Məhkəmə qərarları › İş №2(125)-249/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-249/2024

30.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-249/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, onun oğlu X4 anadangəlmə ruhi xəstədir. Xəstəliyinə görə X11 Dispanserində uçotda dayanır. Hazırda o, 1-ci dərəcəli əlildir. Süleymanzadə Fuad öz hərəkətlərini və danışığını başa düşmür, demək olar ki, öz həyatı üçün təhlükəli hərəkətlərə yol verir. Təhlükəli maşın yolunu keçir, heç bir səbəb olmadan qonşularla dava çıxarır, dövlət idarə və müəssisələrində öz hüquqlarını qoruya və vəzifələrini yerinə yetirə bilmir. Bütün bunların qarşısını almaq və ona zəruri köməkliyi etmək üçün Fuada qəyyum təyin edilməsinə ehtiyac vardır. Bu məqsədlə o, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmişdir. Oradan bildirmişlər ki, Fuadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 24.*8.2*23-cü il tarixli məktubunun sürətindən görünür ki, Ərizəçi oğlu Fuad Süleymanzadənin qəyyum təyin edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Fuad Süleymanzadənin yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməməsi səbəbilə onun qəyyumluğa verilməsi qanunla nəzərdə tutulmamışdır. Fuad Süleymanzadənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Gəncə şəhər Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 6*882* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 *6.*6.2**5-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün iki vacib meyarın (əlamətin) olması gərəkdir. Bu meyarların ikisi də mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsində göstərilmişdir. Bunlar hüquqi meyar və tibbi meyardır. Hüquqi meyarın mahiyyəti şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsindən ibarətdir. Tibbi meyarın mahiyyəti fiziki şəxsin ağıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarətdir. Ağıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti zəifləyir, aşağı düşür, bu isə həmin şəxsin öz əməllərini düzgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi xəstəlik dedikdə, şizofreniya, epilepsiya, maniakal-depressiv psixoz və digər xəstəliklər başa düşülür. Fiziki şəxsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. Şəxsin pxisi vəziyyətini müəyyən etmək üçün Gəncə Şəhər Məhkəməsinin 17.1*.2*23-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş *7.12.2*23-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X1* X6 tərəfindən verilmiş 775 saylı rəydən görünür ki, X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-1* (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-1*-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Göstərilənlərə əsasən, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, X4 hal-hazırda öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, *6.*6.2**5-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 32*, 321, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *6.*6.2**5-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar