Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2617/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlaka payın tanınması tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən ümumi sahəsi 95,0 kv.m olan 4 otaqlı, 15 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən torpaq sahəsinin ¼ hissəsinə vəsiyyətnamə əsasında qızı İddiaçı payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2020-ci il tarixində, saat 12:35-də qayınanası X12 öz razılığı ilə nəvəsi, onun isə övladı İddiaçı Gəncə şəhəri TİB tərəfindən verilmiş 337-14a invertal iş nömrəli, 3822 reyestr nömrəli, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən öz əmlakı olan Gəncə şəhəri, Nəsif bəy Yusifbəyli küçəsində yerləşən ümumi sahəsi 95,0 kv.m olan, 4 (dörd) otaqlı, 15 nömrəli fərdi yaşayış evi və həmin ünvanda olan torpaq sahəsinin dörddə birini vəsiyyət edibdir. Hazırda əlində vəsiyyətnamə olmasına baxmayaraq qızına (İddiaçı) olan payı əldə edə bilmir. Belə ki, vəsiyyətin qəbul olunmasına dair bütün şərtlərə riayət etsə də, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi bu işin həyata keçirilməsini təmin etmir və bunu öz 15 yanvar 2024-cü il tarixli, 45 nömrəli məktubu ilə açıq şəkildə ifadə edir. Bu səbəbdən də məsələni məhkəmə formasında həll etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, 2007-ci ildə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2008-ci ildə qızı İddiaçı doğulmuşdur. Nikah pozulduqdan sonra qızı Fatimə onun himayəsindədir. Qayınanası X2 öz razılığı ilə özünə məxsus olan əmlakın ¼ hissəsini nəvəsinə, yəni onun övladı İddiaçı vəsiyyət etmişdir. Lakin həmin paya vəsiyyət üzrə vərəsəlik hüququ əldə edə bilmir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, anası X2ndan təkcə Gəncə şəhəri, Nəsif bəy Yusifbəyli küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi qalmışdır, ev anasının adınadır. Anasının üç övladı var – o, bacısı Nailə və qardaşı Seymur. Həmçinin anası X2 onun Qanuni nümayəndə ilə birgə nikahından doğulmuş qızı İddiaçı özünə məxsus olan əmlakın ¼ hissəsini vəsiyyət etmişdir. Qanuni nümayəndə ilə 2011-ci ildən ayrılmışlar, 2012-ci ildən qızı İddiaçı anası Qanuni nümayəndənın himayəsindədir. Qızı İddiaçı mərhum anasından miras qalmış payına heç bir etirazı yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 digər Cavabdeh3 ilə eyni məzmunlu izahat vermişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 digər Cavabdeh3 ilə eyniməzmunlu izahat vermişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi isə məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddələrinə əsasən cavabdehlərin və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1072/2012-ci il tarixli, 25 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə X6 Cavabdeh3 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, tərəflər arasında olan nikahın pozulması, Cavabdeh3 xx.xx.2008-ci ildə anadan olmuş İddiaçı saxlanması üçün hər ay sabit pul məbləğində 50 (əlli) manat alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Cavabdeh3 və X13 arasında olan nikahın pozulması barədə “nikahın ləğv edilməsi haqqında akt qeydləri” kitabında xx.xx.2013-cü il tarixdə Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 15 nömrəli akt qeydi aparılmış və müvafiq AZ-İ seriyalı, 253281 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Həmzəyev, qadına Abdullayeva soyadı verilmişdir. Sorğu əsasında əldə edilmiş, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində miras qoyan X5 miras qalmış əmlaka dair vərəsəlik işinin və Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 2V-123 reyestr nömrədə təsdiqlənmiş vərəsəlik işinin materiallarına əlavə edilmiş: - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi anası Qanuni nümayəndə verilmiş 45 nömrəli cavab məktubundan görünür ki, miras qoyan X7 qanun üzrə vərəsələri ilə onun arasında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan mirasın qəbuluna və ya ondan imtinaya dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, **********655 nömrə ilə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Qanuni nümayəndə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat edən X5 miras əmlak qalmışdır, onun adına qalan ünvan 1 ünvanında yerləşən miras əmlaka dair azyaşlı övladı İddiaçı ilə vərəsələr arasında mübahisə olduğundan mübahisənin məhkəmədə həll edilməsi üçün ona məktub verilməsini xahiş etmişdir. - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 356649 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə, Gəncə şəhərində, “ağciyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları” səbəbindən ölmüşdür. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/16906-23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən qızları X14 (xx.xx.1973), Cavabdeh2 (xx.xx.1975), oğlanları Cavabdeh1 (xx.xx.1976) və Cavabdeh3 (xx.xx.1979) müəyyən edilmişdir. - X2 tərəfindən verilmiş Gəncə şəhəri 5 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli, 2V-123 nömrəli vəsiyyətnamə ilə X2 ölən günədək özünə məxsus olan – Gəncə şəhəri TİB tərəfindən verilmiş 337-14a invertal iş nömrəli, 3822 reyestr nömrəli, xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, Nəsif bəy Yusifbəyli küçəsində yerləşən ümumi sahəsi 95,0 kv.m olan, 4 (dörd) otaqlı, 15 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən torpaq sahəsinin ¼ hissəsini – ünvan 2F, mənzil 28-də qeydiyyatda olan nəvəsi – İddiaçı vəsiyyət etmişdir. - İş materiallarına X2, Cavabdeh3, X4 və X10 dair “Elektron notariat” informasiya sistemi vasitəsilə “vətəndaşlıq vəziyyətləri aktları” AQİS-dən çıxarışlar əlavə edilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixdə, **********040 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə ünvan 3 ünvanında yaşayan X12 ölmüşdür, mirasın tərkibi ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2. Mirasın tərkibinə daxil olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə, **********041 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə anadan olmuş azyaşlı qızı İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı mirasın qəbul ərizələrinə və digər sənədlərə onun sərbəst imza etməsinə heç bir etirazı yoxdur, razıdır. - Gəncə Şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 260653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh3 və anası X11r. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 verilmiş 1682 nömrəli cavab məktubundan görünür ki, 10 may 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1-də yerləşən əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nəvəsi - İddiaçı xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir, odur ki, onun ünvan 1-də yerləşən əmlakda məcburi payını qəbul etməsi üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə yaxınlaşması tələb olunmuşdur. Məktubun xx.xx.2023-cü il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilmişdir. - Cavabdeh3 xx.xx.2024-cü il tarixdə, **********145 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə onun ünvan 3 ünvanında yaşayan anası X12 ölmüşdür, mirasın tərkibi ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı, Cavabdeh1 və Cavabdeh2. Mirasın tərkibinə daxil olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verilmiş 1683 nömrəli cavab məktubundan görünür ki, 10 may 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1-də yerləşən əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nəvəsi - İddiaçı xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir, odur ki, onun ünvan 1-də yerləşən əmlakda məcburi payını qəbul etməsi üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə yaxınlaşması tələb olunmuşdur. Məktubun xx.xx.2023-cü il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilmişdir. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verilmiş 1684 nömrəli cavab məktubundan görünür ki, 10 may 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1-də yerləşən əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nəvəsi - İddiaçı xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir, odur ki, onun ünvan 1-də yerləşən əmlakda məcburi payını qəbul etməsi üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə yaxınlaşması tələb olunmuşdur. Məktubun çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilmişdir. - Cavabdeh2 xx.xx.2024-cü il tarixdə, **********143 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə onun ünvan 3 ünvanında yaşayan anası X12 ölmüşdür, mirasın tərkibi ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı, Cavabdeh1 və Cavabdeh3. Mirasın tərkibinə daxil olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 verilmiş 1681 nömrəli cavab məktubundan görünür ki, 10 may 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1-də yerləşən əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nəvəsi - İddiaçı xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir, odur ki, onun ünvan 1-də yerləşən əmlakda məcburi payını qəbul etməsi üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə yaxınlaşması tələb olunmuşdur. Məktubun xx.xx.2023-cü il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilmişdir. - Cavabdeh1 xx.xx.2024-cü il tarixdə, **********144 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə onun ünvan 3 ünvanında yaşayan anası X12 ölmüşdür, mirasın tərkibi ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələr vardır: İddiaçı, Cavabdeh3 və Cavabdeh2. Mirasın tərkibinə daxil olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirasdan ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - Gəncə şəhəri, Nəsif bəy Yusifbəyli küçəsində yerləşən ümumi sahəsi 95,0 kv.m olan, 4 (dörd) otaqlı, 15 nömrəli fərdi yaşayış evinə (mübahisəli ev) dair X2nın mülkiyyət hüququ xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: 3822) bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə ünvanlanmış 1679 nömrəli, xx.xx.2023-cü il tarixli sorğudan görünür ki, 10 may 2023-cü il tarixdə ünvan 4 ünvanında vəfat etmiş X5 miras qalmış əmlaka dair 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə xx.xx.2023-cü ildə İddiaçı müraciəti və təqdim olunmuş sənədlər əsasında 8V-122 (2023) nömrəli vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi ilə əlaqədar X2nın adına Azərbaycan Respublikası ərazisində olan əmlakların olub-olmaması barədə sorğunu təqdim edən şəxs vasitəsi ilə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12297/2023 nömrəli 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.1992-ci il tarixli, 2-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1. Fərdi yaşayış evi üzərində X7 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X7 adına yuxarıda qeyd edilən daşınmaz əmlakdan başqa daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər bacı qardaşdırlar. İddiaçı isə cavabdehlərdən Cavabdeh3 qızıdır. Cavabdehlərin anaları- X12 xx.xx.2023-cu il tarixdə ölmüşdür. Hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi cavabdehlərin anası - X2nın xüsusi mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: 3822) bu barədə müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 5 saylı Notariat ofisi tərəfindən 2V-123 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə X2 Gəncə şəhəri TİB tərəfindən verilmiş 337-14a invertal iş nömrəli, 3822 reyestr nömrəli, xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, ölən günədək özünə məxsus olduğu qeyd edilən Gəncə şəhəri, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən ümumi sahəsi 95,0 kv.m olan, 4 (dörd) otaqlı, 15 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən torpaq sahəsinin ¼ hissəsini – ünvan 2F, mənzil 28-də qeydiyyatda olan nəvəsi – İddiaçı vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamənin predmeti olan, sözügedən ünvanda yerləşən torpaq sahəsinin mərhum Cavabdeh2 mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir. Həmçinin, müəyyən edilmişdir ki, X12 10 may 2023-cü il tarixdə öldükdən sonra ondan miras qalmış, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi üzrə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nəvəsi - İddiaçı xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Onun qanuni nümayəndəsi, anası Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə, **********041 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəsində göstərmişdir ki, 10 may 2023-cü ildə anadan olmuş azyaşlı qızı İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı mirasın qəbul ərizələrinə və digər sənədlərə onun sərbəst imza etməsinə heç bir etirazı yoxdur, razıdır. Lakin 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi anası Qanuni nümayəndə verilmiş 45 nömrəli cavab məktubla miras qoyan X7 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə onun arasında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan mirasın qəbuluna və ya ondan imtinaya dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Eyni zamanda, müəyyən edilmişdir ki, miras qoyan X7 qanun üzrə vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 da sözügedən miras əmlakı faktiki idarə etməklə, eləcə də notariat orqanına müraciət etməklə qəbul etmişlər. Başqa sözlə, məhkəmə iclasında onların həmin miras əmlakı qəbul etmələri iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. Miras qoyanın vəsiyyət üzrə vərəsəsi olan iddiaçı, həm də qanun üzrə vərəsələri olan cavabdehlər miras qoyanın vəfatından sonra ondan miras qalmış sözügedən fərdi yaşayış evini müvafiq olaraq notariat orqanına müraciət etməklə, eləcə də faktiki idarə etməklə qəbul etmişlər. Həmin xüsusatlar tərəflərin izahatları ilə yanaşı işin məhkəməyə təqdim edilmiş digər materialları ilə də öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2023cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Həmçinin cavabdehlər də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişlər. Digər tərəfdən, cavabdehlərin sözügedən fərdi yaşayış evində yaşaması, oranı idarə etməsi və beləliklə də qanunla müəyyən edilmiş müddətdə miras əmlakı faktiki qəbul etməsi iş materialları ilə təkzib edilmir. Beləliklə, təsdiq olunur ki, miras qalmış əmlakın həm iddiaçı, həm də cavabdehlər tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir. Məhkəmə hesab edir ki, yalnız sözügedən fərdi yaşayış evi miras qoyan X7 mülkiyyətində olmuş, onun ölümündən sonra, yəni xx.xx.2023-cü il tarixdə ondan miras qalmış sözügedən fərdi yaşayış evinin 3/4 hissəsini onun qanun üzrə birinci növbəli vərəsələri olan övladları - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, fərdi yaşayış evinin 1/4 hissəsini isə nəvəsi olan vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı qəbul etmişlər. Bununla belə, məhkəmə hesab edir ki, mərhum Nəzakət Həmzəyeva sağlığında mülkiyyətində olan fərdi yaşayış evinin 1/4 hissəsini iddiaçıya vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsəsi olan cavabdehlərin həmin payda (vəsiyyətnamə olmasaydı hər birinə çatası payın yarısı həcmində) məcburi payları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Şərh edilənlərdən də göründüyü kimi, miras qoyanın üç övladının, yəni cavabdehlərin qanun üzrə vərəsəlik hüququ əsasında payla yanaşı həmin miras əmlakın ¼ hissəsi üzrə də məcburi pay almaq hüququ yaranmışdır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, miras əmlakın - sözügedən fərdi yaşayış evinin vəsiyyətnamədən əlavə qalan payda qanun üzrə vərəsələrin hər birinin payı 3/12 (3/4x1/3=3/12), vəsiyyətnamə üzrə payda isə qanun üzrə vərəsələrin hər birinin payı 1/24 (1/4x1/6=1/24) olmaqla, ümumi əmlakdan qanun üzrə hər bir vərəsəyə çatası cəmi pay 7/24 (1/24+3/12=1+6/24) və vəsiyyət üzrə vərəsəyə çatası cəmi pay isə 3/24 (1/4-3/24=6- 3/24=3/24) dür (7/24+7/24+7/24+3/24=1). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X5 miras qalmış əmlakın - Gəncə şəhəri, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin 3/24 hissəsinə İddiaçı, 7/24 hissəsinə Cavabdeh3, 7/24 hissəsinə Cavabdeh1 və 7/24 hissəsinə Cavabdeh2 payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X5 miras qalmış Gəncə şəhəri, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinin 3/24 hissəsinə İddiaçı, 7/24 hissəsinə Cavabdeh3, 7/24 hissəsinə Cavabdeh1 və 7/24 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2617/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2617/2024
30.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver