Məhkəmə qərarları › İş №2(125)-253/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-253/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-253/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7 B/ yeni qaydalarla, Az 2003 ünvan 1 evdən Cavabdeh yaşayış sahəsindən istifadə hüququna 4500 (dörd min beş yüz) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7B/ Yeni qaydalarla, AZ2003 Gəncə şəhəri, Şahsevənlər küçəsi, 145 ünvanda yerləşən ev mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Hüseyn və Aytac adlı övladları cavabdehin himayəsində saxlanmışlar. Həmçinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-940/2021 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək Cavabdeh övladları Hüseyn və Aytacla birlikdə Gəncə şəhəri, Şahsevənlər küç, 3-cü dalan, ev 7B saylı evə köçürülmələri qət edilmişdir. Həmçinin məhkəmə onların bu mənzildə istifadə hüquqlarının olmasını müəyyən etmişdir. Lakin cavabdehin burada istifadə hüququnun olması və burada yaşaması mülkiyyətçi kimi onun iradəsi ziddinədir. Mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Odur ki, cavabdehlə bu barədə razılığa gələ bilmədikləri üçün cavabdehin istifadə hüququna kompensasiya verilməsi yolu ilə məhkəmə qaydasında xitam verilməsi qanuna müvafiqdir. Elanların yerləşdirildiyi saytlara əsasən demək olar ki, mübahisə edilən istifadə hüququnun tətbiq edildiyi yaşayış sahəsinin şəraitinə uyğun kirayə haqqı mövcud baza qiymətləri ilə təxminən 120 manatdır. Beləliklə 36 aylıq kirayə haqqı 4320 manat təşkil edir. Bu məbləğdən bir qədər artıq, yəni 4500 manatı çox çətinliklə təmin edərək, cavabdehə verməklə onun istifadə hüququna xitam verilməsini qanuna müvafiq və məqsədəuyğun hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7 B/ yeni qaydalarla, Az 2003 ünvan 1 evdən Cavabdeh yaşayış sahəsindən istifadə hüququna 12 000 manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə bildirmişdir ki, tərəflərin nikahları Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Hüseyn və Aytac adlı övladları Cavabdeh himayəsində saxlanmışlar. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 940/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək Cavabdeh övladları Hüseyn və Aytacla birlikdə Gəncə şəhəri, Şahsevənlər küç, 3-cü dalan, ev 7B saylı evə köçürülmələri qət edilmişdir. Sonda Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7 B/ Yeni qaydalarla, Az 2003 ünvan 1 evdən Cavabdeh yaşayış sahəsindən istifadə hüququna 12 000 manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7B/ Yeni qaydalarla, AZ2003 Gəncə şəhəri, Şahsevənlər küçəsi, 145 ünvanda yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-889/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29 noyabr 2007-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 602 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-940/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 3-cü dalan, 7B saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən evə aylıq kirayə haqqı 450 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 145 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh həmin evdə yaşayırlar. Cavabdehlə bir evdə yaşamaqları mümkün olmadığından iddiaçı X2 12000 (on iki min) manat kompensasiya ödəməklə Cavabdeh Gəncə şəhəri, Şahsevənlər küçəsi, 145 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilirik, eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Kompensasiya ödənilərək evdən məcburi çıxarma haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilirik, eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Göründüyü kimi hazırda Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdehlə bir evdə yaşamaqları mümkün olmadığından İddiaçı 12000 manat kompensasiya ödəməklə Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququna kompensasiya ödənilməklə xitam verilməsi və onun evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilməsi Cavabdeh həmin ərazidə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Eyni zamanda cavabdeh 12000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə etiraz etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən 12000 manat kompensasiya verilməklə Cavabdeh Gəncə şəhəri, Şahsevənlər küçəsi, 3-cü dalan, ev 7B/ Yeni qaydalarla, AZ2003 Gəncə şəhəri, Şahsevənlər küçəsi, 145 ünvanda yerləşən evdən istifadə hüququna xitam verilsin. Cavabdeh ödənilmiş 66 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı 66 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar