Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-261/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış “Toyota Corolla” markalı 2*-DE-*24 dövlət qeydiyyat nişanlı avtomobilə payının müəyyən olunmasını dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 ilə anası X9 23 noyabr 198*-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, ailə qurduqdan sonra anası “Əliyeva” soyadını götürmüşdür. Onların birgə nikah dövründə iki övladları anadan olmuşdur. O və qardaşı Cavabdeh1. X3 13 noyabr 2*2*-ci il tarixdə vəfat etmişdir. ACN 744*92 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Toyota Corolla” minik markalı 2*-DE-*24 dövlət qeydiyyat nişanlı avtomaşın mərhum atası Vaqif Əliyevin adına olmuş və həmin avtomobili atasının sağlığında *6 dekabr 2*15-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən o idarə etmiş və hal-hazırda da həmin avtomobul onun istifadəsində və sahibliyindədir. Atasının vəfatından sonra həmin avtomobili idarə etməkdə çətinlik çəkir. Çünki atası rəhmətə getdiyi üçün etibarnamə qanuna əsasən xitam olunmuşdur. X1 25 iyul 1994-cü il tarixdə, nənəsi X6 isə 23 iyun 2*16-cı il tarixdə vəfat etmişlər. O, Gəncə şəhəri 5 saylı notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına dair müraciət etsə də, cavabdeh tərəfindən ona *6 sentyabr 2*23-cü il tarixdə müddət ötdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri 5 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış *6.*9.2*23-cü il tarixli məktubdan görünür ki, X2 13.11.2*2*-ci il tarixdə ölmüş, lakin İddiaçı notariat ofisinə *6.*9.2*23-cü il tarixdə, yəni müddəti ötürdükdən sonra müraciət edilmişdir. Ona görə də vərəsəlik işinin aparılması və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən verilmiş 16.12.2*23-cü il saylı məktubdan görünür ki, “Toyota Corolla” markalı, 2*-DE-*24 d.q.n-lı avtomobil *4.*7.2*13-cü il tarixdə Gəncə N°1 komission mağazasının AA-53* 82* saylı hesab-arayışına əsasən ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X7 adına qeydiyyata alınmışdır. Sonradan isə *8.*8.2*16-cı il tarixdə sözügedən avtomobil V.Əliyevin adına qalmaq şərti ilə qeydiyyat şəhadətnaməsi dəyişdirilmişdir. İş materiallarına əlavə edilən Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 123185 saylı, 13.11.2*2*-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 13.11.2*2*-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 31.*7.2*23-cü il tarixli arayışdan görünür ki, X1* 24.*7.1994-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 31.*7.2*23-cü il tarixli arayışdan görünür ki, X4 23.*6.2*16-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Cavabdeh1 tərəfindən verilmiş 27.*8.2*22-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, 13 noyabr 2*2*-ci il tarixində vəfat etmiş X3nun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirası qəbul etməmiş, ona iddia etmir və vərəsəlik hüquqlarını rəsmiləşdirmək arzusunda deyil. Mirası qəbul etmək üçün müddəti bərpa etmək və miras əmlakının bölünməsi səbəbi ilə məhkəməyə müraciət etmək niyyətində deyil. İş materiallarına əlavə edilən *6.12.2*15-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 “Toyota Corolla” minik markalı 2*-DE-*24 dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək səlahiyyətini etibarnamə ilə İddiaçı vermişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3*.1*.2*23cü il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X7 ailə tərkibi ibarətdir: Əri (arvadı): Cavabdeh2 (xx.xx.1961), oğlu: Cavabdeh1 (xx.xx.1981), oğlu: İddiaçı (xx.xx.1982). İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddianı qəbul etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, *4.*7.2*13-cü il tarixdən X7 mübahisəli avtomobil üzərində mülkiyyət hüququ yaranmışdır. X8 13.11.2*2*-ci il tarixdə ölmüş və miras qoyanın ölümü nəticəsində mirasın açılması nəticəsində onun öldüyü məqamda sağ olmuş birinci növbə vərəsələri olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ yaranmışdır. Hazırkı iş üzrə iddiaçı miras qalmış mübahisəli avtomobilə payının müəyyən olunmasını xahiş etmişdir. Digər vərəsələr olan Cavabdeh1 notariat qaydada ərizə verməklə mirasdan imtina etmiş, Cavabdeh2 isə yazılı ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 1*6.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 22*.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, 13.11.2*2*-ci il tarixdə ölmüş X5 miras qalmış “Toyota Corolla” markalı 2*-DE-*24 dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının tam hissədə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 13.11.2*2*-ci il tarixdə ölmüş X5 miras qalmış “Toyota Corolla” markalı 2*-DE-*24 dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı tam hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-261/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-261/2024
16.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver