Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-245/2024 06.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, Cavabdeh2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4) qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, Cavabdeh2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4) qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən faktiki qəbul edilməsi, əmlaka sahiblik etməyi və əmlakı faktiki idarə etmək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi üzrə təqdim edilən sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər isə məhkəmə iclasında heç bir üzrlü səbəb göstərməyərək iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, Cavabdeh2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən onların razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.*.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 26*-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, Cavabdeh2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4) qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Mikayılova (Həsənova) Saçlı Hüseyn qızı, Cavabdeh2, Qarayeva (Həsənova) Rahilə Hüseyn qızı, Cavabdeh4 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4) qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-245/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-245/2024
06.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver