cavabdeh Maraqlı şəxs Gəncə "xxxx" MMC-də sıxılmış hava, qaz-su təchizatı sahəsində qazanxana operator işçisi vəzifəsində çalışdığına görə onun 360 manat əmək haqqının 70% hissəsinə yönəldilməsi barədə razılığa gəlmişdirlər. Lakin hazırda barışıq sazişi icra olunmamışdır. Bundan başqa barışıq sazişinin təminatı kimi gələcəkdə hər iki tərəfin barışıq sazişində göstərilən razılığa əsasən heç bir maneə yaradılmayacağına və alimentin vaxtında ödənilməsinə görə məhkəmə qaydasında təsdiq olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs imkanı olduqca aliment ödədiyini və barışıq sazişinin bütün bəndlərinin təsdiq olunmasına heç bir etirazı olmadığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 253657 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahları xx.xx.2018-ci ildə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 407 nömrə ilə qeydə alınmışdır. AZ-İV 485779 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Cəsur adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs öz aralarında birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi və əlavə olaraq müalicə xərclərinin ödənilməsi ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlamağa razılıq əldə etmiş, xx.xx.2020-ci il təvəllüdlü X1 ana Ərizəçi himayəsində saxlanılmasına, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun və əlavə olaraq müalicə xərcləri ilə birlikdə razılaşdıqları 360 manat (70 faiz) (aliment pulu və müalicə xərcləri) pulun Gəncə "xxxx" MMC şirkətində işləyən ata Maraqlı şəxs əmək haqqına yönəldilib tutulmasına və eyni zamanda ana Ərizəçi aid bank kart hesabına həmin şirkət tərəfindən göndərilməsinə, 360 manat pulun (70 faiz) ata Maraqlı şəxs əmək haqqından tutulub ana Ərizəçi aid bank kart hesabına göndərildikdən sonra əgər gələcəkdə ata Maraqlı şəxs maaşı artırılarsa 360 manat məbləğin üzərinə əlavə olunmasına, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 ilə ata Maraqlı şəxs həftə sonları şənbə-bazar günləri səhər saat 10:00-dan axşam 18:00-a kimi görüşməsinə və ünsiyyət saxlamasına dair ana Ərizəçi ilə razılıq əldə etmiş və bu barədə öz üzərlərinə öhdəlik götürmüşdürlər. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış:
2. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə öz aralarında xx.xx.2020-ci il təvəllüdlü X1 ana Ərizəçi himayəsində saxlanılmasına razılıq əldə edərək öz üzərlərinə öhdəlik götürmələri;
3. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun və əlavə olaraq müalicə xərcləri ilə birlikdə razılaşdıqları 360 manat (70 faiz) (aliment pulu və müalicə xərcləri) pulun Gəncə "xxxx" MMC şirkətində işləyən ata Maraqlı şəxs əmək haqqına yönəldilib tutulmasına və eyni zamanda ana Ərizəçi aid bank kart hesabına həmin şirkət tərəfindən göndərilməsinə razılıq əldə edərək öz üzərlərinə öhdəlik götürmələri;
4. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment pulunun və əlavə olaraq müalicə xərcləri ilə birlikdə razılaşdıqları 360 manat (70 faiz) pulun ata Maraqlı şəxs əmək haqqından tutulub ana Ərizəçi aid bank kart hesabına göndərildikdən sonra əgər gələcəkdə ata Maraqlı şəxs maaşı artırılarsa 360 manat məbləğin üzərinə əlavə olunmasına razılıq əldə edərək üzərlərinə öhdəlik götürmələri;
5. Tərəflər Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 ilə ata Maraqlı şəxs həftə sonları şənbə, bazar günləri səhər saat 10:00-dan axşam 18:00-a kimi görüşmək və ünsiyyət saxlamaq üçün ana Ərizəçi ilə razılıq əldə edərək üzərlərinə öhdəlik götürmələri barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007-2025- 02596 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cavid Tağıyev