Məhkəmə qərarları › İş №2(125)-2535/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2535/2024

13.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2535/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, oğlu xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 2009-cu il tarixdən uşaq autizmi, kander sindromu, nitq qabiliyyətinin kobud pozulması, nitq və dilin inkişafının spesifik pozğunluqları xəstəliklərindən əziyyət çəkir. X4 həmin xəstəlikləri ilə əlaqədar özünü idarə edə, ən zəruri tələbatlarını ödəyə və öz adından hüquq münasibətlərinə daxil ola bilmir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun X2 üzərində qəyyum təyin olunması zərurəti yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 721151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağın atası X3, anası Ərizəçidır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 psixoliji inkişafın ümumi pozuntusu,uşaq autizmi, kanner sindromu xsətəliyindən əziyyət çəkir. İkinci dərəcəli əlilldir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli. 5-1/1-Z-6-099/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 290 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 dərəcəli əqli gerilik, Davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X1 dərəcəli əqli gerilik, Davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar