Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2520/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Gəncə X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 3700 manat məbləğində pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Gəncə X2 İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi ona 3700 manat cərimə yazmışdır. O, ailə üzvləri ilə birlikdə qeyd olunan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 426, Akta-6 ünvanında yaşayır. Onların indiyədək qazla bağlı hər hansı problemləri və müdaxilələri olmamışdır. Lakin Cavabdeh bir qrup nümayəndəsi gəlmiş, guya sayğacdan kənar qeyri-qanuni qaz xəttinin çəkilməsini aşkar etmişlər. Bununla bağlı ******* saylı akt tərtib olunmuşdur. Onun yaşadığı evdə istifadə etdiyi su qızdırıcı, qaz piltəsi və iran peçidir. Bundan başqa nə isidici cihaz nə də qaz xəttinə əlavə müdaxilələr vardır. Buna görə də cərimə olunması üçün tərtib olunmuş akt, dəymiş ziyanın bərpasına dair tələbnamə və digər tərtib olunmuş sənədlər əsasında əsassız olaraq onun barəsində cərimə tətbiq olunmuşdur. Sayğacda nasazlıq yaranmış və bununla bağlı dəfələrlə idarəyə müraciət etmişdir. Daha sonra idarənin nümayəndələri gəlmiş və cərimə yazmışlar. O, cavabdeh quruma bu barədə məlumat versə də, cavabdeh qurum buna məhəl qoymamışdır. Buna baxmayaraq cavabdeh qurum hesab etmişdir ki, qaz sayğacına onlar tərəfindən müdaxilə olunmuşdur. Hazırda kart vasitəsilə istifadə etdikləri sayğac evin kənarında yerləşir və karta pul yüklədikcə tətbiq olunmuş cəriməyə silinir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə tərtib olunmuş sənədlərin heç bir sübutu və mötəbərliyi yoxdur. Ona məxsus olan qaz sayğacına onlar tərəfindən hər-hansı müdaxilə olmamış, əslində qanunla müəyyən edilmiş müddətlərdə yoxlamadan keçirilməlidir. Sayğacın işlək vəziyyətdə olmamasına görə onun məsuliyyət daşıması qanuna və məntiqə ziddir. Sayğac kart vasitəsilə ödəniş edilərək istifadə olunduğu halda o nəyə görə cərimə ödəməlidir? Ona birbaşa maksimum hesablamalarla borc hesablanmasını hüquqdan sui-istifadəyə aid etmişdir. Buna görə də cavabdeh tərəfindən tətbiq olunmuş cərimə məbləği silinməlidir. İstehsalçı ilə onun arasında hər-hansı bir müqavilə bağlanmamış və ona cərimə yazılmışdır. Bundan başqa qaz sayğacı evlərin daxilində deyil, havalı yerlərdə quraşdırılmalı və insanların təhlükəsizliyi təmin olunmalıdır. Qeyd olunan sayğac isə mənzilin daxilində yerləşdirilmişdir. Hazırda qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, qaz turbasını külək qırmışdır. Düzəldilməsi üçün qaz idarəsinə dəfələrlə müraciət etmişdir. Qaz idarəsinin əməkdaşları gəlmiş, heç nə etməmiş, şəklini çəkib getmişdirlər. Partlayış və s. olmasın deyə qaz turbasının qırıldığı yerdən özü calaq etmiş, şlank taxmışdır. 2023-cü ilin qış ayında gəlib sayğacı dəyişmişdirlər, hazırda sayğacın vəziyyəti bərpa olunmuşdur. Elədiyi səhvə görə yenə də borc çox hesablanmışdır, heç olmasa borc məbləğini düzgün yazmalıdırlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, küçə xəttinə baxış zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilsə də, aktı imzalamamış, imzalamamasının səbəbi isə qeyd olunmamışdır. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 32832 m3 itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. İşdə oln fotoşəkildən görünür ki, iddiaçının istifadəsində olan su qızdırıcısına gələn qaz xətti rezin boru vasitəsi ilə çəkilmişdir. İddiaçı özü də saygacdan kənar qaz xəttinə qoşulmasını etiraf etmiş, bunun səbəbini sayğaca gələn borunun külək əsərkən qırıldığını və partlayış olmaması üçün etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan itifadə Qaydaları»nda dəyişiklik edilməsi haqqında 25 iyun 2023-cü il tarixli Qərarın 6.5-2-ci bəndində qeyd edilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qırıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasidətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının (istehlakçının) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttə qoşulması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunaraq itirilmiş qaz sərfiyatına görə qazın dəyəri hasablanmışdır. İddiaçının özü də sayğacdan kənar xəttə qoşulma olduğunu etiraf etmiş, lakin zərər hesablanarkən yenə də borcun çox hesablanmasını, düzgün hesablanmadığını göstərmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və fotoşəkillərdən müəyyən olunmuşdur ki, göstərilən məişət avadanlıqları, 4 gözlü qaz plitəsi, su qızdırıcı və iran sobası mövcud olmaqla işlək vəziyyətdə olmuşdur. İtirilmiş qaz sərfiyatına görə hesabat aparılarkən sutkanın 24 saatı və 360 gün üzrə hesablanmışdır. Halbuki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə və məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı ərzində hesablanması qaydası müəyyən edilmişdir. Lakin hazırki işin hallarından görünür ki, qaz istismar idarəsinin əməkdaşları hesablanma vaxtını 360 gün, saatı isə 24 saat hesabı ilə hesablamışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3700 manatdan 3207,57 manat silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş 52,08 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3700 manat pulun 3207,57 manatı silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 52,08 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2520/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2520/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver