Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2649/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu Nidayət Rzayevə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu Nidayət Rzayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11.*4.2*23-cü il və 27.*4.2*23-cü il tarixlərində keçirilən məhkəmə hazırlıq iclaslarında iddiaçıya ərizənin dəqiqləşməsi təklif olunmuş və məhkəmə hazırlıq iclasları təxirə salınaraq *3.*5.2*23-cü il tarixə saat 11:45-ə təyin olunmuşdur. Lakin iddiaçı müəyyən olunmuş müddətdə işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.*.12-cı maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 15*.*.1-15*.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Nidayət Rzayevə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçıya ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.*.12, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Nidayət Rzayevə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın bölgüsü tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2649/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2649/2023
03.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver